Sağlamlıq

Koronavirusun ən təbii dərmanı xarici ölkələrə ixrac olunacaq

Banu. | 28-04-2020, 11:09
51 0
Madaqaskarda yeni tip koronavirusa qarşı istehsal olunan “Covid Organics” adlı bitki mənşəli dərmana tələb artıb.
ölkə Prezidenti Endri Racoelina tvitterdən verdiyi açıqlamada Qvineya-Bisau rəhbəri Umaro Sissoko Embalonun dərmanı öz ölkəsinə və region ölkələrinə ixrac etməsi təklifi verdiyini yazıb.
O, həmkarına preparatı özəl təyyarə ilə göndərəcəyini deyib.
Qeyd edək ki, Madaqaskar Tətbiqi Araşdırma İnstitutunun (IMRA) elm adamları qızdırmanın müalicəsində istifadə edilən Artemisiya (yovşan) bitkisi və bir çox şəfalı otlardan ibarət immun sistemini gücləndirən “Covid Organics” dərmanını ərsəyə gətirib.
Onun ilk sifarişçisi Seneqal olub. Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi də dərmanla maraqlandıqlarını bildirmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı bəzi bitki mənşəli dərmanların və ənənəvi tibbin COVID-19 simptomlarını yüngülləşdirdiyini qəbul edib, lakin bu maddələrin xəstəliyin qarşısını aldığı, yaxud yaxşılaşdırdığına dair sübut tapılmayıb.
Son rəqəmlərə görə, Madaqaskarda 128 nəfər koronavirusa yoluxub, 75 nəfər sağalıb. Ölən yoxdur.
Nobel mükafatı qazandıran bitki
Çinin elm adamları tərəfindən Vyetnam müharibəsində müalicə məqsədilə istifadə edilən Artemisiya uzun müddətdir ki, laboratoriyalarda sınaqdan keçirilir. Son olaraq çinli həkim Youyou Tu qızdırmanın müalicəsində kəskin effektə malik artemisin maddəsini kəşf etdiyi üçün 2015-ci ilə Tibb üzrə Nobel mükafatını qazanmışdı.Publika.az