Sağlamlıq / Sağlam ol!

Ətin inanılmaz fəsadları: “Uşaq 8 yaşınacan ət yeməməlidir”

Banu. | 8-09-2018, 23:30
370 0

Bizlər bineyi-qədimdən ət yeməyi çox sevirik. Xüsusən də mal və qoyun əti mətbəximizin bir çox ləziz yeməklərində əsas tərkib hissədir. Kababdan isə danışmağa dəyməz.. Lakin mədəyə düşən kotlet, küftə-bozbaş və kababın həzm olunması üçün böyük miqdarda mədə şirəsi tələb olunur. 

Ətin zərəri təkcə mədəyə əzab verməklə,onu tədricən sıradan çıxarmaqla bitmir. Ət yeyəndə-qanın tərkibinə küllü miqdarda sidik turşusu(purin maddəsi),nuklein turşusu daxil olur, acıxmış hüceyrələr daraşıb onları yeyir və məhv olur. 

AzadQadin.az Moderator.az-a istinadən xəbər verir ki, sağlamlıq mütəxəssisi, məşhur Nişi sisteminin təbliğatçısı Ərşad Əzimzadə ətin fəsadları barəsində özünün araşdımalarında bir çox vacib məqamlara toxunub. Bunlardan biri də azyaşlı uşaqlara ət yeməklərinin verilməməsidir:

“Müdafiə gücü, müqavimət gücü zəyif olan uşaqlar məhz “dadlı” ət xörəklərinin böyük “xidməti” sayəsində xəstələnirlər. Odur ki,uşaq 7-8 yaşa çatana qədər ona ət, ət suyu (bulyon), yumurta vermək düzgün deyil. Bu yaşda uşağın orqanizmi toksinlərə qarşı hələ yaxşı mübarizə aparmaq iktidarında deyil. Bilmək lazımdır ki,ətin tərkibində külli miqdarda müxtlif ekstraktiv maddələr mövcuddur,onlar əsəb sisteminə çox pis təsir göstərir. Həmin maddələrdən yaranan duzlar isə damar sistemini qıcıqlandırır. Heç təsadüfi deyil ki,çox ət yeyən adamlar arasında nevrasteniya, cinsi pozğunluq,damarların yenidən 90 əmələ gəlməsi(pererojdenie) halları,ürək xəstəliyi və digər xəstəliklər daha çox olur. Belə bir danılmaz faktı da yada salaq:ət xörəyi çürümə prosesinə məruz qalmış ölü toxumalardan hazırlanır.Ölü toxumalar,yəni,ölü ət müxtəlif zəhərli maddələrlə zəngindir. Ovçuları məyus etmək zorundayıq:zəhərli maddələr vəhşi quşların,xərçəngin,balığın və köhnə pendirin tərkibində daha çox cəmləşir. 

Çiy ət,yaxud pis bişirilmiş ət -müxtəlif parazitlərin yumurtalarını hifz edib özündə saxlayır. Onlar bizim orqanizmimizə daxil olub, ağır xəstəliklər törədir. Öz ömrünə siqaretin və spirtli içkinin, qaynar çayın və soyuducudan çıxarılmış soyuq suyun,soyuq içkinin hesabına balta vuran “ağıllı” insanın təzadlarından biri də budur ki,çox vaxt xəstələrə və uşaqlara “çox faydalı” ət suyu (bulyonlar) verirlər.Xərçəng şişini kəsib götürəndən sonra xəstəyə bulyon verən adamlar heç fikirləşmirlər ki, bu xəstəliyin yaranmasında ət çox fəal iştirak etmişdir.Bəzi adamların təbliğ etdiyi qığırdaqlar,sümüklər,damarlar və ilik heç bir dietik keyfi -yətə malik deyil.Ət xörəklərinə əlavə edilən yarmalar,tərəvəz, meyvələr,göy-göyərti olmasaydı,biz təkcə ətin ümidinə qalsaydıq,dünyamızı çox tez dəyişərdik.Ət bulyonunun göstərdiyi təsiri-çayın,kofenin,spirtli içkinin,tütünün,bibərin,vanilin və xardalın göstərdiyi təsir ilə müqayisə etmək düzgün olar. Bunlar orqanizmi qidalandırmır,bioenerji ilə təmin etmirlər,insan üçün bəlaya çevrilirlər.Onların hamısını çox işləyib haldan düşmüş arıq yabını yeriməyə məcbur edən qamçıya bənzətmək düzgün olar.Nəticə:pulunuzu ətə verib canınız üçün bəla almayın”.



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.