Sağlamlıq / Sağlam ol!

YEMƏ, ÖLDÜRƏR: Ən təhlükəli 10 qida- SİYAHIDA NƏLƏR VAR?

Banu. | 15-04-2018, 09:50
1 079 0

İnsan səhhəti üçün zərərli olan 10 məhsulun adı açıqlanıb.
Araşdırma Amerikada aparılıb. Siyahıya hər bir insanın gündəlik həyatda istifadə etdiyi məhsulların adları daxil edilib.

1. Fısdıq. İnsanların yüzdə bir faizinin fısdığa allergiyası var. Ancaq ölümlə nəticələnən allergiya hadisələrinin böyük hissəsi məhz fısdıqdan baş verir.

2. Qəhvə. İnfarkta yol açır, yuxusuzluq və dişlərdə saralma yaradır.

3. Dondurulmuş hazır məhsullar.Dondurulma zamanı məhsullarda zərərli mikroorqanizmlər yarana bilər ki, bu da mədə-bağırsaq xəstəliklərinə yol açır.

4. Çiy yumurta. İçindəki təhlükəli salmonella ciddi xəstəliyə və hətta ölümə səbəb ola bilir.

5. Balıq konservi. Əsəb sistemini zədələyir.

6. Un məhsulları. Xolestrolu yüksəldir.

7. Hazır şorbalar. Tərkibində olduqca zərərli maddələr olduğundan xərçəngə yol açır.

8. Göyərti. İspanaq, kahı, kələm kimi göyərti və tərəvəzlər yaxşı yuyulmadığı təqdirdə bağırsaq bakteriyalarına yol açır.

9. Dünyada rus salatı kimi tanınan "Paytaxt" salatı. Tərkibindəki mayonezin asit (sirkə və limon suyu) ilə hazırlanması qidadan qaynaqlanan xəstəliklərə səbəb olur.

10. Akcee meyvəsi. Bunu Azərbaycan bazarında tapmaq çətindir, Qərbi Afrikda yetişir. Meyvə kəsildikdən sonra qabığı qırmızı rəngə çevrilməsə, insanı komaya salır və hətta öldürür.

Cebhe.info

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.