Sağlamlıq / Xalq təbabəti

Mikrobları, qurdları və xərçəng hüceyrələrini öldürən yeganə ƏDVİYYAT

Ay_Sun | 20-07-2017, 10:00
2 887 3

 
Mixək çox güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Elmdə çoxdan sübut olunub ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir.
Bundan əlavə mixək güclü xərçəngəleyhinə təsirə malikdir.
Mixək spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.
Mixək effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz.
Stomatit və badamcıqların iltihabı zamanı mixəyi (2-3 ədəd) həvəngdəstədə əzin, balla qarışdırın və bu qarışığı ağız boşluğunda tam əriyənə qədər saxlayın.
3-4 mixəyi əzin, yarım stəkan isti suda (qaynar yox!) 30 dəqiqə ərzində dəmləyin, süzün və angina zamanı qarqara üçün istifadə edin. Həmçinin belə dəmləmə köp və qarında spazmlar, qadınlarda menstrual ağrıları zamanı çox yaxşı kömək edir. Bu məqsədlə dəmləməni gün ərzində 1-2 dəfə qəbul edin.
Mixəyin balla qarışığı uşaqlara qurdəleyhinə dərman kimi vermək çox yaxşıdır.
Çay dəmlədikdə çaydana 2-3 mixək atın. Mixəkli çay qripp və soyuqdəymə xəstəliklərinin qarşısını almağa kömək edəcək.
Ağız qoxusu, damaq problemləri, diş ağrısı zamanı mixəyi çeynəmək yaxşıdır. Mixək ağız boşluğunda mikrobları öldürün, nəfəsi təravətləndirir.
Bronxit zamanı 2-3 mixəyi əzin, üzərinə isti süd tökün, 20 dəqiqədən süzün və ilıq halda için. Bu vasitə nəfəs yolları çox yaxşı təmizləyir, iltihabı azaldır.
 


  1. Cicim İncim | 27 noyabr 2016 22:50 | Status: Gümüş user | Şərh: 2 485
    Gözəl ədviyyatdır...Mixəkli çayı çox sevirəm. ..
    Sayənizdə çoxlu faydalarını da öyrənmiş oldum...Təşəkkürlər... heart_eyes
  2. Qaracaqiz | 27 noyabr 2016 21:07 | Status: VİP user | Şərh: 1 893
    Mixeyi xoşlatıram ve tez tezde istifade edirem çayda
  3. SEVDA | 27 noyabr 2016 19:28 | Status: Nəzarətçi | Şərh: 17 537
    Xebere göre twk bacım...
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.