Sağlamlıq / Düzgün qidalanma

Gənc qalmağın daha bir sirri

Ay_Sun | 25-11-2016, 10:30
4 239 2

 
Nar dadlı meyvə olmaqla yanaşı, bir çox xəstəliklərə dərmandır.


Ürək-damar

Narın tərkibində olan maddələr damarlarda meydana gələn partlayışın qarşısını alır. Bundan başqa, nar antibiotik vəzifəsi daşıyaraq, ürək və damarlarda olan zərərli maddələri təmizləyir, mikrobları öldürür. Hər gün bir stəkan nar suyu ürək və damarlara faydalıdır.

Qrip

Narın tərkibindəki antioksidantlar qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir. Bu meyvə qripə qarşı qalxan funksiyasını yerinə yetirir, tərkibindəki C vitamini orqanizmin soyuqdəyməyə qarşı müqavimətini artırır.

Mədə ağrısı

Narın içərisində olan ağ təbəqə mədənin güclənməsinə, iltihabına təsir göstərir. Yeməkdən sonra bir ədəd nar yemək həzm prosesini asanlaşdırır.

Gənc qalmaq

Narın tərkibindəki maddələrdən kosmetika məhsullarında da istifadə edilir. Bu səbəbdən narın suyunu və qaynadılmış qabığını üzə maska kimi vuraraq, daha gənc qala bilərsiniz.



  1. Gül heyat | 25 noyabr 2016 13:52 | Status: Şərhçi | Şərh: 370
    Bizim ailənin ən çox sevdiyi meyvədi nar, faydası olduğunu bilirdim.
  2. B.Fereh | 25 noyabr 2016 13:10 | Status: Nəzarətçi | Şərh: 6 986
    UŞAQLAR ÇOX SEVİR,MƏN ELƏDƏ YOX. confused