Sağlamlıq / Düzgün qidalanma

1 yaşına qədər körpələr üçün yemək reseptləri.

ESMERRi | 11-02-2017, 09:00
3 225 5


1 yaşına qədər körpələr üçün yemək reseptləri.

Nəzərinizə çatdıraq ki, əlavə qidalar yalnız körpənin 6-aylığından sonra onun pəhrizinə əlavə oluna bilər.

Yeni qidaların əlavə edilməsi prosesi tədricən və düzgün şəkildə həyata keçirilməlidir ki, uşağın səhhətində problemlər yaranmasın.

Südlü düyü sıyığı balqabaqla.
 
2 x. qaşığı düyü, 1 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır),1 stəkan su, 1/2  ç.q. şəkər tozu, 1/2  ç. q. kərə yağı, balqabaqın bir dilimi.

Balqabaq  yuyulur, xırda tikələrə doğranılır və suda vam odda hazır olana qədər bağlı qabda bişirin. Düyu yuyulur, üzərinə isti süd əlavə olunur və yarıbışmiş vəziyyətə çatdırılır. Sonra düyüyə ələkdən sıxılmış bişmiş balqabaq əlavə olunur və sıyıq hazır olana qədər bağlı qabda bişirilir. Hazır sıyığa kərə yağı əlavə olunur.

Düyü sıyığı.

2-3 x. q. düyü, 1 stəkan su, 1/2 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 1/2 ç. q. şəkər tozu, 1/2 ç.q. kərə yağı.

Düyü yuyulur, yumşaq olana qədər bişirilir. Düyü ələkdən sıxılır, isti süd əlavə olunur, qarışdırılır. Sonra sıyığa şəkər tozu əlavə olunur və 2-3 dəqidə ərzində qatılaşana qədər bişirilir. Sonra sıyıq oddan götürülür və ona kərə yağı əlavə olunur.

Manna yarması əriklə.

1 x.q. manna yarması, 1 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 1/2 ç.q. şəkər tozu, 2 dənə ərik, 1/2 ç.q. kərə yağı.

Əriklər yuyulur, qadığı soyulur, çəyirdəyi çıxarılır. Alınan kütlə şəkər tozu ilə yaxşı qarışdırılır. Manna yarmasından və süddən qatı sıyıq bişirilir. Hazır sıyığa ərik əlavə olunur, vam odda bir qədər qaynadılır. Sonra sıyıq oddan götürülür və ona kərə yağı əlavə olunur.

Balqabaq və alma püresi.

Balqanbağın balaca dilimi, 1 dənə orta alma, 1/2 ç.q. kərə yağı.

Balqabaq və alma yuyulur, təmizlənir və doğranılır. Balqabaq bağlı qabda az miqdarda suda yumşaq olana qədər bişirilir. Sonra alma əlavə olunur və yenə təxminən 10 dəq. ərzində bişirilir. Bişmiş alma və balqabaq ələkdən əzilir, bir qədər su əlavə olunur və vam odda bir neçə dəqiqə ərzində bişirilir. Hazır püreyə kərə yağı əlavə olunur.

Kök və alma püresi.

1 dənə orta kök, 1 dənə orta alma, 1/2 ç.q. şəkər tozu, 1/2 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 1/2 ç.q. kərə yağı, 1 ç.q. buğda unu.

Kök yaxşı yuyulur, hazır olana qədər bişirilir, təmizlənir və ələkdən əzilir. Alma yuyulur, təmizlənir, sürtgəcdən keçirilir. Un südlə qarışdırılır və 3 dəq. ərzində qaynadılır. Sonra həmin  qaba kök, alma və şəkər tozu əlavə olunur, yaxşı qarışdırılır və vam odda bir neçə dəqiqə ərzində bişirilir. Hazır püreyə kərə yağı əlavə olunur.

 


  1. Ay_Sun | 1 mart 2016 12:20 | Status: Brilliant user | Şərh: 13 448
    Oglum cox sevir kasani.Her seher hazirlayiram.
  2. Hali | 24 fevral 2016 22:33 | Status: VİP user | Şərh: 496
    Men uwaqlara boyuk olmasina baxmayaraq mutleq kawa biwirirem
  3. dılay | 24 fevral 2016 20:45 | Status: Brilliant user | Şərh: 8 250
    Korpem yoxdur twk..
  4. SEVDA | 24 fevral 2016 17:15 | Status: Nəzarətçi | Şərh: 17 535
    Mənimkilər bőyűkdűrlər maşallah olsun...
    Vaxtında hazırlayırdım balqabaqdan başqa o birilərindən...
  5. B.Fereh | 24 fevral 2016 17:03 | Status: Nəzarətçi | Şərh: 7 093
    Men balacama gunde edirem siyiq,her gun ferqli yarmalarnan ,kiwmiw qaysi da qatiram:)
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.