Sağlamlıq / Sağlam ol!

Yaşıl qozun balla qarışığı - Min bir dərdin dərmanı

Gülçin | 18-12-2015, 18:00
3 254 10

 

 

 

Hamı bilir ki, qoz çox faydalı məhsuldur. Xalq təbabətində qozun ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif xəstəliklər və pozulmalar zamanı uğurla müalicə olunur.

Kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.

Xalq təbabətində yaşıl qozun balla qarışığı "min bir dərdin dərmanı" sayılır və bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla istifadə olunur.

Beləliklə, bu qarışıq:

- qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir,

- qanı təmizləyir,

- qurdqovucu təsir edir,

- qara ciyəri və bağırsaqları təmizləyir,

- artıq çəkidən azad olmağa kömək edir,

- orqanizmi cavanlaşdırır,

- immun sistemini möhkəmləndirir,

- orqanizmə xərçəng əleyhinə təsir edir.

Qarışığın hazırlanması:

1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür.

2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir.

3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.

4. Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın).

5. Hazır qarışıq soyuducuda saxlanılır.

Qarışığın istifadəsi:

Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.

Bu qarışığı istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.




  1. ESMERRi | 4 may 2016 18:36 | Status: Brilliant user | Şərh: 5 380
    Sitat: B.Fereh
    Mraqliydi,twk.
  2. B.Fereh | 4 may 2016 14:25 | Status: Nəzarətçi | Şərh: 6 979
    Mraqliydi,twk.
  3. Ay_Sun | 16 yanvar 2016 13:55 | Status: Brilliant user | Şərh: 13 410
    Sitat: Dəniz qızı
    Çox sağ ol xalam əla reseptdi...
  4. Dəniz qızı | 20 dekabr 2015 08:21 | Status: Brilliant user | Şərh: 8 020
    Çox sağ ol xalam əla reseptdi...
  5. SEVDA | 19 dekabr 2015 21:50 | Status: Nəzarətçi | Şərh: 17 444
    Məsləhətçün tşk...
  6. Narin-Ulker | 19 dekabr 2015 04:25 | Status: Gümüş user | Şərh: 2 749
    Axi yaşil qoz zəhər kimi olur onu necə yemək olar
  7. milashka_167 | 18 dekabr 2015 21:24 | Status: VİP user | Şərh: 1 453
    Men qozu cekmemiş etmişem.bolmuşem ortadan bala qatmişam cox dadli olur
  8. Azeri Fidashka | 18 dekabr 2015 20:59 | Status: Şərhçi | Şərh: 735
    sinayacam mersi
  9. Əsmər1 | 18 dekabr 2015 20:00 | Status: VİP user | Şərh: 1 584
    Bilirdim bəh dadlı olur.Mürəbəsinə söz ola bilməz.Təşəkkürlər
  10. dılay | 18 dekabr 2015 18:29 | Status: Brilliant user | Şərh: 8 186
    Tewekkurle. Kal qoz heqqInda ilk defedi melumatlanIram.