Sağlamlıq / Xalq təbabəti

Balqabaq tumlarının faydaları

Dəniz qızı | 25-10-2015, 16:30
2 248 11

 

 
Bu tumların tərkibində olan maddə orqanizmdə yaşayan qurdları öldürür. Hər gün 1 ovuc balqabaq tumları yeyən insan öz orqanizmini qurdlardan təmizləyə bilər. Uşaqlara da balqabaq tumları vermək olar.
- Balqabaq tumları orqanizmin bir çox funksiyalarında iştirak edən sink mineralı ilə zəngindir. Sink dərimizin və saçlarımızın sağlamlığı üçün olduqca önəmlidir. Bu səbəbdən əgər sizdə saç (saçların tökülməsi, zəif, cansız saçlar, kəpək) və dəri problemləri (civzələr, sızanaqlar) varsa, mütləq balqabaq tumları yeyin.
- Sink kişilər üçün ən vacib minerallardan biridir. Sink prostatın sağlamlığını qoruyur, prostatitin və prostat vəzinin adenomasının profilaktikasıdır.
- Balqabaq tumlarının tərkibində güclü antioksidantlar olan A və E vitaminləri var. Bu vitaminlər orqanizmdə gedən qocalma prosesləri ləngidir və bu səbəbdən onları "cavanlıq vitaminləri" adlandırırlar.
- Balqabağın tərkibində damarların sağlamlığını qoruyan "arginin" adlı aminturşusu var.
- Balqabaq tumları pis xolesterinin səviyyəsini aşağı salır.
- Balqabaq tumları insanın immun sisteminə çox müsbət təsir edir. Bu tumlardan immuniteti gücləndirən xüsusi təbii vasitə hazırlamaq olar. Çiy balqabaq tumları soyulur,
- Qəhvəüyüdəndə əzilir və balla qarışdırılır. Bu təbii dərmanı hər gün 1-2 çay qaşığı olmaqla qəbul etmək lazımdır. Bu vasitə orqanizmin infekisya, virus və mikroblara qarşı olan davamlılığını artırır.
- Balqabaq tumları həzmə kömək edir, köpü azaldır.
- Balqabaq tumları artrit, sidik kisəsi və sidik yolları xəstəlikləri zamanı xeyirlidir.
- Tumlar mübadilə proseslərinə müsbət təsir edir, orqanizmdən ziyanlı maddələri xaric edir.
- Balqabq tumları damarları möhkəmləndirir.
- Hamiləlik zamanı balqabaq tumları ürəkbulanmasını azaldır.

Yagis_Negmesi | 30 noyabr 2015 17:19 | Status: Gümüş user | Şərh: 1 614
xowlamiram balqabaq tumunu yememiwem hec
Ay_Sun | 7 noyabr 2015 15:45 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Gulus.
Xoslayiram balqabaq tumunu

Mende
Cicim İncim | 27 oktyabr 2015 01:41 | Status: Gümüş user | Şərh: 2 457
Təşəkkürlər
Sariwka1 | 26 oktyabr 2015 15:31 | Status: VİP user | Şərh: 1 774
Sitat: Gulus.
Xoslayiram balqabaq tumunu
milashka_167 | 26 oktyabr 2015 10:18 | Status: VİP user | Şərh: 1 452
Qurdun temizlenmesinde boyuk rolu oldugunu bilirdim
Gulus. | 26 oktyabr 2015 08:25 | Status: Professional user | Şərh: 2 436
Xoslayiram balqabaq tumunu
gece-gunduz | 25 oktyabr 2015 21:15 | Status: Gümüş user | Şərh: 1 720
qurdu olanlara da balqabaq tumu məsləhət gorunur
Meley... | 25 oktyabr 2015 19:11 | Status: VİP user | Şərh: 696
xebercun tesekkurler
dılay | 25 oktyabr 2015 18:03 | Status: Brilliant user | Şərh: 8 184
Tewekkurler
ESMER | 25 oktyabr 2015 17:12 | Status: VİP user | Şərh: 817
Bilirdim yenədə təşəkkür
SEVDA | 25 oktyabr 2015 16:46 | Status: Nəzarətçi | Şərh: 17 441
Məsləhətlərçün tşk...