Sağlamlıq / Xəbəriniz olsun!

Daxili qanaxmanın simptomları və təhlükələri.

Gülçin | 1-10-2015, 16:30
1 667 8

 

 

Xarici qanaxma ilə müqayisədə daxili qanaxmanın diaqnozunu qoymaq daha çətindir.
Bu isə çox təhlükəlidir. Qanaxma nəticəsində damarlarda dövr edən qanın həcmi azalır, həyati vacib orqanların funksiyaları pozulur və ağır patoloji hallar yaranır.
Daxili qanaxma vaxtında təyin olunmadıqda, tibbi yardım gecikə bilər ki, bu da xəstənin həlak olması ilə nəticələnə bilər. Bu səbəbdən hər bin insan daxili qanaxmanın əsas simptomlarını bilməli və bu simptomlar meydana çıxdaıqda dərhal həkimə müraciət etməlidir. Bir çox hallarda daxili qanaxma zamanı yalnız təcili cərrahi əməliyyat xəstənin həyatını xilas edə bilər.
Daxili qanaxma zamanı qan orqanizmin daxili boşluqlarına (döş nahiyəsi, qarın boşluğu) axır. Belə qanaxmanın əsas səbəbləri arasında:
- ağ ciyərin toxumasının və qabırğaarası damarların yartılması ilə müşayiət olunan qabırğaların sınıqları,
- daxili orqanarın bədxassəli şişlərı,
- avtomobil qəzası, hündürlükdən yıxılma, zərbə və s. nəticəsində daxili orqanların (qara ciyər, dalaq, bağırsaqlar, böyrəklər) qapalı travmaları,
- qida borusu, mədə və 12 barmaq bağırsağı, qara ciyər, qadın cinsiyyət sistemi xəstəliklərinin fəsadları.
Hər bir ciddi zədə zamanı (avtomobil qəzası, hündürlükdən yıxılma, zərbə, travma və s.) mütləq daxili qanaxma ehtimalını nəzərə almaq lazımıdr.
Qanaxmanın mənbəyindən asılı olmayaraq daxili qanaxmanın bəzi ümumi simptomları var: dərinin və selikli qişaların solğun olması, soyuq tər, ümumi zəiflik, başgicəllənməsi, gözlərin qaralması, bayılma, arterial təzyiqin düşməsi, nəbzin tezləşməsi. Ağır qanaxmalar zamanı "yuxarı" təzyiq 80 mm c.st. aşağı düşür, nəbzin göstəricisi isə 120-140 kimi qalxır.
Daxili qanaxma anemiyanın inkişafına səbəb olur.
Bir çox hallarda daxili qanaxmanın səbəbi mədə-bağırsaq sistemi xəstəlikləri (mədə və 12 barmaq bağırsağı xoraları, mədə və bağırsaq xərçəngi, qida borusu damarlarının varikoz genişlənməsi, qara ciyər sirrozu və s.) olur. Bağırsaq qanaxmaları zamanı nəcis qara olur. Mədə qanaxmaları zamanı qusma kütləsi qəhvəyi rəngdə olur. Böyrək qanaxmaları zamanı sidikdə qan aşkar olunur.
Qadın cinsiyyət sistemi xəstəlikləri də daxili qanaxmaya səbəb ola bilər. Bir çox hallarda bunun səbəbi uşaqlıqdan kənar hamiləlik olur. Uşaqlıq borusunda "ilişmiş" embrion burada inkişaf edir və borunu dartır. Müəyyən müddətdən sonra boru yırtılır və qadında daxili qanaxma inkişaf edir. Qadın çanaqda təzyiq hiss edir, daha sonra bu kimi simptomlar inkişaf edir: dərinin solğun olması, bayılma, təzyiqin qalxması, nəbzin tezləşməsi, soyuq tər.
Ağ ciyər qanaxmaları zamanı xəstədə al-qırmıza qanla qusma, döş qəfəsində kəskin ağrılar, nəfəsalmanın çətinləşməsi, halsızlıq, bayılma, nəbzin tezləşməsi, tərləmənin artması, dərinin solğun olması kimi simptomlar meydana çıxır.
Ağ ciyər qanaxmaların səbəbləri: hündürlükdən yıxılma, travmalar, bıcaq yaraları, ağ ciyər xərçəngi və s.
Beləliklə, daxili qanaxma çox ağır pozulmadır. Bu səbəbdən daxili qanaxmaya ilk şübhə yarandıqda dərhal "təcili yardım"çağırmaq lazımdır. Həkimlər gələnə kimi xəstəyə yemək, su, istənilən dərman və s. vermək olmaz. Xəstə yarıoturaq vəziyyətdə olmalıdır.

Saglamolun.Az

Dəniz qızı | 3 oktyabr 2015 20:48 | Status: Brilliant user | Şərh: 8 017
Allah uzaq eləsin bizlərdən.
SEVDA | 2 oktyabr 2015 15:50 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah uzaq etsin...
Gülçin | 2 oktyabr 2015 11:18 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: Cicim İncim
Təşəkkürlər, Gülçin xanım.

Mən təşəkkür edirəm, oxuyub bəyəndiyinizə görə. love
Şərh yazan xanımlara təşəkkür edirəm.
0115
Cicim İncim | 2 oktyabr 2015 08:24 | Status: Gümüş user | Şərh: 2 456
Az da olsa hamının tibbi biliyinin olması vacibdir
Təşəkkürlər, Gülçin xanım.
Əsmər1 | 2 oktyabr 2015 08:22 | Status: VİP user | Şərh: 1 584
Allah uzaq etsin 1000000000000 Ammin
ESMER | 1 oktyabr 2015 22:24 | Status: VİP user | Şərh: 817
Sitat: dılay
Allah hec kıme gostermesın. Amın
gece-gunduz | 1 oktyabr 2015 18:22 | Status: Gümüş user | Şərh: 1 720
Allah qorusun
dılay | 1 oktyabr 2015 16:59 | Status: Brilliant user | Şərh: 8 183
Allah hec kıme gostermesın. Amın