Sağlamlıq / Əllərə qulluq

Əl tərləməsinin çarəsi

Gülçin | 15-08-2015, 12:00
13 412 6

 İsti yay aylarında əl tərləməsi bəzi insanları narahat edən xoşagəlməz haldır.  Müxtəlif infeksiyalar, köklük, klimaks, diabet, psixoloji xəstəliklərin səbəb ola biləcəyi bu problemdən çıxış yolu var. 

Lazım olanlar: 
İsti duzlu borakslı su
Soyuq duzlu borakslı su
2 yemək qaşığı kirşan
1 yemək qaşığı quru nanə
1 limonun qabığı  (sürtgəcdən keçirilmiş) 
Hazırlanması:
Əllərinizi əvvəl isti, sonra soyuq borakslı suda saxlayın. Sonra  bir qabda kirşan, nanə və sürtgəcdən keçirilmiş limon qabığını qarışdırıb əlinizə çəkin. Pambıqlı əlcək geyinərək 15-20 dəqiqə gözləyin. Sonra isə yuyun.
Borakslı su nədir? 
Borakslı su tərkibi oksigen, natrium və bortenlə zəngin  təbii mineraldır. Antiseptik, antibiotik xüsusiyyətləri sayəsində güclü təbii dezinfeksiyaedicidir. Göbələk əmələ gəlməsini qarşısını alır. 
Boraks ev təmizliyində tez-tez istifadə olunan bir maddədir. Bu maddə ağardır, suyun əhəngini azaldaraq yumşalmasını təmin edir. Həzm yoluna zərər verdiyi üçün udmaq, hətta təbii mineral olmasına baxmayaraq, onu iyləmək olmaz.
 
 
 
publika.az

 



Cicim İncim | 18 avqust 2015 19:41 | Status: Gümüş user | Şərh: 2 456
Sitat: SEVDA
Bele problemim yoxdur,twk...
Sirli dunyam | 17 avqust 2015 12:40 | Status: Qonaq | Şərh: 0
tesekkurler

xebere gore

amma sukur ele prablemim yoxdu
Ay_Sun | 16 avqust 2015 22:54 | Status: Brilliant user | Şərh: 13 408
Men eseblesende ellerim terleyir.Melumat ucun tesekkur xalam.
SEVDA | 16 avqust 2015 17:30 | Status: Nəzarətçi | Şərh: 17 439
Bele problemim yoxdur,twk...
Dəniz qızı | 15 avqust 2015 15:26 | Status: Brilliant user | Şərh: 8 017
Əllərim tərləmir,amma bir tanışım var ona deyəcəm.
Elcin sangu........ | 15 avqust 2015 12:55 | Status: VİP user | Şərh: 631
menim elim terlemir xebere gore twwk