Sağlamlıq / Düzgün qidalanma

Davamlı yorgunsanız, bu qidalarla qidalanın

Gülçin | 19-09-2015, 19:30
1 592 3
Davamlı yorgunsanız,  bu qidalarla qidalanın



Asan müalicə edilə bilən, əlamətləri arasında dəridə solğunluq, əllərdə ayaqlarda soyuqluq, halsızlıq və yorğunluq hissi olan dəmir əskikliyini bu qidaları istehlak edərək nizamlaya bilərsiniz.
Quru paxla: Yaxşı bir dəmir qaynağı olan quru paxlanın yarım stəkanında 3 milliqramdan çox dəmir vardır. Ayrıca eyni miqdarda paxla 6 milliqram lif və 500 milliqram kalium ehtiva edər. Quru paxla zülal, kalsium, B vitaminləri və antioksidantlar baxımından zəngindir.
Dana ciyəri: Bir dilim ciyərdə 4 milliqramdan çox dəmir var. Ayrıca ciyər mükəmməl bir zülal, B-kompleks vitaminləri, A və D vitamini qaynağıdır. Bir dilim ciyər 130 kaloridir.
 
Yaşıl mərcimək: Yarım qab yaşıl mərciməkdə 3 milliqramdan çox dəmir var. İçərisində 8 milliqram lif olan yaşıl mərcimək zülal, B vitaminləri, maqnezium və sink baxımından da zəngindir.
Bitter şokolad: Bizi xoşbəxt edən şokolad, ehtiva etdiyi antioksidantlarla bərabər yaxşı bir dəmir qaynağıdır. Bir boşqab bitter şokolad (yüzdə 45-59 kakao ehtiva edən) 3,5 milliqram dəmir saxlayar. Ancaq 232 kalori ehtiva etdiyindən həddindən artıq istehlak etmək zərər verə billər.
Noxud: Yaxşı bir dəmir qaynağı olan noxudun yarım kasasına 2,5 milliqram dəmir daxildir. Ayrıca 141 micrograms folat ilə 6 qram lif var və kasanın kalori dəyəri isə 150-dən az.
Pomidor suyu: Bir stəkan pomidor suyu 1 milliqram dəmir ehtiva edir. Eyni zamanda isə güclü bir antioksidant olan likopen ilə A vitamini var. Pomidor suyunda natrium nisbəti da yüksəkdir.
Sobada kartof: C ilə B vitaminləri baxımından zəngin olan kartof mükəmməl bir kalium qaynağıdır. Ayrıca sobada bişmiş böyük bir kartof 3 milliqramdan çox dəmir ehtiva edir.
Keşyu: Bitki mənşəli dəmir qaynağı olan keşyunun 30 qramında 2 milliqram dəmir var. Ayrıca faydalı doymamış yağlar ilə bəzi vitamin və minerallar keşyuda mövcuddur.
İspanaq: Bir qab bişmiş ispanaqda 6,5 milliqram dəmir vardır. Ayrıca 250 milliqram kalsium ilə 800 milliqramdan çox kalium olarkən bir az da C vitamini, K vitamini və lif var.
Kişmiş: Kasanın üçdə biri qədər kişmişdə az qala 1 milliqram dəmir vardır. Ayrıca kişmiş kalium baxımından zəngindir və yaxşı bir B vitamini qaynağıdır.
Bifşteks: Heyvansal dəmir qaynağı olan bifşteksin təxminən 180 qramında 3 milliqramdan çox dəmir vardır. Bununla bərabər yaxşı bir sink, kalium və digər minerallar ilə B-12 vitamini qaynağıdır. Təxminən 5 milliqram doymuş yağ ehtiva etdiyindən porsiyonlarınıza diqqət etməlisiniz.


Hər kəsə gümrah və sağlam olmaq arzusu ilə...

SEVDA | 20 sentyabr 2015 16:32 | Status: Nəzarətçi | Şərh: 17 439
Məsləhətlərçün tşk...
Əsmər1 | 20 sentyabr 2015 09:12 | Status: VİP user | Şərh: 1 584
Mənə lazım deyil Şükürlər təşkkürlər 0109
Nergiz love | 20 sentyabr 2015 02:21 | Status: Professional user | Şərh: 7 871
Mene lazimli xeberdiiiiiii