Sağlamlıq / Sağlam ol!

Böyrəklərdə duzların təhlükəsi

Ag Gul | 21-06-2015, 16:30
4 865 18

Bəzən tam sağlam insanda sidik analizi zamanı duzlar (onlara "qum" da deyilir) aşkar olunur.

Sağlam insanların sidiyində duzların cüzi miqdarda olması xəstəliyin əlaməti sayılmır. Bu bəzi qidaların artıq miqdarlarda qəbulu ilə bağlı ola bilər. Lakin duzların sidikdə daim aşkar olunması və onların miqdarının çox olması artıq patoloji hal sayılır və müayinə və müalicə tələb edir.

Adi duzla və qumla böyrəklərdə olan duzların heç bir əlaqəsi yoxdur. Bu həll olunmamış birləşmələrdir (urat, oksalat, fosfatlar). Bu maddələr orqanizmdə bəzi mübadilə proseslərin nəticəsində əmələ gəlir və daha sonra böyrəklər vasitəsilə orqanizmdən xaric olunur. Bəzi səbəblərə görə bu duzlar böyrəklərdən çıxmaya bilər və nəticədə burada yığıla bilər. Bu həm yaşlı insanlarda, həm də uşaqlarda baş verə bilər.

Böyrəklərdə duzların yığılması heç də yaxşı hal deyil. Gələcəkdə bu böyrəklərdə daşların (konkrementlər) əmələ gəlməsinə və nəticədə böyrək daşı xəstəliyinə səbəb ola bilər.

Duzlar hansı səbəblərə görə yığılır?

- İrsiyyət. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Bu irsi faktordur - nəsldən nəslə ötürülən müəyyən mübadilə proseslərinin   xüsusiyyətlərinə görə duzlar bu insanların böyrəklərində daha tez yığılır.

- Orqanizmdə kalsiumin həddən artıq olması və həminin qanda sidik turşusunun çoxlu miqdarda yığılması da böyrəklərdə duzların yığılmasına səbəb ola bilər.

- Susuzlaşma (xüsusilə xroniki susuzlaşma) zamanı sidik qaha qatı olur ki, böyrəklər duzları orqanizmdən tam effektli şəkildə xaric edə bilmir və duzlar burada yığılmağa başlayır. Susuzlaşmanın səbəbi həm mayenin az miqdarda qəbulu, həm də sidikqovucu preparatların qəbulu ola bilər.

- Böyrəklərdə gedən iltihabi proseslər də duzların yığılmasına səbəb ola bilər. Xəstə böyrəklər öz işinin öhdəsindən tam şəkildə gələ bilmir və nəticədə burada duzlar yığılmağa başlayır.

- Düzgün olmayan qidalanma (duzlu, qızardılmış, hisə verilmiş qidaların, ət məhsullarının həddən artıq qəbulu).

Əksər hallarda böyrəklərdə az miqdarda duzların olması özünü heç bir simptomla büruzə vermir və təsadüfən analiz zamanı təyin olunur.

Lakin kiçik duz kristalları sidik yollarında hərəkət etdikdə selikli qişa zədələnir ki, bu da iltihaba və ağrılara səbəb olur. Belə iltihabın simptomları:

- Sidik ifrazı zamanı ağrılar.

- Tezləşmiş sidik ifrazı.

- Bel nahiyəsində kəskin kəsici ağrılar.

- Sidik bulanıq olur, bəzən sidikdə qan izləri ola bilər.

Böyrəklərdən duzları təmizləməkdən əvvəl onların burada yığılmasının səbəblərini araşdırmaq lazımdır. Uroloq (və ya nefroloq) xəstəni əlavə müayinələrə göndərir (USM, qan analiz və s.).

Daha sonra həkim lazım olan müalicə təyin edir. Müalicə konservativ (dərmanların köməyi ilə) üsulla aparılır. Xəstəyə sidikqovucu preparatlar, otlar, duz kristallarını parçalayan preparatlar, antibiotiklər təyin oluna bilər. Müalicə zamanı xəstə kifayət qədər maye (ən yaxşı variant - təmiz su, gündə 2 l-dən az olmayaraq) qəbul etməlidir ki, duzların xaric olunması prosesi daha tez, ağrısız və effektli olsun.

Müalicə zamanı və həmçinin müalicədən sonra həkim xəstəyə müəyyən pəhriz təyin edə bilər.

Böyrəklərdə duz olan insanlar hərəkətli olmalı, bədən tərbiyəsi, idmanla məşğul olmalıdır. Bu böyrəklərdə durğunluq prosesləri azaldır və böyrəklərin təbii yolu ilə təmizlənməsinə kömək edir.



Nagizade.Leyla | 23 iyun 2015 22:27 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler...
Lady Nara | 23 iyun 2015 16:12 | Status: VİP user | Şərh: 1 026
ALLAH qorusun tskler
Nergiz love | 23 iyun 2015 01:59 | Status: Professional user | Şərh: 7 871
Sukir bele problemim yoxdu Insallah bundan sorada olmaz.
Meley... | 23 iyun 2015 00:33 | Status: VİP user | Şərh: 696
Sitat: Vetenperver
Məndə irsi olaraq böyrəyimdə daş var,birdəfə saldırmışam,ikinci dəfə əmələ gəlib.Duzlu istiotlu yeməklər yemirəm.çalışıram çoxlu su içim,lakin yayda çoxlu su içəndə tərmələ olur buda bir porlem yaradır.Az hərəkət etməkdə daşa səbəb olur.Qadınlarda daş rahat və tez düşür,çünki qadınarda sidik kanalı həm enli həmdə qısadır,ona görə daş rahat düşür.

meslehet demezdim bele deyimde istiyotun duzun daslasmaya duzlasmaya adiyati yoxdur duzlu istyotli yemeyler butun arqanizime ziyandi hedinen artiq istifade edende sizin boyreyinizicun bunlardan istifade etseniz komeyi olar piyve birde qarpuz
Lumia | 22 iyun 2015 17:11 | Status: Professional user | Şərh: 5 380
Urat duzlari var mende az miqdarda,calisiram coxlu su icim.Tesekkurler.
Aynur_Mezahirli | 22 iyun 2015 16:52 | Status: Qonaq | Şərh: 0
Sitat: CUCI
Belə prablemim yoxdu.olanlara da Allah komek olsun
Vetenperver | 22 iyun 2015 15:12 | Status: Professional user | Şərh: 6 700
Məndə irsi olaraq böyrəyimdə daş var,birdəfə saldırmışam,ikinci dəfə əmələ gəlib.Duzlu istiotlu yeməklər yemirəm.çalışıram çoxlu su içim,lakin yayda çoxlu su içəndə tərmələ olur buda bir porlem yaradır.Az hərəkət etməkdə daşa səbəb olur.Qadınlarda daş rahat və tez düşür,çünki qadınarda sidik kanalı həm enli həmdə qısadır,ona görə daş rahat düşür.
Narin-Ulker | 22 iyun 2015 14:48 | Status: Gümüş user | Şərh: 2 749
ALLAH yaratdiqi insanin butun orqanlari lazimlidir lakin gerek vaxtinda yaxşi qoruyub qedrini bilesen
Ay_Sun | 22 iyun 2015 11:48 | Status: Brilliant user | Şərh: 13 409
Hamile zamani boyreyim ile bagli problemim var idi.Indi sukur bele problemim yoxdur.Melumat ucun tesekkur gozelim 0109
SABINA | 22 iyun 2015 09:07 | Status: Professional user | Şərh: 7 410
Belə prablemim yoxdu.olanlara da Allah komek olsun
Sunay Elizade | 22 iyun 2015 09:05 | Status: Gümüş user | Şərh: 2 157
bele bir problem yoxdu amma Allah hec kime gostermesin
boris arxan | 22 iyun 2015 01:05 | Status: Professional user | Şərh: 4 784
boyreklerimnen cox belalar cekmiwem wukur indi yaxwidi
SEVDA | 22 iyun 2015 00:18 | Status: Nəzarətçi | Şərh: 17 443
Allah kömey olsun bele problemi olanlara.
Meley... | 21 iyun 2015 23:20 | Status: VİP user | Şərh: 696
bizde beledi siririniyat yeme seker olarsan
duzlu yeme boyreyin duz yigar
boyreyin duzlasmasi suzulmemis sudan olur suyun terkibinde olan mineralar boyreye cokur ve kiristalasma bas verir buna deyilir boyrey duzi
isabala | 21 iyun 2015 21:55 | Status: Şərhçi | Şərh: 457
şükür bele problemim yoxdur.
BULUTUM | 21 iyun 2015 18:59 | Status: Professional user | Şərh: 7 392
Xirda duz kristallari varimdi mualice aldim.tewekkurler
Real Madrid CF | 21 iyun 2015 16:35 | Status: Qonaq | Şərh: 0
Bele bir problemim yoxdur sukur..
Nilay | 21 iyun 2015 16:32 | Status: Qonaq | Şərh: 0
menim boyreyimde pr var ta usaqliqdan ..Tk xeber ucun
Boyrekde duz cox adam dusunur duzlu yemekdendi ,hekim mene dediki eksine coreyi az ye ,sirniyyati az ye ve s bele yemeklerden uzaq ol .