Sağlamlıq / Düzgün qidalanma

Qanı və qaraciyəri təmizləyən tərəvəz

Gulshen. | 13-04-2015, 11:00
5 024 16
 

 
Qidalanma və fitoterapiya mütəxəssisi Ece Günay Akkuş tərəvəzlərin sirrini açıqlayıb.
 
Qış aylarını artıq geridə qoymuşuq. Bahar isə bizi yağışlı, günəşli havası ilə salamlayır. Havaların isinməsi ilə əlaqədar mağazalarda meyvə və tərəvəz, göyərti çeşidləri də artır.  Bəs bu mövsümdə hansı tərəvəzləri daha çox istehlak etməliyik? Düzgün qidalanma və fitoterapiya mütəxəssisi Ece Günay Akkuş şəfalı tərəvəzlərin faydalarını açıqlayıb.
 
Çuğundur
 
Şəfa anbarı qırmızı çuğundur: Karbohidrat tərkibi yüksək olduğu üçün xüsusilə çəki və şəkər problemi olan insanlara faydalıdır. Bundan başqa, əsl şəfa anbarıdır. Bütün rəngli tərəvəz və meyvələrdə olduğu kimi, antioksidant tərkibi yüksəkdir, anti-kansoregen bir qidadır. Eyni zamanda, dəmir baxımından yüksəkdir. Dəmir çatışmazlığı problemi isə qadınlarda daha çox rast gəlinir. Bu baxımdan qadınların daha çox istehlak etməsi lazım olan qidadır.
Lif nisbəti yüksək olduğu üçün həzm sistemi xəstəliklərini yaxşılaşdırır, həzmi asanlaşdırır, bağırsaqları işlədir. Çuğundur şirəsi qan təzyiqini aşağı salır. Xüsusilə idman öncəsi çuğundur suyu içmək tövsiyə olunur. Bu zaman çuğundur suyu bədənə gümrahlıq verir. Stressə qarşı orqanizmin immunitetini möhkəmləndirir. Orqanizmə dinclik verir və gücləndirir. Qanda və qaraciyərdə toplanan zəhərli maddələrin bədəndən atılmasını asanlaşdıraraq orqanizmə detoks təsiri göstərir.
 
Kəvər
 
Kəvər mineralların kraliçasıdır: 100 qram kəvərdə 83 qram su, 1,5 qram zülal, 14 qram karbohidrat və az miqdarda yağ olur. Vitamin və mineral baxımından zəngin tərəvəzin tərkibinə Vitamin B 6, Vitamin C, Vitamin K, fol turşusu, dəmir və maqnezium daxildir.
Kəvər xərçənglə mübarizədə çox təsirlidir.
 
Kəvər xərçəng hüceyrələrin böyüməsini əngəlləyir. Tərkibində olan flavanoidler sayəsində sərbəst radikallara qarşı bədənin müdafiə mexanizmini qüvvətləndirir. Araşdırmalar sarımsaq, soğan və kəvərin qan təzyiqini aşağı saldığını təsdiqləyib. Arıqlamaq üçün təklif olunan pəhrizlərdə ən çox üstünlük verilən tərəvəzlərdən biri hesab olunur.
Kalorisi aşağı, lif məzmunu yüksək olduğu üçün uzun müddət toxluq hissi verir. Həzm sisteminin nizamlı işinə kömək edir. Tərkibində olan fol turşusu sayəsində hamiləlikdə erkən doğum və hamiləliyin pozulması riskini azaldır, qoruyucu təsir göstərir. Güclü antioksidant olduğu üçün yaşlanma əleyhinə də təsir göstərir, ekzema xəstəliyinin müalicəsində istifadə olunur.
Kəvər həm də sinir sisteminin möhkəmləndirir, psixi və fiziki yorğunluğu aradan qaldırır, qaraciyərin fəaliyyətinin nizamlayır, bədəni zərərli maddələrdən təmizləyir. Öskürəyi aradan qaldıran, ana südünü artıran, o cümlədən oynaq xəstəliyinin aradan qaldıran bitki kimi də tanınır.
 
Ənginar
 
Ənginar qaraciyərin daimi dostudur: Yumru, qalın yarpaqlı, vitamin və mineral anbarı olan tərəvəzdir. Xüsusilə bu mövsümdə geniş istifadə edilir. Qaraciyərdə toplanan zəhərli maddələrin bədəndən atılmasını asanlaşdırır. Qaraciyərin müalicəsində yaxşılaşma müddətini sürətləndirir. Tərkibi kalsium, maqnezium, kalium, fosfor kimi mühüm minerallarla boldur.
Ənginar qan şəkərini tənzimləyir, bağırsaqları işlədir, zehni və fiziki yorğunluğu azaldır.
 
Paxla
 
Böyrəkləri daş və qumdan təmizləyən tərəvəzdir. Quru paxla təzə paxlaya görə daha doyumldur. B1, B2, B6 və K vitamini ilə yanaşı, maqnezium, kalium, kalsium və dəmirdən ibarətdir. Lif tərkibi yüksəkdir. Müəyyən miqdarda zülal ehtiyacını ödəmək üçün ət yeməyən insanlara daha çox tövsiyə olunur.
Bağırsaq parazitlərini salır, sidik yollarını təmizləyir. Pis xolesterini aşağı salır. Qanın laxtalanmasının qarşısını alır. Qadınlara menstruasiya öncəsi istehlak etmək tövsiyə edilir. Çünki ağrıları azaldır. Paxla böyrəklərdən daş və qumu tökür.
 
Yaşıl noxud
 
Yaşıl noxud xolesterini tarazlaşdırır: Fol turşusu və K vitamini mənbəyidir, dəmir, maqnezium, mis, sink və kalsium ibarətdir. Sümük sağlamlığının qorunmasına kömək edir. Həzm sistemini hərəkətə gətirir, prebiyotik təsiri var. Ürək və damar sağlamlığını qoruyur. Uşaqlar üçün doyumlu və ideal qidadır, bədənə enerji verir. Tərkibində olan vitamin və minerallar sayəsində immuniteti möhkəmləndirir. Yaşıl noxud yerkökü və kartofla birlikdə bişirildikdə  həm daha dadlı olur, həm də şəfası artır./publika.az/

Array

  1. B.Fereh | 5 mart 2016 14:16 | Status: Nəzarətçi | Şərh: 6 983
    Keveri cox sevirem,ancaq bu qeder faydali oldugun bilmirdim.Caliwacam daha cox isdifade edem.Twk.
  2. Sariwka1 | 15 aprel 2015 11:02 | Status: VİP user | Şərh: 1 774
    Cuğunduru cox sevirem

    Sitat: SEVDA
    Melumatlara göre twk..
  3. SEVDA | 15 aprel 2015 00:45 | Status: Nəzarətçi | Şərh: 17 452
    Melumatlara göre twk..
  4. Dəniz qızı | 14 aprel 2015 08:42 | Status: Brilliant user | Şərh: 8 026
    Çoxsunu işlədirəm..
  5. Nergiz love | 14 aprel 2015 01:32 | Status: Professional user | Şərh: 7 871
    Sitat: SARA55
    çox faydalı məsləhət üçün təşəkkürlər hamısından evdə işlədirəm
  6. lady sweet | 14 aprel 2015 01:22 | Status: Gümüş user | Şərh: 1 880
    Sitat: birdane
    faydali meslehete gore twk
  7. BULUTUM | 13 aprel 2015 18:29 | Status: Professional user | Şərh: 7 398
    Sitat: Ag Gul
    Təşəkkürlər bacı

    Sitat: Ag Gul
    Təşəkkürlər bacı
  8. nurlana nurlana | 13 aprel 2015 18:16 | Status: Gümüş user | Şərh: 1 950
    Sitat: Ag Gul
    Təşəkkürlər bacı
  9. boris arxan | 13 aprel 2015 17:32 | Status: Professional user | Şərh: 4 784
    Sitat: Ag Gul
    Təşəkkürlər bacı
  10. Ag Gul | 13 aprel 2015 15:19 | Status: Professional user | Şərh: 4 334
    Təşəkkürlər bacı
  11. Narin-Ulker | 13 aprel 2015 14:32 | Status: Gümüş user | Şərh: 2 749
    ellerinize saqliq
  12. birdane | 13 aprel 2015 13:15 | Status: Professional user | Şərh: 3 727
    faydali meslehete gore twk
  13. nilay87 | 13 aprel 2015 12:50 | Status: Şərhçi | Şərh: 303
    Enginardan basqa hamisindan istifade edirem.tsk maraqli melumatdi
  14. SARA55 | 13 aprel 2015 11:49 | Status: Qonaq | Şərh: 0
    çox faydalı məsləhət üçün təşəkkürlər hamısından evdə işlədirəm
  15. Real Madrid CF | 13 aprel 2015 11:26 | Status: Qonaq | Şərh: 0
    Tesekkurlr amma ehtiyacim yoxdur.
  16. Aynur_Mezahirli | 13 aprel 2015 11:17 | Status: Qonaq | Şərh: 0
    Dəyərli və lazımlı məsləhətdir, təşəkkür.