Sağlamlıq / Xalq təbabəti

Çaytikanı yağının müalicəvi xüsusiyyətləri.

Gülçin | 10-03-2015, 16:30
5 553 17
 
 
Çaytıkanını "padşah giləmeyvəsi" adlandırırlar və bu səbəbsiz deyil. Çaytikanı çox zəngin vitamin-mineral tərkibinə malikdir.
Çaytikanı yağı çox effektli müalicəvi vasitə sayılır. Çaytikanı yağı həm xalq, həm də ənənəvi tibbdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur.
Çaytikanı yağının tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin, fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları), fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlər var.
Çaytikanı yağının spesifik parlaq narıncı rənginin səbəbi yağda çoxlu miqdarda karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur. Bu vitamin insanın sağlamlığı üçün olduqca vacibdir.
Bundan əlavə çaytikanı yağı C vitamini ilə də zəngindir.
A və C vitaminləri güclü antioksidantlar sayılır. Bu maddələr orqanizmdə gedən qocalma və dağılma prosesləri ləngidir, immun sistemini möhkəmləndirir, orqanizmi şiş xəstəliklərin inkişafından qoruyur.
Çaytikanı yağı avitaminoz (vitaminlərin çatışmazlığı) zamanı müalicəvi vasitə kimi istifadə olunur. Çaytikanı yağını təbii polivitamin kompleks hesab etmək olar.
Çaytikanı yağının tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin ürək-damar sistemi üçün olduqca xeyirlidir - damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, aterosklerozun və trombların, ürək-damar sistemində iltihabların əmələgəlməsinin qarşısını alır. Məhz bu səbəbdən çaytikanı yağı müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.
Çaytikanı yağı mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Çaytikanı yağı mədə turşusunun turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu yağ mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı xoraların sağalmasına kömək edir. Xora xəstəlikdən əlavə çaytikanı yağı həmçinin qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Şamlar şəklində olan çaytikanı yağı proktit (düz bağırsağın iltihabı), babasil zamanı istifadə olunur və çox yaxşı müalicəvi effekt verir.
Çaytikanı yağı gözlər üçün xüssilə faydalıdır. Belə hesab olunur ki, bu yağ müxtəlif göz xəstəliklərinin (katarakta, qlaukoma və s.) inkişafının qarşısını alır. Bundan əlavə çaytikanı yağı gözün buynuz qişası travmaları və yanıqları, keratit, traxoma kimi xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.
Stomatoloqlar çaytikanı yağını damaqların iltihablarının müalicəsində istifadə edirlər. Bunun üçün steril pambıq çaytikanı yağında isladılır və damaqlara qoyulur.
Çaytikanı yağı ginekologiyada da geniş istifadə olunur. Bu yağ kolpit, endometrit, vaqinit, servisit kimi xəstəliklərin kompleks müalicəsində istifadə olunur. Xüsusilə çaytikanı yağı uşaqlıq boynu eroziyası və uşaqlıq yolu selikli qişaların travmaları zamanı tez-tez istifadə olunur. Müalicə zamanı çaytikanı yağına batırılmış pambıq tampon uşaqlıq yoluna qoyulur. Adətən 10-15 belə prosedur təyin olunur. Selikli qişalar tez bir zamanda bərpa olunur və müalicənin nəticəsi davamlı olur.
Çaytikanı yağı özünü müxtəlif dəri xəstəliklərin (psoriaz, neyrodermit, dəmrov, ekzema, piodermiya və s.), yanıqların, xoraların müalicəsində çöx yaxşı göstərib. Ənənəvi tibb həmçinin bu yağı müxtəlif yanıqların (gün, termik, kimyəvi), çətin sağaldılan yaraların, yataq xəstələrində əmələ gələn yaraların müalicəsində geniş istifadə edir.
Müxtəlif xəstəliklərin, avitaminozların profilaktikası məqsədi ilə hər gün yatmazdan əvvəl 1 çay qaşığı çaytikanı yağı qəbul etmək lazımdır.
Bəzi xəstəliklər zamanı çaytikanı yağının qəbulu əks-göstərişdir və bu səbəbdən qəbuldan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. Çaytikanı yağı üz dərisini yumşaldır, qidalandırır, daha elastik edir, xırda qırışları yox edir, ağardır, piqment ləkələri və çilləri daha az görünən edir.
Çaytikanı yağı ilə kosmetik maskanın resepti: 2 xörək qaşığı yulaf yarması az miqdarda qaynar suda isladılır. Yarma şişəndə ora 1 çay qaşığı çaytikanı yağı, 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Maska təmiz üz dərisinə çəkilir və 20 dəqiqədən sonra ilıq su ilə yuyulur.
Çaytikanı yağı həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Həftədə 1 dəfə saçların köklərinə çaytikanı yağı sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun. Saçlarınız daha canlı, sağlam və parlaq olacaq.
sağlamol.az 
 


dılay | 8 mart 2016 18:21 | Status: Brilliant user | Şərh: 8 184
tewekkurler
buxqalter | 1 noyabr 2015 17:29 | Status: VİP user | Şərh: 1 213
Təşəkkürlər
Real Madrid CF | 9 may 2015 17:09 | Status: Qonaq | Şərh: 0
Sitat: AYXAN HEC KIM
tesekkurler gulcin xanim.
nurane55 | 15 mart 2015 17:40 | Status: Professional user | Şərh: 1 849
Uşaqlar qrip olanda istifaə etmişəm,bir də anamın mədəsi ağrıyanda içirdi.Tşk.
Ay_Sun | 12 mart 2015 22:11 | Status: Brilliant user | Şərh: 13 409
Faydalarini bilmirdim,Sayenizde oyrenmis oldum.Tesekkurler Gulcin xalam.
Gülçin | 12 mart 2015 16:22 | Status: Brilliant user | Şərh: 6 781
Şərh yazan hər kəsə təşəkkür edirəm. love
Redaktəyə görə xüsusi təşəkkürlər.
Aynur_Mezahirli | 11 mart 2015 17:17 | Status: Qonaq | Şərh: 0
Çaytikan yağını ilk dəfə qızım dünyaya gələndə bilmişəm uşaq həkimi uşağın səpgilərinə görə məsləhət görmüşdü. Sonradan sızanaqlara faydasın eşitdim özümçün istifadə etdim, azdan çoxdan faydasından xəbərim vardı. Xatırlatdığınızçün təşəkkür.
SABINA | 11 mart 2015 15:14 | Status: Professional user | Şərh: 7 410
ellerimi suse kesmisdi qezada izleri qaldi caytikani bir az komek etdi izlerine.helede istifade edirem
Miraj | 11 mart 2015 11:21 | Status: Professional user | Şərh: 2 625
tesekkurler
Dəniz qızı | 11 mart 2015 08:17 | Status: Brilliant user | Şərh: 8 019
Məndə var idi,amma belə faydaların bilmirdim.
A1995 | 10 mart 2015 19:56 | Status: Qonaq | Şərh: 0
ayyy tesekkur. 0109 Yoxlayacam ellerinize saglig
SEVDA | 10 mart 2015 19:35 | Status: Nəzarətçi | Şərh: 17 442
Twk melumatlara göre......
Nergiz love | 10 mart 2015 19:02 | Status: Professional user | Şərh: 7 871
Sitat: nurlana nurlana
Faydalı meslehet üçün teşekkür
Ag Gul | 10 mart 2015 18:28 | Status: Professional user | Şərh: 4 333
Təşəkkürlər xalam
kristal | 10 mart 2015 17:30 | Status: VİP user | Şərh: 1 184
Cox tewekkur

Cooooox sevindim mene şerhçi statusu verilib.sag olun. 0109
nurlana nurlana | 10 mart 2015 17:05 | Status: Gümüş user | Şərh: 1 950
Faydalı meslehet üçün teşekkür
AYXAN HEC KIM | 10 mart 2015 16:38 | Status: Şərhçi | Şərh: 231
tesekkurler gulcin xanim.