Sağlamlıq / Qadın xəstəlikləri

Təbii yolla normal doğuşun ağrısızlaşdırılması

dr.Samira | 17-06-2011, 13:00
17 947 49


Təbii yolla normal doğuşun ağrısızlaşdırılması



Demək olar ki,hər qadın doğuş prosesində ağrı hiss edir.Bu ağrının səbəbi nədir?İlk növbədə,doğuşun birinci dövründə,uşaqlığın boynu açılır,burda isə çox sayda ağrıya çox həssas reseptorlar var.Bununla yanaşı uşaqlığın özü yığılır,bağları,periton gərilir,qarındaxili təzyiq dəyişir.Bu səbəblərdən yaranan ağrılar adətən küt olur və əmələ gəldikləri yerdə yox,beldə və büzdümdə daha çox hiss olunur.
Uşaq doğulmazdan dərhal öncə isə,doğuş yollarının aşağı nahiyəsində,onların genişlənməsi səbəbindən başqa xarakterli ağrılar yaranır:o uşaqlıq yolunda,düz bağırsaqda,aralıqda hiss olunur.O da məlumdur ki,doğuşdan öncə bəzi qadınlarda yaranan mənfi emosiyalar və qorxular,ağrı hisiyatının qəbuletmə hüdudunu aşağı salmış olur ki,belə olan halda,yığılmalar və gücənmələr də güclü ağrı kimi qəbul oluna bilər.

Doğuşu necə ağrısızlaşdırmaq olar?
Medikamentoz(dərmanla) və qeyri-medikamentoz(dərmansız) ağrısızlaşdırma üsulları mövcuddur.Medikamentoz üsuldan adətən doğuş zamanı hansısa ağırlaşma meydana çıxdıqda və təbii ki,operativ sullarda(kesar kəsiyi) istifadə olunur.Normal doğuşlarda isə düzgün tənəffüs,sancılar zamanı düzgün vəziyyət və davranış,masaj və təbii ağrısızlaşdırma kömək edir.
 


Təbii ağrısızlaşdırma üsulu.
Ən əsas ağrısızlaşdıran vasitəni bizə təbiət verib.Söhbət ,xoşbəxtlik hormonu kimə bizə tanış olan
endorfinlərdən gedir.Təsəvvür edin ki,doğuş zamanı qadının orqanizmində çox miqdarda bu hormonlar ifraz olunur.
Endorfinlər ağrıkəsici və tonuslandırıcı funksiyaya malikdilər və qana sırf sancı anında ifraz olunurlar.Ancaq,orqanizmin bu "təbii anestetik"i lazımi miqdarda ala bilməsi qadının düzgün psixoemosional hazırlığı vacibdir.
 


Doğuşda düzgün vəziyyət(poza) və hərəkət.
ƏGƏr heç bir əks-göstəriş yoxdursa ,qadın özü üçün ən rahat poza və hərəkəti seçə bilər.Kimin üçün vertikal vəziyyət:gəzmək,ayaq üstə dayanmaq,yırğalanmaq,onurğanın yükünü azaltmaq üçün əyilmək rahat ola bilər,kimin üçün isə üfüqi vəziyyət-uzanmaq(arxası üstə uzanmaq olmaz,çünki uşaqlıq aşağı boş venaya təzyiq edərək ürəyə qayıdan qanı azalda bilər,bayılma törədər).Diskomfort yaranan kimi vəziyyəti dəyişmək lazımdır.

Masaj,ağrıkəsici vasitə kimi.
Masaj,düzgün tənəffüs kimi ,doğuş ağrılarını əhəmiyyətli dərəcədə zəiflədə bilər.Onu qadının özü,yaxud yanındakı köməkçi bir şəxs edə bilər.Masaj yaxşıca yumşaldır və qadlının diqqətini yayındırır.
Doğuş zamanı masajın məqsədi maksimal dərəcədə bədəninizi yumşaltmaqdı.Doğuş zamanı edilən masajın bir çox üsulları və nöqtələri var,adətən daha çox sığallama,ovxalama,sürtmə hərəkətləri ilə belin bütün əzələlərini,büzdüm nahiyəsini,qarnın aşağısını və budun iç səthlərini masaj edirlər.Qarnın aşağı hissəsini mərkəzdən yanlara olmaqla sığallamaq olar,bu hərəkətləri beldə də etmək olar.
 


Düzgün tənəffüs.
Sancı anında düzgün tənəffüs etməyi bacarsaq yüngülvari xoşaələn başgicəllənmə yaranır.elə bu vaxt endorfinlər qana atılır.Ağrıkəsici təsirindən əlavə düzgün tənəffüs ,əzələlərdən ibarət olan uşaqlığın effektli iş görə bilməsi üçün oksigenlə düzgün təchizini təmin edir.
Eyni zamanda,düzgün tənəffüs etsəz,uşaq da ormal olaraq oksigen aclığı yaşamayacaq.
Sancının başlanğıcında ağızdan tam nəfəs vermək lazımdır.Sonra burndan dərin nəfəs almaq lazımdır.Bu qənaətli nəfəsdir.Bəzi qadınlaa sancı zamanı səthi və tez-tez nəfəs almaq asan gəlir.Doğuşun birinci dövrünün sonunda,uşağın başı görünəndə,qadına güc gəlir.Ancaq bu zaman gücənmək olmaz,cırılmalara səbəb ola bilər.Bu zaman,"saylı tənəffüs" etmək lazımdır:əvvəl bütün nəfəsi vermək və dərin nəfəs almaq,sonra isə 5 dəfə qısa nəfəsvermə hərəkəti etmək,sonda isə boru kimi uzatdığınız dodaqlarınızdan,yerdə qalan nəfəsinizi üfürmək.


  1. dılay | 11 mart 2016 18:46 | Status: Brilliant user | Şərh: 8 259
    Arzusunda olamlarin hamisina ALLAH qismet elesin,AMIN
  2. Nigar | 16 sentyabr 2013 15:05 | Status: Gümüş user | Şərh: 6 073
    xebere gore tewekkurler nn29
  3. Meqa | 2 mart 2013 11:15 | Status: Professional user | Şərh: 2 078
    Sitat: Nazar
    Təşəkkürlər xəbərə görə bir də bunu vurğulamaq istəyirəm doğuş sancısı haqqında nə qədər oxusaq da nəfəsi düzgün alıb buraxmağı örgənsək də doğuş zamanı gəlib çatdığında ağrıdan hər şeyi unudursan vallah.

    DÜZDÜ MEN BELE ŞEYLER HEÇ İNANMIRAM NECE YANİ CANINDAN CAN AYRILIR EEEE
  4. Nazar | 10 dekabr 2012 21:57 | Status: Professional user | Şərh: 1 184
    Təşəkkürlər xəbərə görə bir də bunu vurğulamaq istəyirəm doğuş sancısı haqqında nə qədər oxusaq da nəfəsi düzgün alıb buraxmağı örgənsək də doğuş zamanı gəlib çatdığında ağrıdan hər şeyi unudursan vallah.
  5. caliqusu f | 14 noyabr 2012 16:25 | Status: Şərhçi | Şərh: 163
    2 oglum olub olub,2side tebii yolla.hec kese arzulamazdim bele cetin doguslar
  6. sanel | 8 noyabr 2012 16:53 | Status: Professional user | Şərh: 3 649
    tesekkur
  7. Q.MERYEM | 10 oktyabr 2012 14:24 | Status: İstifadəçi | Şərh: 7
    Arzusunda olamlarin hamisina ALLAH qismet elesin,AMIN
  8. kama13 | 20 avqust 2012 15:35 | Status: Şərhçi | Şərh: 42
    men ana olmaq isteyirem
  9. sevinc keder | 20 avqust 2012 15:17 | Status: Professional user | Şərh: 3 818
    lap ere getmekden imtina edecem eeee indi! :n3:
    ana olmaq gorunur cetindir!
    :n23:
  10. Ayka21 | 26 iyul 2012 13:06 | Status: Yazar | Şərh: 2 772
    tesekkurler xebere gore
  11. Melek_1 | 23 iyul 2012 16:51 | Status: VİP user | Şərh: 1 003
    tesekkurler menen aid olmadigi ucun oxumadim
  12. TATLI GUZEL | 23 iyul 2012 16:50 | Status: Professional user | Şərh: 5 783
    uyyy menlik xeber deyl.tesekkurler
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.