Sağlamlıq / Qadın xəstəlikləri

Qadınların qorxulu xəstəliyi-Osteoporoz (sümük əriməsi)

leyla meherremova | 3-04-2018, 10:30
4 801 0

 

 

 

Sümük əriməsinə qarşı tədbir alın.


Xüsusilə də qadınlar irəliləyən yaşlarda ( menopoz və sonrası ya da 45 yaş üstü ) sümük əriməsi ilə qarşı-qarşıya qalırlar. Haradasa qaçınılmaz olan bu vəziyyət(vurğulayaraq qeyd edək)-xüsusilə uşaqlıqdan etibarən alına biləcək tədbirlərlə son dərəcə azaldıla bilər.Qidalanmanızdakı bəzi dəyişikliklər sizi sümük əriməsi və istənməyən sümük qırılmalarına qarşı qoruyur. Yəni sümük əriməsinin qarşısını almaq sizin əlinizdədir. Sümük əriməsinə qarşı nizamlı həkim nəzarəti də olmazsa olmaz şərtlərdəndir. Elmi adı Osteoporoz olan problem, olduqca məşhur görülən bir skelet sistemi xəstəliklərindəndir. İsrarla laqeyd qalanlarda əl və ayaq sümüklərində kütlə itkiləri,büzdüm sümüklərindəki qırılmalarla başlanğıc etməkdədir.Bilindiyi kimi sümüklərin əsas quruluş maddəsini kalsium meydana gətirər. İnkişaf çağından etibarən, nizamlı olaraq alınan kalsium baxımından zəngin qidalar sayəsində osteoporoz riskini azalda bilərsiniz.


Sümük əriməsi nə səbəbdən olar?


Sümük əriməsi yalnız qadınları maraqlandıran bir sağlamlıq problemi deyil. Lakin qadınların əmizdirmə , hamiləlik və kişilərdə daha az kütləyə sahib olmasından ötəri daha çox kalsium qəbuluna ehtiyacları vardır. Bənzər şəkildə irəliləyən yaşlarda hər iki cinsin də daha çox kalsiuma ehtiyacları vardır. Xüsusilə bu dövrlərdə kalsium itkisi daha çox olacağından , qeyri-kafi kalsium alma problem təşkil etməkdədir. Bədən üçün , qidalarla , kafi kalsium alınmadığı təqdirdə bədən , ən böyük kalsium qaynağı olan sümüklərdəki kalsiumu istifadə etməyə başlayar. Bu da sümüklərdə əriməyə səbəb olar.


Kalsium ehtiyacı.

Yaş miqdarı ( MG )

1-3 yaş- 500 ( MG )

4-8 yaş- 800 ( MG )

9-18 yaş- 1300( MG )

19-50 yaş- 1000 ( MG )

50 yaşdan yuxarı- 1200 ( MG )

Hamilə və ya əmzikli qadınlar - 1200-1500 ( MG )

Sümük əriməsinin qarşısını necə ala bilərik ?

Sümük əriməsini kalsiumla zəngin qidalanaraq maneə törədə bilərsiniz.

Bu da zəngin kalsium siyahısı:

Bəkməz(qatıqla birlikdə ya da təyinli istehlak ).100 qram bəkməzdə 400 mq kalsium var. Zəngin kalsium qaynaqlarından biridir.


Süd, qatıq, pendir,dondurma-Yağsız 1 stəkan süddə 245 mq, 100 qr. qatıqda isə 350 mq kalsium var.


İspanaq,pazı,yaşıl yarpaqlılar və xüsusilə brokoli-Brokoli sanki vitamin (A, E, C) və mineral (Ca,Fe,Se,Cu,K) anbarıdır. Salatlarda istifadə edə bilərsiniz. Həm sümük əriməsi həm də sinə, ağciyər,yoğun bağırsaq və mədə xərçəngi düşməni bir tərəvəzdir. Ayrıca brokoli istehlak edən kəslərdə ürək- damar problemləri də görülməz.


Paxlalılar və dəniz məhsulları.

Badam

Ərik( kalsium və maqnezium anbarı )

Soğan

Kahı

Ərik qurusu

Üzüm nüvəsi(özəyi)

Alma


Bunlara əlavə olaraq spirt ,qəhvə və siqaret istifadə etməyin ,kafi miqdarda D vitamini qəbuluna diqqət yetirin.Sink və zülal qəbuluna da diqqət yetirməlisiniz.


Osteoporoz üçün digər tədbirlər.


Osteoporoz ilə mübarizə yalnız kalsium qəbulu ilə kifayətlənməməlidir.Bundan əlavə tədbirlər də alınmalıdır. Buna nümunə olaraq maqnezium və C vitamini qəbulunada da diqqət göstərilməlidir. Duz baxımından kasıb bir diyeta seçilməli ,lif nisbəti yüksək qidaların qəbulu da, müalicədə müvəffəqiyyət əldə olunmasını artıracaq.


Osteoporoza qarşı yumurta qabığı qurusu.


Yumurta qabığı quruluşca kalsiyum tərkiblidir.Yumurta qabığı müalicəsində, qabıqdakı kalsiumla faydalanmaq məqsədi qoyular.Əvvəlcə qabıqların steril hala gətirilməsi üçün qaynadılır. Qabıqlar blender ya da həvəngdəstədə döyülərək toz halına gətirilir.Toz halına gətirilən qabıqlardan hər səhər bir çay qaşığı qədər qəbul edilir.Boğazınızdan qalma ehtimalı həm də faydalı olması baxımından C vitamini zəngin olan meyvə suyu ilə içmək faydalıdır. Belə sizə uyğun deyilsə, yumurta qabığı tozunu meyvə suyu ya da südə qarışdıraraq içə bilərsiniz.



                                                                                                      


 

 




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.