Sağlamlıq / Sağlam ol!

Saat 22.00-da yatın, çünki...

NaraAzer | 29-07-2013, 22:00
7 060 32



Xroniki yuxusuzluq çəkirsinizsə, Türk Yuxu Tibbi Dərnəyi İdarə heyəti Üzvü Prof. Dr. Hikmət Yılmazın sadə, amma təsirli təkliflərinə qulaq asmalısınız. Azadqadin.az təqdim edir:


Bir ay ya da daha uzun müddət davam edən, yuxuya getmə və yuxunu davam etdirmə mövzusundakı problemlərdə mütləq bir yuxu mütəxəssisinə gedilməlidir. Çünki yuxusuzluq bir simptomdur və bir çox xəstəliyin əlaməti ola bilər. Bu xəstəliklərin erkən qarşısının alınması üçün həkimə erkən gedilməsi çox əhəmiyyətlidir. Ancaq həkimə gedənə qədər yuxusuzluğa yaxşı gələn bəzi bitki mənşəli məhsullardan faydalana bilərsiniz.

İLIQ BANANLI-BALLI SÜD ÜÇÜN

- Adaçayı faydalı bir ədviyyat və antibiotikdir. Bal və sirkə əlavə edilərək içilsə, narahatlıq səbəbiylə yuxuya gedə bilməyənlərə ya da həddindən artıq yorğunluq səbəbiylə gecə boyunca tez-tez oyananlara yaxşı gəlir. Adaçayı gecə tərləməsi səbəbiylə yuxusu qaçanlara da faydalı ola bilər.

- Günəbaxan yağı içilməz, amma qarqara edildiyində yuxusuzluğa və xroniki baş ağrısına yaxşı gəlir.

- Cökə, kəklik, sarı kantaron otu, çobanyastığı çiçəyi kimi otların çayları da yuxuya getməyi asanlaşdıra bilər.

- Yatmadan 10-15 dəqiqə əvvəl ilıq bananlı-ballı süd içmək ya da günəbaxan yağı ilə qarqara etmək yuxuya getməyi asanlaşdıra bilər.

- Almanın içindəki təsirli maddələr qan şəkərinin orqanizmdə tənzimlədiyi üçün yuxusuzluğa yaxşı gəlir.

- Gəlincik çiçəklərinin balla qarışdırılmasıyla əldə edilən bir məcun, yuxusuzluğa qarşı tez-tez istifadə edilər.

- Qovun, portağal, naringi, armud kimi meyvələr ilə kahı, cəfəri, nanə və semizotu kimi tərəvəzlər yuxuya getmə müddətini qısaldar.

YUXU HAQQINDA DOĞRU BİLİNƏN SƏHVLƏR

SƏHV: Yataqda nə qədər çox qalsan, o qədər çox yatarsan.
DOĞRU: Yataqda yatmağı gözləmək yerinə, yuxu gələnə qədər bir şeylərlə maraqlanmaq, kitab oxumaq və ya TV izləmək daha doğrudur.

SƏHV: Çox işləyənlər daha yaxşı yatar.
DOĞRU: Həddindən artıq yorğunluq böyrək üstü bezlərinin stress hormonu ifraz etməsinə səbəb olar. Yuxu çətinliyi çəkən bir çox adamın əsl problemi yorğunluqdur.

SƏHV: Gecə yatmadan əvvəl bol karbonhidrat istifadə edilsə, yaxşı yatılar.
DOĞRU: Yatma vaxtından bir neçə saat əvvəl yenilən yeməklər bədən istiliyini artıraraq yuxusuzluğa səbəb olar.

HƏFTƏ SONU DAHA ÇOX YUXU

SƏHV: Bir insanın hər gün yeddi-səkkiz saat yatması lazımdır.
DOĞRU: Halbuki yetkin insanlar bəzən etdikləri iş gərəyi, bəzən də gecə TV izləmə, internetdə sörf etmə kimi səbəblərlə həftə içində daha qısa müddət yatıb bu yuxu məhrumluğunu həftə sonları çox yataraq kompensasiya edə bilir.

SƏHV: Gecə sıx tualetə getmək, yalnız sidik yolları ilə əlaqədar bir sağlamlıq problemidir.
DOĞRU: Yuxu apnesi sindromunda yaşanan nəfəs dayanmaları qanın məzmunundakı oksigen səviyyəsini azaldır. Bunun nəticəsində ürək atışları sürətlənir, təzyiq yüksəlir və damarlarda gəzən qanın volümü artır. Artan volüm; sidik torbasını da xəbərdar edir və adam bu təzyiqi ancaq sidik edərək ata bilir.

QARANLIQ OLMALI
Prof. Dr. Hikmət Yılmaz, yaxşı bir yuxu üçün ən əhəmiyyətli faktorun qaranlıq bir mühit olduğunu söyləyir. Bunun üçün gecə lampası yandırmadan, tamamilə qaranlıq bir otaqda yatmağa alışmaq lazımdır.

YATMADAN ƏVVƏL BUNLARA DİQQƏT

- Gecə yuxusu üçün ən ideal saatlar axşam 22.00 ilə səhər 06.00 arasıdır. Bədən özünü gecə 23.00 ilə 01.00 arasında yeniləyər. Bu saatlarda yatmaq, bədən üçün çox faydalıdır.

- Yatmadan əvvəl həzmi çətin yeməklər yeməyin. Saat 20.00-dən sonra yemək yeməmək, 21.00-dən sonra çox maye qəbul etməmək yatmağı asanlaşdırar.

- Gecələri qəhvə və ya spirtli içkilər içməyin. Yatmadan 10-15 dəqiqə əvvəl ilıq süd və ya ballı süd için.

- Hər gün eyni saatda yatıb eyni saatda qalxma vərdişi əldə edin.

- Yatmadan əvvəl isti bir duş qəbul edin.

- Yatmadan əvvəl instrumental musiqi dinləyə bilər və ya kitab oxuya bilərsiniz.

- Yatarkən darıxdırıcı, sıxıcı, təəssüfləndirici ya da stress səbəbi ola biləcək şeylər düşünməyin.

- Ayaqlarınızı isti tutun və ya otaq istiliyinin 20-22 dərəcə arasında olmasına diqqət yetirin. Rahat bir yastıq və yataq seçin.

CİB TELEFONU HƏYƏCANI YERİNƏ BATAREYLI ZƏNGLİ SAAT

- Yataq otağında TV izləmək, kompüter, iPad, cib telefonu kimi cihazları yatma saatında istifadə etmək yuxu nizamını poza bilir. Bu alətlərin yaydığı elektromaqnetik enerji, alətlər bağlı vəziyyətdəykən belə kəsləri mənfi təsir edir. Yuxu keyfiyyətini artırmaq üçün bu cihazları, yataq otağından uzaqlaşdırmaq lazımdır. Cib telefonu həyəcanını qurmaq və ya elektrikli saat istifadə etmək yerinə, batareyayla işləyən, klassik bir zəngli saat seçməlisiniz.//azadqadin.az

Tərcümə azadqadin.az saytına məxsusdur....

  1. dılay | 23 noyabr 2015 10:01 | Status: Brilliant user | Şərh: 8 251
    Sitat: Meryem_Duyqu
    Maraqlı məsləhətlər üçün təşəkkürlər.


    ........m..
  2. ESMERRi | 17 noyabr 2015 11:54 | Status: Brilliant user | Şərh: 5 421
    Sitat: My life
    0131 Xoş olmayan yuxu görmek de otağın soyuq olduğunu bildirir teşekkürler 0134
  3. My life | 3 aprel 2014 19:09 | Status: Qonaq | Şərh: 0
    0131 Xoş olmayan yuxu görmek de otağın soyuq olduğunu bildirir teşekkürler 0134
  4. Meryem_Duyqu | 9 mart 2014 22:55 | Status: Yazar | Şərh: 4 135
    Maraqlı məsləhətlər üçün təşəkkürlər.
  5. Nigar | 4 mart 2014 12:48 | Status: Gümüş user | Şərh: 6 071
    Sitat: SeVa
    Tewekkurle

  6. Gulshen. | 20 fevral 2014 13:06 | Status: Qonaq | Şərh: 0
    Tewekkurler
  7. Girl | 18 yanvar 2014 19:16 | Status: Professional user | Şərh: 8 212

    CİB TELEFONU HƏYƏCANI YERİNƏ BATAREYLI ZƏNGLİ SAAT
    cib telefonunun yerini heçne vermez birdaha təşəkkür
  8. Nigar | 13 dekabr 2013 13:51 | Status: Gümüş user | Şərh: 6 071
    maraqli xeber oldu sag olun
  9. HUSNIYYA | 17 oktyabr 2013 20:45 | Status: Gümüş user | Şərh: 1 193
    tewekkurler..
  10. Damla A-va | 17 oktyabr 2013 19:38 | Status: VİP user | Şərh: 616
    SEBRİM CATMADİ OXUMAGA...
  11. Alone Girl | 2 avqust 2013 16:37 | Status: Gümüş user | Şərh: 1 681
    Sitat: Feriha.
    yuxum gelende saata baxmiram amma 1de bele yatiram
  12. Feriha. | 2 avqust 2013 12:17 | Status: Professional user | Şərh: 4 747
    yuxum gelende saata baxmiram amma 1de bele yatiram
  13. Anonimka. | 1 avqust 2013 20:34 | Status: VİP user | Şərh: 623
    elə gün olur işdən gəlib yimək yeyib səhərə kimi yatıram elə gündə olur yata bilmirəm hər şeydən bezirəm gun
  14. Just me | 1 avqust 2013 19:23 | Status: Professional user | Şərh: 1 297
    BAGISLAYIN OXUMADIM BASLIGI OXUDUM MARAQSIZ GELDI
  15. ayruska | 1 avqust 2013 14:18 | Status: Professional user | Şərh: 3 980
    SEBRİM CATMADİ OXUMAGA
  16. Nurus. | 31 iyul 2013 22:33 | Status: Brilliant user | Şərh: 6 990
    Goresen hansisa otaq varmiki orda cep telefonu olasin?
  17. Aliyeva | 31 iyul 2013 14:47 | Status: Yazar | Şərh: 4 038
    CİB TELEFONU HƏYƏCANI YERİNƏ BATAREYLI ZƏNGLİ SAAT
    23_18 he he mutleq))
  18. Billurə | 31 iyul 2013 14:20 | Status: Professional user | Şərh: 4 896
    mən səhər saat 5 də yatıram))
  19. Beren | 30 iyul 2013 17:02 | Status: Professional user | Şərh: 3 215
    Gecə saat 02:00,03:00-dan tez yata bilmirəm.
  20. Girl | 30 iyul 2013 15:33 | Status: Professional user | Şərh: 8 212
    men saat 1-de yada 2-de yatiram
  21. pander | 30 iyul 2013 15:27 | Status: Qonaq | Şərh: 0
    mendede yuxu problemi variydi boyarisnik pusturnik birde valerian heresinden gunde 15 damci tokursen az suya icirsen gunde 3 4 defe cox yaxsi edir esebleride sakitlesdirir
  22. Lumia | 30 iyul 2013 14:41 | Status: Professional user | Şərh: 5 391
    Men yuxu saridan yaman eziyyet cekirem(((Saat 3-4 de gucle yuxuya gedirem,oz de yaman narahat yatiram,tez tez oyaniram,ilan qurbaga yuxular gorurem.Isleyende ele rahat idim ki,emelli basli rejimim vardi,indi pozulub rejimim.Tecili is tapmaliyam.
  23. Mickey Mouse | 30 iyul 2013 14:18 | Status: Professional user | Şərh: 4 009
    Men saat 2-de yatiram..
  24. Akademik | 30 iyul 2013 13:58 | Status: Professional user | Şərh: 4 581
    YATA BİLMİRƏM Kİ...NƏQƏDƏR YORULSAMDA GEC YUXUYA GEDİRƏM VƏ NARAHAT YATIRAM.
  25. drop | 30 iyul 2013 12:49 | Status: Gümüş user | Şərh: 2 451
    rahat yatmaq ucun qaranliq otaq. tam raziyam. men de zulmet qaranliq otaqda yatmagi xowlayiram, hem de tez yuxuya gedirem. iwiqli otaqda oldur yata bilmirem, bu da menim ters terefim
  26. Qanad | 30 iyul 2013 08:52 | Status: Yazar | Şərh: 4 360
    22-da yatmaq olmur ozude yayda.Biz saat 21-de heyetde otururuq sohbete basimiz ele qarisir ki,bir de goruruk ki,saat YA 01-00;YA DA KI,02-00-DIR.yAYDA TEZ YATMAQ OLMUR.
  27. Göz yaşlarım | 30 iyul 2013 07:50 | Status: Şərhçi | Şərh: 424
    mən 11-dən yatıram, 6-da dururam
  28. Sehri. | 30 iyul 2013 01:39 | Status: Qonaq | Şərh: 0
    Nə 22:00da,heç cür mümkün deyil,indi evdəyəm 01:00 dan öncə yata bilmirəm,1 həftəyə işlərim daha da çoxalacaq artıq 02:00 ancaq yataram.
  29. ARZUM 01 | 30 iyul 2013 00:39 | Status: VİP user | Şərh: 768
    bash uste yeterki siz isteyin:))
  30. XeyaleR | 30 iyul 2013 00:33 | Status: VİP user | Şərh: 573
    Yuxu ile problemim yoxdu
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.