Sağlamlıq / Cinsi xəstəliklər

Qadınlarda seksual oyanma pozğunluğu

Lola. | 6-05-2013, 22:00
17 983 22




 Bir çox qadında rast gəlinən bu narahatlıq, psixoloji səbəblərlə yanaşı hormonal pozğunluq səbəbi ilə də yarana bilər. Bu problemin,yəni  seksual oyanma pozğunluğunun nəticələri  qadının vaginal ifrazatınin azalması, vaginada quruluq və ya cinsi istəyin azalması kimi özünü biruzə verir.
Qadınlarda cinsi əlaqəyə istək olmasına baxmayaraq, seksual oyanma pozğunluğunun nəticəsi olaraq zaman-zaman və ya mütəmadi  şəkildə,cinsiyyət orqanında lazımi  dərəcədə  bir nəmlənmə və qabarma reaksiyasının olmaması çox narahatlıq yaradır. 

 

Bu vəziyyət,qadının əhvalında nəzərə çarpan bir gərginlik yaratmaqla yanaşı,cütlərin intim  həyatında  da çətinliklərə gətirib çıxarar. Nəticə olaraq qadın cinsi əlaqədən 'zövq' ala bilməmə vəziyyətinə gəlir.

 

Qadınlarda seksual oyanma  pozğunluğunun  səbəbləri nələrdir?


Ən çox rast gəlinən  səbəblərdən biri mövcud olan  bir psixi xəstəlik, bəzi dərman preparatlarının istifadəsi və ya bəzi  somatik,infeksion xəstəliklərdir. Diabet, siqaret çəkmək, cinsi yolla yoluxan xəstəliklər seksual oyanmaya mənfi təsir edə bilər. Həmçinin ,qadınlarda süd verən dövrdə də  vaginal ifrazatın azalması və yetərincə nəmlənmə ola bilməməsi açıqlanıb. Menopauza dövründə və daha sonrasında estorgenin azalması da seksual oyanmanı çətinləşdirə bilər.

Bəzi dərmanlar da seksual oyanmanı  poza bilər.

Dərmanlar içərisindən antidepressantlar, antihipertensivlər və antihistaminlər  digərləri ilə müqayisədə daha çox bu yan təsirə malikdir.


Seksual oyanma pozğunluğu, vaginada quruluq nə kimi narahatlıqlara səbəb olar?

Bu problemi olan  qadınların ən böyük şikayəti vaginal quruluq, ifrazat azlığı və bununla əlaqədar cinsi əlaqənin ağrılı olması və orgazm ola bilməməkdəndir. Seksual oyanma zamanı qadınlarda cinsiyyət orqanları bölgəsində  damarların doluqanlılığı hesabına  dolğunlaşma, vaginada nəmlənmə  və genişləmə,  xarici cinsiyyət orqanında isə  şişkinlik  meydana gəlir ki ,bütün bunlar cinsi əlaqəyə hazırlıq sayılır. Bu proseslərin baş vermədiyi hallarda isə cinsi əlaqə zamanı qadın ağrı hiss edir və təbii olaraq cinsi əlaqəyə qarşı istəksiz olur, əlaqədən zövq, həzz ala bilmir və bu da cütlər arasında bəzi narahatlıqlara və gərginliklərə yol aça bilir. Bəzi araşdırmalara görə testosteron, estrogen, prolaktin və tiroid hormon səviyyələrində fərqli nəticələr müəyyən olunmuşdur.Seksual oyanma pozğunluğu olan  qadınlarda vaginal nəmlənmə və həmçinin 
 genişləmə olmadığı kimi erotik duyğular da hiss edə bilmirlər,daha dəqiq desək ehtiras hissi onlara yad olur. Fiziki təmas ikrah hissi oyada bilər və ya müəyyən bir həddə qədər təmas zövq verə bilər.


Seksual oyanmada  problem varsa orqazmla əlaqədar də problem  olacaq.

Aparılan bir  araşdırmada xoşbəxt  evlilikləri olan qadınların 33%-i seksual oyanma pozğunluuğu olduğu müəyyənləşdirilmişdir. Menopauzadan sonra nəmlənmə prosesinə  daha uzun zaman lazımdır
. Nəmliyin  azalması ,bundan əlavə  diabet xəstələrində, kiçik çanaq orqanlarının radioterapiyasını qəbul edənlərdə, atrofik vaginitdə və əmizdirmə dövrü əsnasında  müşahidə oluna bilər. Bəzi qripp və allergiya dərmanları və köhnə nəsil antidepressant dərmanlar da oxşar dinamikaya yol aça bilərlər. Bu narahatlığı cinsi istəksizlik və orqazm pozğunluğu da müşayiət edir.

Seksual oyanma pozğunluğu,uşaqlıq yolunu quruluğu  necə müalicə edilər?

Rahat və problemsiz bir cinsi həyat üçün maneə yaradan seksual oyanma pozğunluuğu və vaginada quruluq  müalicə edilməlidir. Müalicədə  ilk variant  seksual oyanmanı artırmağa yönəldilmiş  prosseduralardır. Genital bölgəyə qan axınını artıraran və ya vaginal ifrazatın artımını  asanlaşdırmağa xidmət göstərən   məhsullar üzərinə təcrübələr davam etsə də,bunlar hələ də eksperimental  səviyyədədir. Bəzi damar genişlədici kremlərin seksual oyanmaya müsbət tətsir etdiyi müəyyənləşdirilmişdir. Simpatik sinir sistemini qıcıqlandıran  dərmanlar, yohimbin, sildefanil kimi peroral(ağızdan)qəbul olunan dərmanlar da araşdırılır. Bu dərmanlar qan axınını artıraraq və ya  sinir sisteminin bəzi hissələrini qıcıqlandıraraq təsir göstərir. Efedrin isə seksual oyanmanı  və orqazmı artıra bilər. Ancaq dərman preparatının yan təsirlərini də nəzərə alaraq,bu preparatın istifadəsi bir qədər məhdudlaşdırlmışdır.

Belə bir müalicəyə həkimlə məsləhətləşərək qərar verilməlidir.


Redaktə etdi: Rüzgargülüm

 


  1. Hayka | 20 oktyabr 2014 22:42 | Status: Şərhçi | Şərh: 399
    Sitat: Torpaq
    Sitat: sabahim
    BİABIRCILIQ.

    men de biyabirciliq bir sey gormurem...
    biyabirciliq onda olur ki, konkret 1 shexs bu baraede aciq aydin danisa...
    tesekkurler loli, men de oxudum...

    Niye biabircilq anlamadim siz qadin deyilsiz.
  2. su peerisi | 23 iyul 2013 23:25 | Status: Gümüş user | Şərh: 956
    Maraqli xeberdir,tesekkurler.
  3. ayruska | 10 may 2013 16:01 | Status: Professional user | Şərh: 3 980
    HMM TEWEKKUR
  4. Torpaq | 8 may 2013 16:05 | Status: Professional user | Şərh: 3 571
    Sitat: sabahim
    BİABIRCILIQ.

    men de biyabirciliq bir sey gormurem...
    biyabirciliq onda olur ki, konkret 1 shexs bu baraede aciq aydin danisa...
    tesekkurler loli, men de oxudum...
  5. Elnare166 | 8 may 2013 10:27 | Status: Şərhçi | Şərh: 150
    cox maraqli xeberdi. maraqlidanda bir yana lazimi xeberdi cox saqolun suallarimada cavab tapdim
  6. rosee | 7 may 2013 23:51 | Status: Professional user | Şərh: 1 851
    Sitat: Sumeyye
    eger size bu xeber biyabirci kimi gelirse 1 bu xebere daxil olmayin cunki en azindan ana sehifede aydindi hansi movzudadi. ikincide bildiyim qeder aileli qadinsiz. sadece oxuyun ve maariflenin sherh bildirmeyin. burda ayib ne varki. size demirlerki acin intim heyatinizi bize danisin.



    haqlisan..
    ana sehifede xeberin adi yazilib beyenmeyen girib oxumasin
  7. Damla | 7 may 2013 20:18 | Status: Brilliant user | Şərh: 7 181
    Letiw diqqetle oxudum...Tesekkurler!
  8. Sumeyye | 7 may 2013 19:17 | Status: Professional user | Şərh: 1 721
    Sitat: sabahim
    BİABIRCILIQ.

    eger size bu xeber biyabirci kimi gelirse 1 bu xebere daxil olmayin cunki en azindan ana sehifede aydindi hansi movzudadi. ikincide bildiyim qeder aileli qadinsiz. sadece oxuyun ve maariflenin sherh bildirmeyin. burda ayib ne varki. size demirlerki acin intim heyatinizi bize danisin.
  9. lalita | 7 may 2013 18:45 | Status: VİP user | Şərh: 1 390
    TESEKKURLER LAZIMLI XEBERDI.
  10. sevinc30 | 7 may 2013 17:15 | Status: Şərhçi | Şərh: 123
    tsw lazimli melumatdir
  11. Aliyeva | 7 may 2013 16:41 | Status: Yazar | Şərh: 4 038
    laleden sonra bidende Lolockamiz var seksopotoloq))
  12. Aytekin82 | 7 may 2013 16:31 | Status: Redaktor | Şərh: 6 600
    Bele problemim yoxdu)))))))))))))))))))))))))))))))) am wink
  13. Billurə | 7 may 2013 13:51 | Status: Professional user | Şərh: 4 896
    neise) tesekkurler
  14. PAYIZ | 7 may 2013 13:39 | Status: Gümüş user | Şərh: 1 078
    Melumata gore tewekkurler.
  15. Lola. | 7 may 2013 13:33 | Status: Professional user | Şərh: 2 231
    Sitat: k.gunew
    Loliş kııııız sən deyəsən get-gedə bu sahə üzrə ixtisaslaşırsan. Sənə bir diplom hazırlamaq lazımdır.

    Sitat: Princess_93
    100 %

    wink

    Sitat: sabahim
    BİABIRCILIQ.

    Burda biabirci hecne yoxdur qadinlara aid xeberdir ve butun xanimlar melumatlanmalidir.
  16. sanel | 7 may 2013 13:21 | Status: Professional user | Şərh: 3 648
    tesekkur...
  17. Angel and Demon | 7 may 2013 12:52 | Status: Qonaq | Şərh: 0
    Cox sag ol xebere gore. Seksual pozgunluq xanimlarda en cox dogushdan sonra yaranir. Burda biyabirciliq hec ne yoxdur biz qadinlar bunlari bilmeliyik gozumuzun bagli olmasindandir bezen bir cox erler xaminlarina xeyanet edir.
  18. Hande 18 | 6 may 2013 23:42 | Status: Professional user | Şərh: 3 303
    tesekkurler
  19. A.Ayise | 6 may 2013 23:00 | Status: Şərhçi | Şərh: 399
    cox sagol.maraqlidi
  20. Akademik | 6 may 2013 22:54 | Status: Professional user | Şərh: 4 581
    Maraqlı məlumatdır. Təşəkkür edirəm.
  21. Princess_93 | 6 may 2013 22:20 | Status: Brilliant user | Şərh: 5 879
    \
    Sitat: k.gunew
    Loliş kııııız sən deyəsən get-gedə bu sahə üzrə ixtisaslaşırsan. Sənə bir diplom hazırlamaq lazımdır. wink

    100 % wink
  22. Seyidli | 6 may 2013 22:15 | Status: Yazar | Şərh: 2 709
    Loliş kııııız sən deyəsən get-gedə bu sahə üzrə ixtisaslaşırsan. Sənə bir diplom hazırlamaq lazımdır. wink
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.