Sağlamlıq / Cinsi xəstəliklər

Kişi cinsiyyət orqanlarının xəstəliyi-Prostatit

Alizes | 10-01-2013, 23:00
14 202 26
Ölkənin demoqrafik vəziyyəti təkcə gələcək analardan deyil, həmçinin potensial atalardan da asılıdır. Təəssüf ki, axırıncıların səhhətinə bizdə xeyli az diqqət yetirilir. Bəlkə qadın məsləhətxanaları ilə yanaşı, kişi məsləhətxanalarının açılmasının vaxtı gəlib çatıb?

Demək olar ki, hər bir qadın bilir ki, qadın həkiminə ən azı ildə 2 dəfə getməlidir. Və çoxu bu qaydaya riayət edir. Güclü cins nümayəndələri arasında isə uroloqun qəbulunda olanların sayı çox azdır. Əgər elələri tapılırsa, onları həkimə müraciət etməyə güclü ağrı hissi və ya həyat yoldaşlarının təqlidi məcbur edir. Kişilər həkim uroloqa sistematik olaraq müraciət etsələr, xanımlarının narazılığına az səbəbləri olar. Təəssüf, hələ ki həkimlərə müalicəsi buraxılmış halları müşahidə etməyə məcbur olurlar.


Misal olaraq, prostatitdən danışaq. Hamı bu xoşagəlməz xəstəliyin əsas əlamətlərini: sidik ifrazatı zamanı ağrı, sancı olmasımı bilir. Lakin çoxlarına məlum deyil ki, prostatitin kəskin formasından əlavə kəskinə yaxın, ləng şəkildə özünü göstərən, xroniki və hətta əlamətsiz forması vardır. Və şübhəsiz, yalnız az insan bilir ki, vaxtından əvvəl boşalma və ereksiyanın pozulması kimi xoşagəlməz hallar simptomsuz formanın təzahürlərindən biridir. Belə hallarda, güclü cins nümayəndələri potensiyanı yaxşılaşdıran vasitələrdən istifadə edir, lakin prostat vəzinin müalicəsi ilə ciddi məşğul olmaq lazımdır.
Təəssüf ki, kişilərin əksəriyyəti öz səhhətinə etinasız yanaşır və o və ya digər dərman vasitəsini dostların məsləhətləri ilə və ya mövzuya uyğun reklama baxdıqdan sonra qəbul edir .Lakin, həmin prostatit sidik xəstəliyinin , prostat vəzi iltihabının, p-mühitin dəyişməsi və uro-genital infeksiyalar səbəb ola bilər. Həmçinin bu xəstəliyə nəinki bakteriyalar, həm də az hərəkətli həyat, siqaret çəkmək, həyatımızda az yer tutmayan stresslər də səbəb ola bilər. Bunu üçün hər bir ayrılıqda götürülən halın öz xüsusi müalicəsi vardır. Belə ki, əziz kişilər heç kəsin məsləhətlərinə qulaq asmayın, bu problemlə rastlaşdıqda dərhal həkimə müraciət edin.

 

 


Analizləri verin!
Hal-hazırda elmə ucbatından əksər problemlərin baş verdiyi 30 aşkar olunmayan infeksiya məlumdur. (həmçinin seksual səpkili problemlər). Kişilərin əksəriyyəti onlardan yalnız bir-ikisinin adını çəkə bilər. Bir qayda olaraq, güclü cins nümayəndələri sadəlövhcəsinə düşünülər ki, onların heç bir yeri ağrımırsa, səhhəti qorumaq lazım deyil. Təəssüf ki, onlar çox vaxt yanılırlar. Süzənək və sifilis kimi xoşagəlməz xəstəliklərdən fərqli olaraq, bəzi infeksiyalar, qeyd olunduğu kimi əlamətsiz baş verir. Bakteriyalar orqanizmdə uzun müddət gizli qala bilərlər, lakin spirtli içkilər, acılı qida və soyuqdəymə və s. nəticəsində onların həyat fəaliyyəti üçün əlverişli şərait yaranarsa, özlərini sancı və ifrazatla büruzə verə bilərlər. Mikrobların özünü passiv aparan dövr virus daşıyan dövr adlanır. Bu zaman kişi cinsi əlaqədə olduğu qadın üçün infeksiya mənbəyi olaraq, özünü əla hiss edə bilər. Buna görə mütləq sidiyin ümumu analizi, prostat şirəsi flora üçün və infeksiyalara qarşı analizləri vermək lazımdır. Müalicəni axıra çatdırmağın vacibliyini yadda saxlamaq lazımdır. Bunu etməsək qalan mikrob orqanizmdə gizlənib və bir müddət sonra xroniki prostatit və ya başqa xoşa gəlməz xəstəlik əmələ gələ bilər. Və əlbəttə, mütləq müalicənin uğurlu keçməsindən əmin olmaq üçün sonuncu analizi vermək lazımdır. Əsas şərtlərdən biri də odur ki, bir yerdə müalicə olmaq lazımdır, çünki partnyerlardan birində infeksiya qalsa müalicə boşuna olacaq. Müalicə müddəti ərzində spirtli içkidən, acılı, duzlu, yağlı qidadan əl çəkmək lazımdır. Və əlbəttə, seks haqqında unutmaq lazımdır.





Əsil kişi və onun 6 qanunu
Güclü cins nümayəndəsi adını şərəflə daşımaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.
1. Mümkün olduğu qədər çox hərəkət etmək. Səhər adi idman hərəkətləri etmək məsləhətdir.
2.
Müntəzəm olaraq sekslə məşğul olmaq. Amma bu işdə hər şeyin individual olduğunu unutmamaq lazımdır. Bəzi kişilər üçün sekslə hər gün məşğul olmaq normadır, digərləri üçün iki həftədən bir də çoxdur. Əsas rekordları vurmağa çalışmamaqdır, ya heç bir şey, ya hər şey birdən vəziyyətinə çatdırmamaq. Əsas kəmiyyət deyil keyfiyyətdir sadə həqiqəti unutmamaq lazımdır. Keyfiyyətli cinsi əlaqə heç də həmişə faydalı olmayan, bəzən iltihaba səbəb olan prostatın masajını əvəz edir.
3. Çox sevdiyiniz siqaretlərdən əl çəkmək. Tütünün tərkibində olan nikotin cinsi orqanın qanla yaxşı təmin olunmamağına gətirən damar daralmasına səbəb olur.
4. Daim uroloq həkimində yoxlanmaq, infeksiya müşahidə edilsə. onu vaxtında müalicə etmək
5. Təhlükəsiz sekslə məşğul olmaq, müdafiəni unutmursunuzsa aşağıdakı tədbirləri görün: sidik kanalına miramistini daxil edin (əvvəlcədən sidik ifraz edərək), bunu təhlükəli seksdən 2 saatdan gec olmayaraq etmək lazımdır. Uroloqun qəbulunda bunu hansı pozada edilməsini öyrənmək lazımdır.
6. Həkimin məsləhəti olmadan, potensiyanı yaxşılaşdıran vasitələrdən istifadə etməmək. Onların istifadəsi nəticəsində orqanizm tükənir.
Ürək xəstələrinə çox ehtiyatlı olmalıdırlar. Viaqra kimi vasitənin nitroqliserinlə birlikdə qəbulu ölümlə nəticələnə bilər.


Prostatitdən azad olması üçün idman
"Kişi problemlərindən” azad olunmasının ən yaxşı dərmanı idmandır. Hərəkət edəndə qan dövranı yaxşılaşır, prostat vəzinin maddələr mübadiləsi yüksəlir. İdman məşğələləri zamanı qarındaxili təzyiq də dəyişir və bu sidik tənəssül sisteminə müsbət təsir göstərir. Aşağıda göstərilən idman hərəkətlərə nəinki prostatit zamanı, həmçinin böyrək ləyənciklərinin, sidik kisəsinin iltihabı zamanı, böyrəklərdə daş olduqda çox faydalıdır.


Prostatitə aid müalicəvi gimnastika

1. Oturarkən, əllər bud nahiyəsində, əlləri hər iki tərəfə ayıraraq, əyilmək 6-7 dəfə təkrar etmək.
2. Çıxış vəziyyət «farağat» - duruşu (стойка «смирно»), bədəni sağa və sola əymək 5-8 dəfə təkrar etmək.
3. Uzanaraq, əlləri bədən boyunca uzatmaq .Ayaqları yığaraq sinəyə qarşı sıxmaq . 7-10 dəfə təkrar etmək.
4. Uzanaraq, bir əl qarın, o biri əl isə sinə üzərində. Əllərin nəzarəti altında dərin nəfəs almaq. 6 -7 dəfə təkrar etmək.
5. Çıxış vəziyyət «farağat» - duruşu. Əllər bud nahiyəsində. Əlləri qabağa uzadaraq əyilib - durmaq 7-10 dəfə təkrar etmək.
6. Dayanaraq, əlləri başın arxa tərəfinə qoymaq. Barmaqları bir-birinə ilişdirərək yuxarı qaldırmaq. Əllərin içi yuxarı yönəlib. 6-7 dəfə təkrar etmək
7. Dayanaraq, əllər çiyinlərin səviyyəsində. Əlləri döşəməyə toxunduraraq əyilmək. Dizlər bükülmür. 6-8 dəfə təkrar etmək
8.Dayanaraq, əllər bud nahiyəsində. Sağ və sol ayaqları arxaya çəkib, növbə ilə sirkələmək. 5 dəfə təkrar etmək.

  1. ziyad1996 | 8 iyun 2016 02:06 | Status: Qonaq | Şərh: 0
    Leman_55,
    sebebi hemin hekimlerin daha cox xanim olmasidir ve evli bir kiwiinin xanim yaninda mualice almasi utandiricidir ve ona gore de gecikdiriller ve axirda cestelik agirlawir
  2. ESMERRi | 10 aprel 2016 11:14 | Status: Brilliant user | Şərh: 5 421
    Sitat: Nigar_
    Olduqca dəyərli məlumatlardır.Kişi və ya qadın olmasından asılı olmayaraq hər kəs mütləq sağlamlığınln qayğısına qalmalıdır.Ən kiçik bir diqqətsizlik hər şeyi məhv edə bilər.ALLAHın bizə bəxş etdiyi ən dəyərli nemət sağlamlığımızdır.
  3. Azra_1993 | 7 noyabr 2015 17:10 | Status: Qonaq | Şərh: 0
    Vaxtinda mualice olunmaq lazmdi 0100
  4. Nigar_ | 14 iyun 2014 18:59 | Status: Professional user | Şərh: 2 151
    Olduqca dəyərli məlumatlardır.Kişi və ya qadın olmasından asılı olmayaraq hər kəs mütləq sağlamlığınln qayğısına qalmalıdır.Ən kiçik bir diqqətsizlik hər şeyi məhv edə bilər.ALLAHın bizə bəxş etdiyi ən dəyərli nemət sağlamlığımızdır.
  5. elif12 | 14 fevral 2014 00:23 | Status: Şərhçi | Şərh: 343
    allah komekleri olsun 0162 0162 0162 0144
  6. Yuxular | 15 iyun 2013 16:29 | Status: Şərhçi | Şərh: 186
    bu prostit de kishilerin gir derdine cevrilib e
  7. RA | 4 mart 2013 02:25 | Status: Qonaq | Şərh: 503
    DAYQIZIM HƏMİŞƏKİ KİMİ ÇOX AGILLI VƏ PRAKTİK MÖVZULARA DİQQƏT YETİRİR HÖRMƏTİM VAR smile
  8. Leman_55 | 4 mart 2013 02:20 | Status: VİP user | Şərh: 584
    QADINLARMIZDA BIR PROBLEM OLAN KIMI KIWI TEZ APARIR MAMAGINIKOLOQUN YANINA.. AMMA OZLERINE ISE UROLOQ YANINA GEDMEYI MESLEHET BILMIRLER..BUNUN SIRRI NEDIR GORESEN?UTANCAQLIQMI?
  9. Aya:)) | 12 yanvar 2013 10:01 | Status: Gümüş user | Şərh: 2 240
    onlar cox vaxt utanirlar hekime getmeye
  10. Malini | 12 yanvar 2013 01:01 | Status: Şərhçi | Şərh: 152
    bir az oxudum tesekkur
  11. Sekine Hesen | 11 yanvar 2013 23:51 | Status: Gümüş user | Şərh: 3 115
    tewekkurler faydali xeberdi,kiwilerin zeif xesteliyidi
  12. gulya20 | 11 yanvar 2013 22:43 | Status: Professional user | Şərh: 4 682
    Faydali xeberdi,tesekkurler
  13. mehebbet adasi | 11 yanvar 2013 17:01 | Status: Şərhçi | Şərh: 420
    hele aile heyati qurmamisham .teshekkurler
  14. Lale | 11 yanvar 2013 16:42 | Status: Yazar | Şərh: 3 269
    [b][/b]Nuqu tewekur bele xebere gore. cox vacib bir xeberdir.Xahiw edirem her bir qadin ve kiwi diqqetle oxusun bu melumatlari.
    canim melumatim geniwdir bu haqda yende oxumaq mene maraqli oldu. mac seni :n45:
  15. Gunel | 11 yanvar 2013 16:37 | Status: Professional user | Şərh: 4 089
    Her iki cinsin numayendesi ucun cox gozel xeberdir.Men sona qeder oxudum.Cox sagol gozelim. :n17:
  16. Lola. | 11 yanvar 2013 14:39 | Status: Professional user | Şərh: 2 231
    yoxlanmaq lazimdir problem olmasa bele yoxlaniwdan kecmek lazimdir
  17. TATLI GUZEL | 11 yanvar 2013 14:35 | Status: Professional user | Şərh: 5 782
    Menlik xeber deyil
  18. sheyla | 11 yanvar 2013 12:17 | Status: Professional user | Şərh: 837
    cox sagol ezizim cox faydali xeberdir.Allah her kese saglamliq eta etsin.
  19. _Nazlim_ | 11 yanvar 2013 12:10 | Status: Professional user | Şərh: 2 268
    oxuyacam wink
  20. casiye 45 | 11 yanvar 2013 11:43 | Status: Gümüş user | Şərh: 1 450
    men bunu oxumag istemirem,,xariclerinden diksindiyim kimi daxillerindende diksinirem,oki qaldi cinsiyet uzvleri
  21. Damla | 11 yanvar 2013 11:23 | Status: Brilliant user | Şərh: 7 181
    Bu haqda melumatim var...Nigu ellerine sagliq!lazimli ve faydali xeberdi..bu xeber tekce kiwiler ucun deyil..Xanimlarda oxusun melumatlansin..hec kim hec neden sigortalanmayib bu heyatda...
  22. Princess_93 | 11 yanvar 2013 09:49 | Status: Brilliant user | Şərh: 5 879
    bu deyesen mene aid xeber deyil :n16: ama yenede tewekkurler canim cekdiyin eziyyete gore
  23. Vetenperver | 11 yanvar 2013 09:38 | Status: Professional user | Şərh: 6 716
    Çox gözəl xəbərdir.Alizes hər dəfə biz kişiləridə nəzərə alır.Prostatit barədə yetərincə məlumatım var.Xəbərdədə deyildiyi kimi kişilər qadınlara baxanda daha az öz sağlamlığının qayğısına qalırlar.Dünya statistikasına görə qadınlar daha çox həkimə müraciət edirlər,xəstəliklərdən aslı olmayaraq.Kişilərdə əsasən 40 yaşından sonra problemlər yarana bilir.Tək uroloqa yox androloqada (kişi həkiminə) müraciət etmək lazımdır.Prostatitin yaranma səbəbləri:gec-gec cinsi əlaqədə olmaq və ya hədindən artıq tez-tez olmaq,soyuq bir yerdə oturmaq,cinsi akt zamanı qadından keçən infeksiya,fiziki hərəkətin az olması(oturaq həyat),dərman vasitələrindən nəzarətsiz istifadə etmək.Prostatit irsidə ola bilir.Prostatit zamanı cinsi həyatın keyfiyyəti aşağı düşür və əgər müalicə olunmasa gələcəkdə impotensiyaya və sonsuzluğa gətirib çıxardır.Prostatitin olub olmaması USM(UZİ) aparatında bilmək olur.Prostatit xəstəliyi cavanlaşıb,25 yaşdada müşahidə olunur.İndi prostatitin müalicəsi asanddır.
    Prostat vəzinin prostatit xəstəliyindən başqa prostat adenoması(xoş xasilə şiş),prostatın xərçəngi xəstəlikləridə var.Üstəlik prostat vəzidə daşda olur.
    Prostat vəzi kişilərin ikinci ürəyi sayılır və prostatda hər hansı bir xəstəlik olanda kişinin həyat keyfiyyəti aşağı düşür.
  24. Gulnare4 | 11 yanvar 2013 09:29 | Status: Gümüş user | Şərh: 1 256
    tamamile raziyam
  25. elnare terlan | 11 yanvar 2013 09:26 | Status: VİP user | Şərh: 1 408
    raziyam kisiler hekime getmeyi sevmir filan dostum deyir bele et o birisi deyir bele birdefelik isi xesteleyi bilenin hekimin yanina getmirler
  26. Alizes | 11 yanvar 2013 09:17 | Status: Yazar | Şərh: 2 589
    Deyəsən xəbərdən qorxub heç kəs şərh yazmaq istəməyib. Əziz kişilər, hər şey sizin üçün. wink
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.