Reklam / Müəllif yazıları

Ayselin boşanma ŞOUSU

Banu. | 11-08-2020, 18:03
10 775 0

Aysel kimilər boşanma xəbəri atıb, teleqram səhifəsinə adam yığır, arxasınca camaatı söyə-söyə pullu yarış keçirib cibini doldurur, siz də saf-saf belələrinin dərdini çəkirsiniz. Nə qədər istəyirəm yazmayam, amma bunları görməyəcək qədər kor olanların saflığına və istifadə edilməsinə ürəyim yanır vallah )) Siz Allah, elə bir ordan anlayın da, hansı qururlu qadın ona xəyanət edən ərinin dalınca ağlamsınar, ayrılıq -aşk mahnıları altında dərdli dərdli pozlar, "heç kimə güvənmə səni atar gedər" filan kimi sözlər... Deyirəm, camaatın şöhrət, pul üçün oynamadığı oyun qalmayıb ???? 

Bu cür gözəlliyi və pulu olan qadın minlərlə adamın qabağında niyə xəyanət edən ərin arxasınca özünü dərdli göstərib qururunu alçaltsın ki? Özü də kişi söyüşləri ilə hamının cavabını verən ataman qız, bu xəyanətə beləmi reaksiya verər? Kim nə edir öz şəxsi işidir. Hərə bir yolla şöhrətin təpəsinə çıxır. Amma, gerçəkdən saf-saf bu nağıllara uyub ərinin xəyanət şəklini görmək üçün qoyduqu teleqram səhifələrinə girənlərə gülürəm vallah. Dayanın, qızın öz dilindən danışdığı nağılı deyim. Demək, bu guyamış teleqram səhifəsi açıb və yazıb ki, Qızlar, Oktay sizə yazırsa mənə göndərin. Nətər olubsa Oktayın yazdıqı qızlar da demə orda imişlər və göndəriblər buna. Ardınca da, timsah göz yaşları ilə deyir, o şəkilləri görmək üçün qrupuma girin, üzv olun. Ay Allah, bişmiş toyuğun da gülməyi gəldi bu nağıla ???? 

Oktay o qədər ağılsızdır ki, özü və arvadı bu qədər məşhur olduğu halda qızların inboxuna tanışlıq mesajları yazsın? Yəni, yataqda filan tutsa yenə inanardım. Və ayrıca, "xəyanətkar" ərin də profilinə baxdıqda uşaqları ilə mutlu mutlu videolar paylaşır bu qızğın söhbətin ortaslnda. Ayrıca, Oktaya da güldən ağır söz deməyə kimsəni qoymur, söyür sulayır... Bütün bunları analiz edə bilmirsiniz? 

Və azad bir insan olaraq gördüklərimi də analiz edib çatdırmaq borcumdur. Söz azadlığı deyilən şey var. Yazıqdır axı bu saf qızlarım boşuna niyə əzab çəksinlər ki ) 
Əmin olun ki, səhifə reklamları bitdikdən sonra barışıq xəbərləri eşidəcəksiniz ))) 

P.S. Bu qoçu Oktay bu yaxında mənim nömrəmə zəng edib məni hədələyirdi ki, Aysel haqqında bir də yazmağa cəsarət etsən-filan. Görəsən, indi nə edəcək? Yenə zəng edib hədələyəcək arvadı "xəyanətə" görə ayrıldığı bir vaxtda??? 

Bu da ayrl dərddir, özləri ağır söyüşlərlə hamını təhqir edirlər, biz isə mədəni formada müzakirə edəndə oluruq pis adam. İctimai insansansa, haqqında yazılanlarımda normal qarşılamağı öyrənməlisiz. Hamı sizi tərifləyisi deyil ki...

Aynur Qurbanqızı

AzadQadin.az