Reklam / Xəbəriniz olsun!

İyulun 31-də və avqustun 1-də koronavirusa görə qadağalar-RƏSMİ

Banu. | 26-07-2020, 10:07
9 593 0

Qurban bayramında ictimai nəqliyyat və metro işləyəcəkmi? –
Xəbər verdiyimiz kimi, 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edildiyinə görə Bakı metropolitenin fəaliyyəti dayandırılıb. Qeyd edək ki, şənbə-bazar günləri metro ilə yanaşı ictimai nəqliyyat da işləmir. İyulun 31-də və avqustun 1-də Azərbaycanda Qurban bayramı günləri keçiriləcək. Bu günlərdə ictimai nəqliyyat və metro işləycəkmi?
Mövzunu deputat Fazil Mustafa ilə davam etdirdik. O, açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun Operativ Qərargahın brifinqində dediklərini xatırladaraq Qurban bayramı ilə bağlı müyyən addımların atılacağını deyib.
Deputat vətəndaşın vəziyyətini yüngülləşdirən addımların nəzərdə tutulduğunu vurğulayıb: “Ona görə də burada hər hansı narahat edici heç nə yoxdur. Amma çox güman ki, metro və ictimai nəqliyyat işləməyəcək. Heç məsləhət də deyil”. 
Fazil Mustafa bu gün yayılmanı sürətləndirən ən təhlükəli infrastrukturun metro və avtobuslar olduğunu bildirib.
Milli Məclisin üzvü qeyd edib ki, avtobuslar yerin üstündə olduğuna görə hava baxımından tənzimləmək olur, amma yer altında kondisionerlə işləməyə məcburdurlar: “Ona görə də metronu açmaq hələ tezdir”.Konkret.az