Reklam / Xəbəriniz olsun!

Xüsusi karantin rejimi 20 iyuldan sonra da uzadılır? – AÇIQLAMA

Banu. | 7-07-2020, 10:26
8 694 0
Xüsusi karantin rejimi 20 iyuldan sonra da uzadılır? – AÇIQLAMA

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır. 

Bununla da daha 8 şəhər və rayon daxil olmaqla, Azərbaycanda 16 şəhər və rayonda xüsusi karantin rejimi tətbiq edilib.

Son günlər isə sosial şəbəkələrdə xüsusi karantin rejiminin 20 iyuldan sonra da uzadılacağı barədə məlumatlar öz əksini tapır.

Əldə etdiyimiz məlumata görə bununla bağlı rəsmi qərar yoxdur. Bildirilir ki, xüsusi karantin rejiminin uzadılması yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq.

Qeyd edək ki, sərt karantin rejimi tətbiq edilməyən şəhər və rayonlarda yoluxma halları artarsa, həmin ərazilərdə də mövcud vəziyyət tətbiq edilə bilər.Qazet.az