Reklam / Xəbəriniz olsun!

Bakıda bəylə gəlin, karantin dövründə belə toy etdilər - Fotolar

Banu. | 11-06-2020, 15:31
664 0


Bakıda bir-birini sevən gənclər karantin qadağasına görə təxirə düşən toylarını gerçəkləşdirmək üçün çıxış yolu tapıblar.

Ramal və Selfinaz adlı cütlük evlərinin həyətində özlərinə toy ediblər. Məclisə yalnız səbəbkarların az sayda yaxınları qatılıblar.


Toydan fotoları sosial şəbəkədə keçmiş teleaparıcı Səma Camalqızı paylaşıb. O, şəkillərə "Karantində toy edənlər sırasına qoşulduq. Əsas sevgi və xoşbəxtlikdir” şərhini yazıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsini qadağan edib.

Axşam.az