Reklam / Xəbəriniz olsun!

SON DƏQİQƏ: Ünvanlı sosial yardım almaq istəyənlərə MÜHÜM xəbər

Banu. | 19-04-2020, 09:16
10 925 0
E-sosial.az elektron xidmət portalına müraciət edin.
 
Ünvanlı dövlət sosial yardımın (ÜDSY) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarına görə, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Bu nə deməkdir.
2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat müəyyənbləşdirilib. Əgər sizin ailənin üzvlərinin bütün növ gəlirləri adambaşına 160 manatdan azdırsa onda sizə ünvanlı sosial yardım verilməsinə baxıla bilər. Tutaq ki, hazırda ailədə 4 nəfər vardır, amma gəliriniz 400 manatdır, onda sizə ayda 240 manat ÜDSY verilə bilər.
Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-sosial.az və ya elekron hökumət portalında (www.e-gov.az) ƏƏSMN-nin xidmətləri siyahısında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada müraciət edə bilərsiniz. Bu müraciət forması işsizlik müraciətinə oxşardır və işsizlər də ÜDSY almaq üçün müraciət edə bilərlər.
Aşağıdakı hallarda ÜDSY-nin təyin olunmasından imtina edilir:
• ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda. yəni sizin gəlirlərinin adambaşına ayda 160 manata bərabər və ya çox olduqda;
• ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (2020-ci il üçün 190 manat müəyyən edilmişdir) 12 mislindən çox, yəni 190*12=2280 manat məbləğində alqı-satqı etdikdə;
• Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
• Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
• Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (hazırda bu məbləğ 190 manat təşkil edir) 10 faizindən, yəni 190*0.1=19 manatdan çox olduqda.
Təbii ki, son 3 maddə, xüsusilə də axırıncı sizin ÜDSY almaq imkanınızı məhdudlaşdırır. Baxın bu meyarları bir-bir nəzərdən keçirin, əgər ailənizi uyğun bilirsinizsə müraciət edin.
Məlumat üçün qeyd edim ki, ÜDSY alan ailələrin sayı bu ay ərzində 14 faiz və ya 9500 ailə artaraq 79500-ə, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 333 minə çatıb. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 222 manatı ötüb.
 
Qubad İbadoğlu
 
İqtisadçı