Reklam / Xəbəriniz olsun!

Pensiya və digər sosial ödənişlərlə bağlı əhaliyə vacib məlumat - VİDEO

Banu. | 7-04-2020, 08:31
419 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası (ABA) əhaliyə müraciət edib.
AzadQadin.az Xezerxeber.az-a istinadla xəbər verir ki, pensiya ödənişlərinə münasibətdə Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ödənişlərin ayın 8-də, Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə ayın 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə ayın 10-da, respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə ayın 15-də ödənilməsi müəyyən edilib. Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.

Dəyişiklikdə məqsəd COVID-19 pandemiyası ilə əlaqədar bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: