Reklam / Xəbəriniz olsun!

Azərbaycanda qaz, işıq və su pulu ilə bağlı əhaliyə güzəşt? - 3 ay müddətinə... / AÇIQLAMA

Banu. | 26-03-2020, 14:29
2 394 0
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, əhalinin müdafiəsi üçün işlər görülür:
"Bu güzəştlərin konkret hansı formada və hansı sahəyə tətbiq olunacağını bəribaşdan demək çətindir. Ola bilsin, kommunal ödənişlərdə olsun. Prinsip belədir ki, əhalinin itkiləri minimallaşdırılsın, dövlət əhalinin, biznes strukturlarının və hüquqi şəxslərin itkilərinə şərik olacaq, onu paylaşacaq".
Mövzu ilə bağlı  danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, karantin tədbirləri, “Evdə qal” kampaniyası çərçivəsində vətəndaşların evdə qalması, kommunal xidmətlərdən daha çox istifadəyə gətirib çıxarır. Nəticədə kommunal xərclərin artması insanları narahat edir:
"Belə vəziyyətdə hökumətin, Nazirlər Kabinetinin məsələylə bağlı addım atması labüddür. İlk olaraq təbii ki, limitlərin qaldırılması vacibdir. Həm elektrik enerjisində, həm də təbii qaz istehlakında limitlər aradan qaldırılmalıdır".

İqtisadçı ekspert bildirib ki, bu da yetərli olmayacaq:
"Üç aylıq belə bir qərar verilə bilər ki, smart sayğaclarda, kartlara vəsait yüklənərkən avtomatik olaraq ikiyə vurulsun. Vətəndaşların yükləmələri həyata keçirdiyi aparatlarda proqram yazılışında dəyişiklik olunsun. Sadə dillə desək, 10 manat yüklədikdə, bu avtomatik 20 manat kimi karta yüklənsin. Üç aylıq müddətdə belə bir yanaşma ilə kommunal xidmət üçün vətəndaşlara dəstək yönündə ciddi addımın atılması mümkündür. Bu addım vətəndaşları müəyyən qədər rahatlada bilər".redaktor.az