Reklam / Kriminal

TƏCİLİ XƏBƏR! Daxili İşlər Nazirliyi Nərminə görə polisin tutulması xəbərinə cavab verib

Banu. | 11-01-2020, 11:57
4 985 0

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun dünən saxlanılmasından sonra gündəmə gələn növbəti məsələ həmin şəxsin qohumunun hüquq-mühafizə orqanları əməkdaşı olmasıdır.
Azadqadin.az xəbər verir ki, TV Press Agentliyinin iddiasına əsasən, İ. Süleymanovun əmisi oğlu olan polis işçisi 47 gün ərzində cinayəti gizlətməkdə ona kömək edib. Bildirilir ki, hazırda polis əmioğlu da saxlanıraq istintaqa cəlb edilib.
Anons.az bildirir ki, “Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O qeyd edib ki, İ. Süleymanovun əmisi oğlunun polis olması xəbəri düzdür: “Əmisi oğlu sıravi bir polis serjantıdır. Buna görə də, heç bir əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etməyib. Onun bu işlərə heç bir aidiyyatı yoxdur. Hazırda aparılan istintaq zamanı da saxlanılmayıb. Nərmin Quliyevanın ailəsindən də həmin polis serjantının istintaqa cəlb edilməsiylə bağlı şikayət verilməyib. İstintaq prosesi davam edir”.
Qeyd edək ki, sözügedən polisin Nərminin axtarışı müddətində İlkin Süleymanovun evinə baxış keçirilməsinə mane olduğu da əsas iddilar sırasında idi.