Reklam / İş qadını - karyera

Ləman Ələşrəfqızı deputatlığa namizəd oldu

Banu. | 22-12-2019, 09:45
1 804 0

REAL TV-nin müxbiri Ləman Ələşrəfqızı deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə jurnalist “Facebook” səhifəsində yazıb. Ləman 2020-ci il fevralın 9-da baş tutacaq seçkilərə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən qatılacaq.
“Təşəbbüs özümdən də çox həmyerlilərimdən gəlib. Mən onların təşəbbüsünü dəyərləndirir, hər birinə təşəkkür edir və özümə uğurlar arzulayıram. Mənə səs versəniz, millətimə və dövlətimə layiq deputat olacağıma söz verirəm”, - deyə Ələşrəfqızı bildirib.