Reklam / Psixoloji məsləhətlər

“Əvvəllər qadınlarımız fikirləşirdi ki, boşansa, valideyn himayəsində yaşayacaq, amma indi...”

Banu. | 8-10-2019, 14:01
161 0
"Qadınlar da bilməlidirlər ki, həyat yoldaşı həmişə evə pul gətirməyə bilər, o, da insandır” “Bu gün qızlarımızın özlərinin iş yerləri var, özləri ayaq üstdə dura bilirlər. Ona görə də onlar özləri işləyib, özləri qazandıqları üçün boşanmaların sayı artıb”


Bunu açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu boşanmalar haqda danışarkən deyib. N.Cəfəroğlu bununla bağlı barışıq qurumlarının yaradılmasının vacibliyini vurğulayıb:


“Həm qızlarımız, həm də oğlanlarımız hazırlıqsız ailə qururular. Bu gün qızlarımızın özlərinin iş yerləri var, özləri ayaq üstdə dura bilirlər. Ona görə də onlar özləri işləyib, özləri qazandıqları üçün boşanmaların sayı artıb. Əvvəllər ailədə problem olanda qadın fikirləşirdi ki, boşansa, ata evinə qayıdacaq və onların himayəsində yaşayacaq. Amma indi qızlarımız görür ki, boşansa, sərbəst yaşayacaq, müstəqil olacaq. Bu da boşanmaya səbəb olan amillərdən biridir. Ona görə də möhkəm ailə institutu yaradılmalıdır. Bizə müraciət edənlər çoxu boşanmaq istəyirlər və biz həmişə çalışırıq ki, onları barışdıraq. Buna görə də barışıq qurumları yaradılmalıdır. İkincisi də bu gün zorakılıq baş alıb gedir. Burda təkcə kişilərin yox, qadınların da günahı var. Məsələn, həyat yoldaşının az maaş almasına görə evində söz-söhbət yaradan qadınlar var. Bir sözlə, burda hər iki tərəfin məsuliyyəti var və bunları araşdırıb onlara izah etmək lazımdır”. 


N.Cəfəroğlu televiziyalarımızda ailə məsələlərindən bəhs edən verilişlərin olmasının vacibliyini də vurğulayıb:


“Televiziyalarımızda bununla bağlı çoxlu maarifləndirici verilişlər olmalıdır. Sizcə bu gün Azərbaycan televiziyasına kimsə baxırmı? Rayonlarımızda yerli telekanallar var və orda ailə münasibətləriylə bağlı verilişlər açılmalıdır. Sovet hökumətinin vaxtında bunun qarşısını alırdılar və belə asanlıqla boşanmaq olmurdu. Amma indi dəyərlər itib. Bununla bağlı bələdiyyələrimizdə də qadın komitələri olmalıdır. Qadınlar da kişiləri başa düşməlidir və bilməlidirlər ki, həyat yoldaşı həmişə evə pul gətirməyə bilər, o, da insandır”.
Moderator.az



Bu xəbərləri MÜTLƏQ oxuyun:

Ərəb qadınları barədə bilmədiyiniz faktlar: Şərikli ər, lüt bədənə çarşab... - FOTOLAR

Müəllim tələbə qızı maşını ilə boş əraziyə apardı - Onları yerdə uzanıqlı görən kəndlilər... - FOTOLAR

Yafəs Türksəs Afaq Aslana 18+ şeir həsr etdi: Sosial şəbəkələrər çalxalandı

Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...

Ölkədə qadınlarla bağlı baş verən bütün son xəbərləri, həmçinin olduqca maraqlı qadın taleləri, məktubları QADIN İNFORMASİYA PORTALI - AZADQADİN.AZ... -da oxuya bilərsiniz.... 

Gözəllik xəbərləri, analıq məktəbi, sağlamlıq və bir-birindən maraqlı xəbərlərin ünvanı QADİN.AZ SAYTI