Reklam / Qadın taleyi

Məmur xanımı: "Məni təpik altına salaraq döydü" - VİDEO

Banu. | 4-09-2019, 17:24
4 349 0
İcra hakimiyyətinin şöbə müdirinin öz həyat yoldaşı ilə yaranmış ailə münaqişəsi o həddə çatıb ki, məsələyə polis qarışıb. Şikayətçi Təranə AzadQadin.az-ın məlumatına görə, Rəhimova Criminal.az saytına bildirib ki, həyat yoldaşı Eldəniz Qasımov Laçın rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri işləyir. Onun sözlərinə görə, əri vəzifəsindən istifadə edərək onu hədələyir:

"Eldənizdən bir müddət əvvəl ayrılmışam. Amma yenə məndən əl çəkmir. Ailəmlə birləşib evimi əlimdən almaq istəyir. Bir nüçə gün əvvəl yolda cibindən bıçaq çıxararaq özünü öldürəcəyini dedi. Məni ailəmlə birləşərək küçəyə atıblar. Təhdidlər etməkdə davam edir, onun mənə yazdığı mesajlar var. O, hazırda boşandığı ailəsi ilə Ağcabədi rayonunda yaşayır. Xəzər rayon Məhkəməsinə müraciət etdim, bunu bilib avqustun 11-də məni təpik altına salaraq döydü. Avqustun 25-də Eldəniz sənədlərimi və telefonumu əimdən aldı, əlacsız qalaraq polisə qaçararaq məlumat verdim. Bir neçə gündən sonra şəxsiyyət vəsiqəm özümə qaytarıldı. Avqustun 31-də məni polis bölməsinə çağırdılar. Eldəniz və ailə üzvlərim də polisdə idi. Məni təhqir etdilər, üstümə cumanda polis araya girdi. Başıma gətirilən işdən şikayətçiyəm. Hazırda rəfiqəmin evinə sığınmışam. Çünki avqustun 25-də Eldəniz ailə üzvlərimlə birlikdə döyərərk evdən çıxarılmışam. Xahiş edirəm, dövlətin qanunlarına uyğun tədbir görülsün. Öz evimə qayıtmağım və təhlükəsizliyim təmin edilsin". Criminal.az bildirir ki, ailə münaqişəsi ilə bağlı məsələ Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsində araşdırılır. 


Digər xəbərləri də oxuyun:

Sevdiyi qadından boşanan, ən yaxın dostundan inciyən SƏYAVUŞ ASLAN

Bakıda İYRƏNCLİK - Ana qızıyla lezbiyan hərəkətləri edib, videonu sevgilisinə göndərdi

Siyəzəndə üç uşağını da götürüb evdən çıxan qadın görün haradan tapıldı

Ərəb qızları niyə toy gecəsindən bu qədər qorxurlar? - MARAQLI FAKTLAR

Azərbaycanda ombalarını böyüdən qadınlar – Bıçaq altına gedənlər təkcə müğənnilər deyil…