Reklam / Xəbəriniz olsun!

Təhsil Nazirliiyi məktəbdə qızlara bez paylayır - Valideynlərdən narazılıq

Banu. | 16-05-2019, 18:32
8 306 0
"Məktəbdə qızıma  qadın bezi verilib. Qızım gəlib dedi ki, ana, sinifdən oğlanları bayıra çıxardılar, sonra bu məhsulları bizə payladılar. Oğlanlar qapını açıb bizə dil çıxarır, sataşıb gülürdülər. Bu vəziyyətdən pərt oldum”.
 
Azadqadin.az xəbər veirr ki, bu fikirləri Lent.az-a qızı orta məktəbdən evə qadın bezi ilə qayıdan ana bildirib. Bu vəziyyətdən narazılığını ifadə edən valideyn "mən onsuz da bu barədə qızıma məlumat verirəm. Bu məhsulları onların əlinə verməyin nə mənası var?”-deyə, irad bildirən valideyn tək deyil


Xəyalə Quliyeva adlı sosial şəbəkə istifadəçisi də mövzu ilə bağlı öz səhifəsində fikirlərini bölüşüb. Həmin yazını təqdim edirik.
 
"Orta məktəblərin 6-cı siniflərində "always” şirkətinin məhsullarını paylayan Təhsil Nazirliyi, olmazmı öz dəyərli vaxtınızı daha səmərəli işlərə sərf edəsiniz? Misal üçün, o məktəbə qızlara "dərs keçmək üçün” gətirdiyiniz həmin firma əməkdaşları yerinə, respublikamızın ən uğurlu abituriyentlərini, dünyanın qabaqcıl universitetlərinin tələbə və məzunlarını qonaq qismində gətirə bilərsiniz. Onlar öz uğurlu təhsillərinə necə nail olduqlarından danışıb, altıncıları həvəsləndirərdilər. Sizin gətirdiyiniz o "hədiyyə”- lərin yerinə nə dəftər istəyirik, nə də qələm. Dəftəri də, qələmi də özümüz alarıq. Siz bizə elm gətirin, siz bizə elmə həvəs gətirin. Nə olub, nə hay-həşirdir, nə qaçaqaçdır, bizim uşaqlarımız üçün belə narahatsınız? O zaman 6-cı sinifdən bəzi lazımsız məlumatları yazdığınız kitabçanızın yerinə, kiçik bir lüğət gətirib paylayardınız. Sonra da həmin lüğəti,  əzbər bilənə bir hədiyyə boyun olardınız, görün uşaqlar necə həvəslənəcəkdi o zaman.


Məktəblərin pəncərələrinə dəmir barmaqlıq vurmaq əvəzinə təhsil sisteminin qəlbindəki dəmir barmaqlıqları çıxardıb atsaq? Nə dəmirə ehtiyac olar, nə də divara, məktəb dörd divar demək deyil... məktəbin o müqəddəs ruhunu qaytarmaq lazımdır. Bunun üçün isə, o "ağxalatlıların” payladığının əvəzinə məhəbbət paylamaq lazımdır”.


Bu məsələ ilə bağlı Təhsil Nazirliyi Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2015-ci ildən etibarən Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasının vacib olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümidli Gələcək Gənclər Təşkilatı xüsusi tədris və maarifləndirmə proqramını həyata keçirməyə başlayıb:


"Proqram çərçivəsində İSİM, Təhsil Nazirliyi və Ümidli Gələcək təşkilatı Azərbaycan Müəllimlər Universiteti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil İnstitutu ilə sıx əməkdaşlıqda reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili və milli mütəxəssislərin iştirakı ilə ölkənin seçilmiş şəhər və rayonlarının tam orta məktəblərinin şagirdləri, müəllimləri və psixoloqları üçün, habelə uşaqların valideynləri üçün genişmiqyaslı və dayanıqlı maarifləndirmə və tədris proqramının təşkili davam edir.


Təlimlər zamanı məktəblərdə təhsil alan 6-7-ci sinif şagirdlərinə mövzuya dair təqdimatlarla yanaşı,  xüsusi hazırlanmış bukletlər və təlim zamanı keçirilmiş mövzuların aşılanması məqsədlə şagirdlərə praktik bacarıqların öyrədilməsi üçün analara təlimin məzmununu əks etdirən 1 ədəd sanitar-gigiyenik materiallar (sabun, salfet, şampun və s.) paylanılıb. Uşaqlara paylanılan materialların heç biri reklam xarakteri daşımır”.




Psixoloq Turan Əliheydərova mövzu ilə bağlı açıqlamasında bildirib ki, 12 yaşından yuxarı şagirdlərə bu cür məlumatların verilməsi, eləcə də məhsulların paylanılması normaldır: "Bu kimi hallar mentalitetdən irəli gələrək bizdə yaxşı qarşılanmaya bilər. Xüsusilə, oğlan şagirdlərin yanında hər hansı bu cür məhsulların qızlara təqdim olunması yanlış, neqativ fikirlərin yaranmasına səbəb ola bilər. Amma qız uşaqlarının bəlli bir yaş dövrü var ki, həmin dövrdə uşaqlara bu məlumatlar verilməlidir. Bəzən analar bu məlumatları övladlarına verməkdən yayınırlar "uşaq tez ayılar” fikrini əsas götürürlər. Amma ana ilə övlad arasında bir dostluq əlaqəsi olmalıdır ki, qız uşaqlar düzgün məlumatlandırılsınlar”.


Psixoloq bildirib ki, bəzən yeniyetmə qızlar bu kimi mövzularla bağlı hətta analarının üz ifadəsinə görə də sual verə bilmirlər: "Bəzən yeniyetmə qızların ümumiyyətlə menustrasiya haqqında heç bir məlumatları olmur. Ona görə də məktəbdə bu cür məlumatların verilməsini, məhsulların təqdim olunmasını normal qarşılamaq lazımdır”.

Bu xəbərlər də maraqlıdır

Bu xəbərləri də oxumaq üçün yazıya tıklayın:    

AZƏRBAYCANDA QADIN HƏBSXANALARINDA DƏHŞƏTLƏR - BAKIRƏLIYIN ITIRILMƏSI, FACIƏVI ÖLÜMLƏR.

Ata qızına elə ad qoydu ki, tərsinə oxuyanda...

SOSİAL Bakirə çıxmadığı deyilən gəlindən şok sözlər: Ərim özünə baxıb həzz alırdı

SON DƏQİQƏ: "Minimum pensiyalar və əməkhaqqı 40 faiz, təqaüdlər orta hesabla 100 faiz artırılıb" - Nazir

Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara - ŞAD XƏBƏR

DİQQƏT! Olacaqlardan hər kəs xəbərdar olsun

ƏN SON XƏBƏRLƏR BURADA!