Reklam / Xəbəriniz olsun!

Sevgililər gününü sevgilisiz keçirənlər nə etməlidir? - Psixoloq məsləhəti

Banu. | 14-02-2020, 09:30
641 0
Hər il fevralın ortalarına doğru cəmiyyətdə bir canlanma yaranır. Hədiyyə və gül mağazalarının bəxtinə “gün doğur”. Gənclər 14 fevralı Sevgililər günü kimi qeyd etsələr də, orta nəslin nümayəndələri bu günü qəbul etmirlər.

Bu gün tənha qalanlar da olur. Ətrafda, sosial şəbəkələrdə hamının sevgilisi ilə fotosunu paylaşması, hədiyyələrinin şəkillərini bölüşməsi tənha insanların psixologiyasına təsir edir, hətta depressiyaya düşməsinə səbəb olur.

Sevgilisi olmayan, tənha insanlar Sevgililər günündə nə etsinlər?

Bu suala psixoloq Validə Abbasovanın köməyi ilə cavab tapmağa çalışıb.


“Sevgi yalnız qarşı cinsə deyil, eləcə də, anaya, ataya, bacı, qardaşa, yaxın dostuna duyulmalıdır. Eqosunu oxşamaq üçün üçün özünə hər hansı bir hədiyyə ala bilər. Könlünü xoş etmək üçün sevdiyi və dəyər verdiyi insana “səni çox istəyirəm, səni sevirəm” deyə bilər. Depressiyaya düşmək əvəzinə, həmin günü hansısa məşğuliyyətlə başını qatsa, daha müsbət nəticələnər. Həm də 14 fevral bizim üçün sonradan götürülmüş bayramdır deyə, çox təsiri yoxdur. Depressiv hallar az olur.

Qloballaşdığımıza görə, bu tarix çox şişildirilib və istər-istəməz gənclər bu gündən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Amma orta yaşın nümayəndələri bu günə o qədər də çox əhəmiyyət vermirlər. Sevib-sevilmək hər gün olmalıdır. Sevgi paylaşdıqca çoxalır”, - deyə psixoloq qeyd edib.

V.Abbasova sevgililərin bir-birinə aldığı hədiyyələrdən də söz açıb. O, hədiyyə təqdim etmə mərasimlərinin sonradan anlaşılmazlıqlara səbəb olduğunu vurğulayıb:

“Bəzən qarşı tərəfin hədiyyəsi bəyənilmir. Əgər cütlüklər arasında əsl sevgi varsa, sevgilisinin aldığı hədiyyə onun üçün dünyaya dəyər. El məsəlinə görə, bəy verən atın, dişinə baxmazlar. Amma qarşı tərəf verilən hədiyyəni bəyənmirsə, demək, onlar arasında sevgi yoxdur. Belə olan halda, mənim məsləhətim budur ki, elə Sevgililər günündə yox, ümumiyyətlə, sevgisini azad edib, dərhal o insandan ayrılsın”. Oxu.az