Reklam / Xəbəriniz olsun!

Təqaüdçülərə gözlənilməz ŞAD XƏBƏR – Pensiyalarda ciddi artım olacaq

Banu. | 29-01-2019, 14:33
8 577 0
"Bu günə qədər 1300 nəfərin pensiya təyinatı tam elektronlaşdırılıb”.


Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, cari il iyul ayının 1-dək kişilər üçün pensiya yaşı 64, xanımlar üçün 61-dir. 


Pensiya yaşı tamam olan kimi vətəndaşa elektron məlumat göndərilir və nə qədər pensiya alacağı barədə məlumat verilir. Burada vətəndaşın müraciətinə ehtiyac qalmır.


Qarşıdakı dövrdə sayın artacağını gözləyirik. Bu il pensiya yaşına çatan insanların 70 faizi məhz bu şəkildə pensiya alacaq.


Nazirin sözlərinə görə, pensiyaların indeksasiyası ilə bağlı bəzi şəxslər mətbuatda düzgün informasiya vermədilərr: 


Belə ki, indeksasiya orta aylıq əmək haqqının artımına uyğuna aparılır, inflyasiyaya uyğun aparılmır. Bizim ehtimalımız 5,7 faizdir. Dövlət Statistika Komitəsinin məlumatını gözləyirik.


Bundan sonra müvafiq təklif hazırlayarıq. Fevral ayında vətəndaşlar həm yanvar, həm də fevral ayının artımını alacaqlar.


Nazir qeyd edib ki, pensiya sistemində sosial ədalət prinsipinin gücləndirilməsinə dair araşdırmalar davam edir.


Onun sözlərinə görə, təkliflər hazırlanır. Bunların sırasında minumum pensiyanın ehtiyac meyarına qədər qaldırılması məsələsi var. 100 minə yaxın vətəndaşın pensiyasında ciddi artım baş verəcək.


Ölkə üzrə orta pensiyanın həcminin orta aylıq əmək haqqının 60-70-80 faizə yaxınlaşdırılmasına dair uzunmüddətli proqramlar hazırlanır.BAKU.WS

AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... - Azərbaycanda ŞOK

Xəyanəti sevən, bacısının sevgilisi ilə eşq yaşayan cazibədar aktrisa – FOTOLAR

Tələbələrə və valideynlərən səhər-səhər şad xəbər: Üç təbəqədən olan vətəndaşların təhsil haqlarını dövlət ödəyəcək

Azərbaycanlıları məhv edən yağ – Bütün dükanlarda satılır, amma xərçəng yaradırmış

İllərdir bel ağrısından əziyyət çəkirdi, təsadüfən tapıldı, istifadə edən xilas olur!