Reklam / Salatlar və qəlyanaltılar

Yeni il süfrəniz üçün, "Qar Adamı" salatı-FOTOLAR+RESEPT

Banu. | 24-12-2018, 09:00
664 0

Azadqadin.az, yeni il üçün ideyalar təqdim etməkdə davam edir. Bu dekoru istədiyiniz salatın üzəridə hazırlaya bilərsiz. Mən mimozanı seçdim. 


Ərzaqlar:

3 ədəd kartof

4 ədəd yerkökü

2 ədəd yumurta

1 toyğun döş əti

2 ədəd turşu xiyar

surtgəcdən keçirilmiş 100 qr holland pendiri

Duz, istiot, mayonez


DEKOR üçün: Yaşıl bibər, bişmiş yerkökü, yumurtanın ağı, pomidor, konservləşdirilmiş qarğıdalı, konservləşdirilmiş qara zeytun, yaşıl soğan və s. istifadə edə bilərsiniz




Hazırlanma qaydası:

Mimozanı hazırlamaq üçün bişmiş kartof, yumurtanın sarısı, yerkökünü növbə ilə sürkgəcdən keçirib arasına duz, istiot və mayonez səpin. Sonra didilmiş döş əti, xırda doğranmış turşu xiyar və rəndələnmiş holland pendirini eyni qaydada salatın üzərinə düzün. Salatı bıçaq və əlinizlə qar adam formasına gətirin. Daha sonra yumurtanın ağını sürtgəcin xırda gözündən keçirib salatın üzərini onunla örtün. Göz, qaş və düymələri konservləşdirilmiş zeytunla düzəldin. Pomidorla qar adamın ağzını, yerkökü ilə burun və şərfini hazırlayıb yapışdırın. Fantaziyanızı işə salıb başqa tərəvəz və meyvələrdən bəzək kimi istifadə edə bilərsiniz.