Reklam / Tortlar

Şokoladlı və bananlı tort " BOMBA"

Banu. | 15-12-2018, 09:00
607 0

AzadQadin.az sizə çox dadlı şokoladlı və bananlı tort tərifi təqdim edir.  Zərif, incə və dadlı, ağızda əriyən tort hər kəsin ağlını başından alacaq...

Ərzaqlar:
Qatılaşdırılmış süd – 1 banka
Yumurta – 2 ədəd
Kakao – 3 x.q.
Un – 8 x.q.
Soda – 1 ç.q.
Duz – 0,5 ç.q.

Xamalı Krem:
Xama (yüksək yağlı) – 300 qr.
Banan – 1 ədəd
Qatılaşdırılmış süd – 1 banka

Şokoladlı Qlazur:
Süd – 3 x.q.
Şokolad – 100 qr.

Hazırlanması:
Yumurtalar çalınır, üzərinə qatılaşdırılmış süd, un, kakao, soda bura əlavə edilir, qarışdırılır. Forma yağlanır, xəmir boşaldılır. 200 dərəcə temperaturda 20-25 dəqiqə bişirilir.
 Krem üçün atılaşdırılmış südlə xama mikserdə çalınır. Üzərinə sürtgəcdən keçirilmiş yarım ədəd banan tökürsüz və yenə qarışdırırsız.
Biskviti səliqə ilə 2 korja ayırırıq. Birinci korjun üzərinə krem sürtürük. Banan dilimləri düzürük. 2-ci korju da qoyub, yenə krem yaxılır, banan dilimləri düzülür. Biskvit qırıntıları varsa, onları da tortun üzərinə səpirik.
Qlazuru hazırlayaq. Su hamamında şokoladı əridirik, üzərinə 3 x.q. südü töküb qarışdırırıq. Alınan qarışığı tortun üzərindən axıdırıq. Desert hələ yeyilməyə hazır deyil, onu ən azı 2-4 saat soyuducuda saxlamalıyıq ki, tortun şokoladı, kremi bərkisin.

AzadQadin.az

Bunları da oxuyun:

Toy gecəsinin səhəri gəlini öldürən bəydən QANDONDURAN İFADƏ: Atamla... - FOTO

Cadudan xilas olmağın yolları: Kaktus və yumurta - ekstrasensdən məsləhətlər

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu - Görün nə baş verdi

Eynəkdən cəmi bir neçə həftəyə azad olun — 1 stəkan su, 1 qram zəfəranla