Reklam / Analıq məktəbi

Körpələrə ilk altı aydan əvvəl qəti şəkildə su verilməməlidir - Pediatr məsləhəti

Aynur_Qurbanqizi | 8-11-2018, 17:52
1 877 0

Mütəxəssislər körpələrə ilk altı aydan əvvəl qəti şəkildə su verilməməsini bildirirlər. Suyun sağlamlıq üçün olduqca faydalı olması mütəxəssislər tərəfindən söylənilsə də, bu hər zaman belə olmur. Məsələn, körpələr ilk altı ay ana südündən başqa heçnə qəbul etməməlidirlər. Havanın, mühitin həddindən artıq isti olması səbəbiylə körpələrə su verilməsi düzgün deyil. Körpələrin maye ehtiyacları ana südü, ya da uşaq qidaları ilə təmin edilir. Buna görə isti bir gündə belə, körpələrə su verilməməlidir.

Körpələrə ilk 6 ay su verilməməsinin səbəbi suyun zülal, vitaminlər, minerallar, karbohidratlar və yağ kimi əhəmiyyətli qida maddələrini yumasıdır. Ana südü və körpə yeməkləri onların sürətli böyüməsini təmin edir. Körpələrin daha çox enerjiyə ehtiyacları vardır, beləcə sürətli böyüyərlər. Çox su içirmək körpənin ölümünə yol aça bilər. Çünki körpə çox su içsə, su zəhərlənməsi yaşaya bilər. Böyrəklərdə natrium miqdarı artacaq. Bu da uşağın inkişafında mənfi rol oynayacaq. 

Azadqadin.az mövzu ilə əlaqədar pediatr həkim Aynur Dadaşovanın da fikirlərini alıb. Pediatr araşdırmaların doğruluğunu təsdiqləyərək bildirib: "Analarda belə bir yanlış düşüncə formalaşıb ki, körpəyə 2 ayından sonra mütləq su verilməlidir. Əslində, belə deyil. İlk 6 ay ərzində ana südü və ya süni qarışıq ilə ilə qidalanan uşaqlarda suya ehtiyac yoxdur. Düzdür, suyun vitaminləri aparması ilə bağlı araşdırma hələ öz təsdiqini tapmayıb, buna görə 4 aydan sonra körpəyə suyu az miqdarda təklif etmək olar, amma məcbur deyil. Hətta, razı deyiləm ki, uşağın kiçik mədəsi yemək əvəzinə su ilə doldurulsun. Körpənin su ehtiyacı yalnız qatı qidaya keçdikdən sonra yaranır. Amma, yayda və uşaqdan asılı olaraq suya təlabatı olarsa vermək olar. Su qadaqan deyil, sadəcə vacib də deyil"  

Su verilmədiyi halda yaranan təhlükə ilə bağlı Xoşbəxt Qadınlar Klubu üzvlərini narahatçılıqları aşağıdakı formada ifadə etmişdilər və biz də bu yazını hazırlayıb sizə təqdim etdik. (Aynur Qurbanqızı)








info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.