Reklam / Tanıdım səni

Qaynana karyerasını qurub, həyatını və pulunu qazanan, müstəqil gəlini necə qarşılayır?

Aynur_Qurbanqizi | 8-11-2018, 04:30
874 0

Azadqadin.az Facebook sosial şəbəkəsinin ən reytinqli qadın qrupu "Xoşbəxt qadınlar klubu" üzvlərinin ən maraqlı paylaşımlarını gündəlik olaraq sizə təqdim edir. Bu günün statusu Samra Sadraddinliyə‎ aiddir. 

"Qaynana karyerasını qurub, həyatını və pulunu qazanan, müstəqil gəlini necə qarşılayır? Bu fotoya baxın :) 
İlhan Omar. Somalidən olan müsəlman xanımdır. 15 il qabaq Amerikaya köçüb. Siyasətə qatılıb və dünən senata seçilib. Bu Amerika tarixində bir ilkdir. Qələbədən sonra evdə həyat yoldaşının anası onu bu cür qarşılayır. Qollarını açır, deyir, sənin kimi gəlinə qurban olaram ))) Qaynanayla, baldızla, qardaşarvadı və başqa qohumlarla didişib ömrünüzü çürütməkdənsə gedin oxuyun, işləyin, müstəqil olun, həyatınızı qazanın. Sonda sizi belə qarşılayacaqlar :) 

Qeyd edək ki, klub Azadqadin.az saytına məxsusdur... Gündəlik paylaşımları azadqadin.az saytına daxil olaraq izləyə bilərsiniz. Son ən maraqlı xəbərlər BURADA!