Reklam / Maraqlıdır

Vəfat etdiyi deyilən Könül Xasıyevanın evindən VİDEO - YENİLƏNDİ

Banu. | 8-06-2017, 13:42
782 0
Hacı Nuran səhhətində ciddi problemləri olan Azərbaycanın Xalq artisti Könül Xasıyevaya baş çəkməyə gedib.
"Həyat" Xeyriyyə Fondunun yaradıcısı Hacı Nuran muğam ifaçısı ilə canlı görüşərək dünən haqqında yayılan ölüm xəbərlərinə birdəfəlik son qoyub. O, Xalq artistinin evində çəkdiyi görüntünü sosial şəbəkədə paylaşıb.
“Hələ ki, bu dünyada sizinləyəm. Şükür Allaha. Amma ağrılarım və səhhətimdə ciddi problemlərim var”.

***
Uzun müddətdir ki, səhhətində ciddi problemlər yaranan xanandə Könül Xasıyevanın ölüm xəbəri yayılıb.
Hacı Nuran yayılan ölüm xəbərini təkzib edib. O, açıqlamasında bildirib ki, sənətçinin səhhətində irəliləyiş olmsa da, xanandə sağ-salamatdır.
Qeyd edək ki, "Həyat" Xeyriyyə Fondunun yaradıcısı Hacı Nuran onurğasının iflic olduğunu və astma xəstəliyindən əziyyət çəkən Xalq artisti Könül Xasıyevaya bu yaxınlarda yardım əlini uzadıb.
"Həyat" fondu ağır xəstəlikdən əziyyət çəkən Xalq artistinin müalicəsində ona dəstək olacaq. Bu barədə ATV-də yayımlanan "10-dan sonra" verilişində qonaq olan aparıcı Hacı Nuran bildirib. Onun sözlərinə görə, Xalq artistinin müalicəsində ona yardımçı olmaq istəyənlər də "Həyat" fonduna müraciət edə bilərlər. Hacı Nuran bildirib ki, bunu *999-a zəng vurmaqla da etmək olar. Hacı Nuran ona sağalmasında çox insanın dəstək olduğunu buna görə də ehtiyacı olan insanlara hər zaman yardım edəcəyini əlavə edib.
Xatırladaq ki, dünən axşam saatlarında bəzi saytlar Xalq artisti Könül Xasıyevanın vəfat etdiyini yazıb.


Publika.az