Reklam / Düzgün makiyaj

Payızda bu cür makiyaj edin -video+ məlumat

Banu. | 18-10-2016, 10:30
14 410 0
Payızda bu cür makiyaj edin -video+ məlumat


Vizajistlər, makiyaj edərkən fəsli və hava şəraitini də nəzərə almağı məsləhət görürlər. Yəni hər fəslin özünə uyğun makiyaj tərzi var. Fəsil dəyişən zaman təkcə bu geyim tərzinizdə deyil həmçinin makiyaj cantanızda da özünü təzahür etməlidir.

AzadQadin.az ideal payız makiyajı üçün lazım olan qaydaları təqdim edir:

Bu ilin payız-qış mövsümü üçün ən dəbli rənglər şərab, qəhvəyi və zoğalıdır .

Bu da təsadüfi deyil. Makiyajınız payızın rəmzinə çevrilən tökülmüş yarpaqların, çiskin havanın yaratdığı dincliklə harmoniya təşkil etməlidir.
 
Parlaq və açıq şaftalı rəngli ənlik ideal seçim hesab olunur. Belə ənlik sizi daha gənc və enerjili göstərəcək. 

Gözlərinizi makiyaj edərkən qəhvəyi və zoğalı tonlardan istifadə etməyiniz məsləhət görülür. Bu rənglərdə göz kölgəsindən istifadə etdikdən sonra gözlərinizə daha çox diqqət çəkmək üçün kirpik dibləri üçün layner və ya göz qələmindən istifadə edə bilərsiniz.

Tünd rəngli göz kölgələrindən istifadə edərkən dodaqlara nəzərə çarpmayan bir qədər solğun dodaq boyası çəkilməlidir.