Qadın / Tədbirlər

AVP Qadınlar Şurasının II Konfransı keçirildi

Aynur_Qurbanqizi | 29-06-2013, 19:22
2 273 20


İyunun 29-da Ana Vətən Partiyası (AVP) Qadınlar Şurasının II Konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən azadqadin.az-a daxil olan məlumata görə, konfransın işində rayon təşkilatlarından seçilmiş 123 nəfərlik nümayəndə iştirak edib.


Konfransda çıxış edən AVP-nin Qadınlar Şurasının sədri Yeganə Hacıyev partiyanın üzvü olan qadınların qarşısında duran məqsəd və məramlardan, gender bərabərliyindən, qadın zorakılığından, küçə uşaqları problemindən və qadınların cəmiyyətdəki rolundan bəhs edib. Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Safura Quliyeva, Nizami rayon Qadınlar Şurasının sədri Aysel Abbasova, Nizami rayon təşkilatının nəzarət təftiş komissiyasının sədri Zülfiyyə Mustafayeva və Xətai rayon Qadınlar Şurasının sədri Ülkər İsmayılova partiya işi və qadınlar, qadınların ailədə və uşaqların tərbiyəsində rolu, məişət zorakılığı,  qadın problemləri və s. mövzularında   çıxışlar ediblər. Müzakirələrin sonunda müraciət qəbul olunub. 

Qeyd edək ki, konfransda AVP Qadınlar Şurasının əsasnaməsi təsdiq edilib. Yeganə Hacıyeva AVP Qadınlar Şurasının sədri və 9 nəfərdən ibarət idarə heyəti seçilib.

Konfransın sonunda çıxış edən partiyanın sədri Fəzail Ağamalı qadınları təbrik edərək, onlara ictimai və siyasi fəaliyyətlərində uğurlar arzulayıb. F.Ağamalı çıxışında qadınların cəmiyyətimizin aparıcı qüvvəsi olmasından, bir ana kimi onların gənclərin vətənpərvər, sağlam ruhda böyuməsindəki, xidmətləri üzərində dayanıb. Partiya sədri qadınların ölkəmizin ictimai siyasi həyatında göstərdikləri fəalliğı bundan sonra da nümayiş etdirəcəklərinə ümidvar olduğunu bildirib.

Həmin müraciəti təqdim edirik:

Əziz analar və bacılar!

Biz, AVP vətənkeş qadınların konfrans iştirakçıları yaşadığımız müasir dövrdə dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, Vətənimizin erməni işğalından azad edilməsi, xalqımızın firavan, xoşbəxt gələcəyi uğrunda mübarizədə üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edərək bildiririk ki, Ana Vətən Partiyasının Qadın siyasəti onun Proqram vəzifələrindən, Azərbaycan xalqının müdrik və humanist adət-ənənələrindən, Zərdüşt təlimindən, "Gözəllik və səadət” əsərinin müəllifi Bəhmənyar fəlsəfəsindən, Nizami, Nəsrəddin Tusi "Dədə Qorqud” ideyalarından, Füzuli eşqindən, Nəsimi hikmətindən, Molla Pənah Vaqif poeziyasından, M.F.Axundov qüdsiyyətindən və dövrümüzün mövcud reallığından güc-qüvvət alır. Azərbaycan xalqının qadına, ana və bacılarımıza ülvi məhəbbət və sevgisi onun zəngin mənəvi-mədəni irsində, folklor yaradıcılığında bol-bol dastanlaşıb, nağıllaşıb, bayatı və mahnılarımızın musiqisinə, ruhuna çevrilib. Xalqın yaratdığı bütün möhtəşəm obrazlar kişi və qadın bərabərliyinin canlı təcəssümüdür. Xalqın yaddaşında Leylisiz Məcnun, Nigarsız Koroğlu, Həmidəsiz Mirzə Cəlil, Sonasız Cəfər Cabbarlı, Dilbərsiz Mikayıl Müşfiq, Zərifəsiz Heydər, Mehribansız İlham yoxdur.

Bu da milli təfəkkürdən və xalqın öz saf təbiətindən irəli gələn bir məziyyətdir. Hətta bir çox hallarda ədiblərimiz qadınları daha tədbirli və müdrik təsvir edib. Dahi şairimiz Nizami Gəncəvinin bütün qadın qəhrəmanları fəhm, fərasət və fəzilətdə müasirlərindən bir addım öndədir.

Etiraf etməliyik ki, bu gün də Azərbaycan qadını cəmiyyətdə kişilərdən bir addım irəlidədir. Evin, ailənin məişət qayğıları, demək olar ki, bütünlüklə qadınların çiynindədir. Onlar kişilərlə bərabər ailənin bütün problemlərinə, çətinlik və əziyyətlərinə şərikdirlər. Hətta bir çox hallarda onlar bu yükü tək-tənha çəkməli olurlar. Ailəni dolandırmaq, uşaqları oxutmaq, onlara təlim-tərbiyə vermək bilavasitə qadınların üzərinə düşür. 

Danılmaz faktdır ki, erməni-daşnak qəsbkarlarının 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüz etməsi, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğal edilməsi, bir milyondan çox soydaşımızın məcburi köçkün və və qaçqın vəziyyətinə düşməsi, bu günədək davam edən 25 illik savaş səngərlərində həlak olan ərlərin itkisi qadınlarımızı ağır möhnət və müsibətlərə məruz qoymuşdur. Şəhid ailələrinin şərəf və ləyaqətini uca tutan, şəhidlərin yadigarlarına və davamçılarına analıq edən belə qadınlarımıza eşq olsun!

Millətçi erməni-daşnak qəsbkarlarının xalqımıza qarşı törətdikləri cinayətlər, zorakılıq halları, qarət və qəsdlərin bütün dözülməz dramatik gərginliyini, faciə və müsibətlərini hamıdan çox yaşamış və yaşamaqda olan müasir Azərbaycan qadını bu gün düşməndən qisas alacaq vətənpərvər yeni nəsl yetişdirməkdədir. Mübariz İbrahimov kimi qəhrəman oğullarımızı dünyaya gətirən, onu igid əsgər səviyyəsinə qaldıran Azərbaycan qadını düşmənə qarşı olum ya ölüm mübarizəsində ön cəbhədədilər. Analarımızın tərbiyə etdiyi müasir nəsl Vətəni yağı düşməndən xilas edəcək və üçrəngli bayrağımızı İrəvanda, Xan kəndində, Zəngəzurda, Vedibasarda, Şuşada, Göyçədə, Ağdamda, Qubadlıda... dalğalandıracaqdır. Ana Vətən Partiyası öz övladlarını fikrən və ruhən doğma Vətənin azadlığı uğrunda mübarizəyə hazırlayan ana və bacılarımıza "Var olsun!” deyir. Onların zəhməti hədər getməyəcək və yetişdirdikləri igidlər doğma el-obamızı yağı düşməndən təmizləyib öz torpağına sahib çıxacaqlar.

Qarşıdan prezident seçkiləri gəlir. Hər zaman olduğu kimi, 2013-cü il prezident seçkilərində də qadınlarımızı fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, güclü, demokratik Azərbaycana , Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna səs verməyə çağırırıq.

Əziz ana və bacılar!

Xalqımız Vətənə-Ana Vətən, torpağa-Ana torpaq, təbiətə-Ana təbiət deməklə bu nemətlərin nə qədər uca, yüksək və müqəddəs olduğunu diqqətə çatdırmaq istəyib. Xalqımız çətin anlarda Vətənə, torpağa, çörəyə, anaya and içib. Biz də bu anda sadiqik! Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəni qələbəyədək davam etdirəcəyimizə and içirik! Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!


Sunay Elizade | 27 may 2015 14:38 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi tsk
Nigar | 23 fevral 2015 17:13 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Seyidli
Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!

0140
KARAGULUM | 1 noyabr 2014 09:48 | Status: Gümüş user | Şərh: 1 433
Cox gozel..ama lazimli olmadi hec
ayruska | 1 iyul 2013 17:33 | Status: Professional user | Şərh: 3 978
Sitat: Akademik
Hmm..., lap yaxı, məlumata görə təşəkkürlər.
Sari gelin | 30 iyun 2013 20:34 | Status: Gümüş user | Şərh: 2 439
qadinlara ne xeyri oldu yee..?
Akademik | 30 iyun 2013 20:28 | Status: Professional user | Şərh: 4 580
Hmm..., lap yaxı, məlumata görə təşəkkürlər.
Sabahım. | 30 iyun 2013 18:03 | Status: Professional user | Şərh: 3 359
haram pul yeyib quduranlardır hamı orda ac yoxdur.utanmazlar.
su peerisi | 30 iyun 2013 02:12 | Status: Gümüş user | Şərh: 955
Danissinlar bolluca,pulla deyil ki.
casiye 45 | 30 iyun 2013 01:02 | Status: Gümüş user | Şərh: 1 449
neyse men susum daniwsam sayt bir birine girer
Sitat: SULTANIM
müstəqil Azərbaycan!

yaman musteqilik
Seyidli | 30 iyun 2013 00:09 | Status: Yazar | Şərh: 2 706
Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!
Vetenperver | 29 iyun 2013 23:55 | Status: Professional user | Şərh: 6 700
Xalqımız Vətənə-Ana Vətən, torpağa-Ana torpaq, təbiətə-Ana təbiət deməklə bu nemətlərin nə qədər uca, yüksək və müqəddəs olduğunu diqqətə çatdırmaq istəyib. Xalqımız çətin anlarda Vətənə, torpağa, çörəyə, anaya and içib. Biz də bu anda sadiqik! Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəni qələbəyədək davam etdirəcəyimizə and içirik! Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!

Yaşa, yaşa Azərbaycan! aze
Hande 18 | 29 iyun 2013 23:49 | Status: Professional user | Şərh: 3 302
tesekkurler
DENIZ QIZI3 | 29 iyun 2013 23:11 | Status: Gümüş user | Şərh: 3 858
Sitat: SULTANIM
Xalqımız Vətənə-Ana Vətən, torpağa-Ana torpaq, təbiətə-Ana təbiət deməklə bu nemətlərin nə qədər uca, yüksək və müqəddəs olduğunu diqqətə çatdırmaq istəyib. Xalqımız çətin anlarda Vətənə, torpağa, çörəyə, anaya and içib. Biz də bu anda sadiqik! Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəni qələbəyədək davam etdirəcəyimizə and içirik! Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!

AMIN!

amin.
Alone Girl | 29 iyun 2013 22:56 | Status: Gümüş user | Şərh: 1 679
hhhhhhhhhmmmmmmmmm xebere gore twk
Ulviyye | 29 iyun 2013 22:36 | Status: Gümüş user | Şərh: 2 839
Sitat: SULTANIM
Xalqımız Vətənə-Ana Vətən, torpağa-Ana torpaq, təbiətə-Ana təbiət deməklə bu nemətlərin nə qədər uca, yüksək və müqəddəs olduğunu diqqətə çatdırmaq istəyib. Xalqımız çətin anlarda Vətənə, torpağa, çörəyə, anaya and içib. Biz də bu anda sadiqik! Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəni qələbəyədək davam etdirəcəyimizə and içirik! Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!

AMIN!
Aytekin82 | 29 iyun 2013 22:19 | Status: Brilliant user | Şərh: 6 587
Bir siyasətçi kimi yox, amma kişi kimi Fəzail A.-nın toyda oynamağın çox bəyənmişəm)))))
SULTANIM | 29 iyun 2013 22:17 | Status: Ekspert | Şərh: 4 742
Xalqımız Vətənə-Ana Vətən, torpağa-Ana torpaq, təbiətə-Ana təbiət deməklə bu nemətlərin nə qədər uca, yüksək və müqəddəs olduğunu diqqətə çatdırmaq istəyib. Xalqımız çətin anlarda Vətənə, torpağa, çörəyə, anaya and içib. Biz də bu anda sadiqik! Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəni qələbəyədək davam etdirəcəyimizə and içirik! Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!

AMIN!
Aliyeva | 29 iyun 2013 21:34 | Status: Yazar | Şərh: 4 036
Azərbaycan qadını düşmənə qarşı olum ya ölüm mübarizəsində ön cəbhədədilər.

aze
cucem. | 29 iyun 2013 20:06 | Status: Professional user | Şərh: 4 415
Xalqımız Vətənə-Ana Vətən, torpağa-Ana torpaq, təbiətə-Ana təbiət deməklə bu nemətlərin nə qədər uca, yüksək və müqəddəs olduğunu diqqətə çatdırmaq istəyib. Xalqımız çətin anlarda Vətənə, torpağa, çörəyə, anaya and içib. Biz də bu anda sadiqik! Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəni qələbəyədək davam etdirəcəyimizə and içirik! Yaşasın azad, bütöv və müstəqil Azərbaycan!

aze
FLOVERandGİRL | 29 iyun 2013 19:29 | Status: Professional user | Şərh: 3 251
maraqlidiir