Qadın / Tədbirlər

Sabah bakıda "qanlı baltalar" aksiyası olacaq

Aynur_Qurbanqizi | 25-11-2012, 16:45
2 547 28

 

"Qanlı baltalar" flaş mobu ilə qadın zorakılığına "dur!" deyəcəyik

 

 

 

Bakıda qadınlara qarşı baş verən zorakılıq halları ilə bağlı "Qanlı baltalar” fləşmobu keçiriləcək. Bu barədə azadqadin.az-a "Təmiz dünya" təşkilatının rəhbəri Mehriban Zeynalova məlumat verdi. 

 

 

Məlumatda bildirilir ki, 26 noyabr 2012-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və  Vətəndaşların Əmək  Hüquqlarının  Müdafiəsi Liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən "Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”  Konvensiyanın  ictimai vəkillik mexanizmlərindən istifadə” layihəsi çərçivəsində "Qadınlara qarşı gender əsaslı zorakılıq və Azərbaycan”  mövzusunda dəyirmi masaya keçiriləcək.

 

Adıçəkilən layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir  və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın  İştirakçılığı Proqramın çərçivəsində həyata keçirilir.  

 

"Dəyirmi masada Azərbaycanda  qadınlara qarşı baş verən zorakılıq halları ilə bağlı vəziyyətin təhlili, ölkəmizdə tanınmış ictimai siyasi kişi  xadimlərin zorakılıq əleyhinə mesajları,  o cümlədən,  "Qanlı baltalar” flaş mobu keçiriləcək", - deyə məlumatda bildirilir.

 

Təqdimat Mərasimi 26 noyabr 2012–ci il tarixində saat 12:00 – da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat pr-ti 529 məhəllə, bina 23, 6-cı mərtəbə Dəyirmi Zal) keçiriləcəkdir.

 

Koalisiya haqda əlavə məlumat əldə etmək üçün Layihə üzrə Köməkçi  Sevinc Baxşıyeva  ilə e – mail vasitəsi ilə  [email protected], və ya (+994 12) 408-56-96  telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

"Təmiz Dünya” təşkilatı haqda əlavə məlumat əldə etmək üçün Layihə Meneceri Mehriban Zeynalova ilə e – mail vasitəsi ilə [email protected] ya (+994 50/55) 314-35-15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 


ayruska | 22 may 2013 19:25 | Status: Professional user | Şərh: 3 978
Sitat: Decel
insallah saq salamat basa vurarsiz aksiyani

mencede
Hande 18 | 21 may 2013 17:13 | Status: Professional user | Şərh: 3 302
Allah axirini xeyir etsin inwallah
Billurə | 10 aprel 2013 16:48 | Status: Professional user | Şərh: 4 892

mence bu aksiyayala hec neye nail olmaq olmaz..

Sabahım. | 9 fevral 2013 22:16 | Status: Professional user | Şərh: 3 359
QADIN ERI OLA -OLA GEZERSE BALTA QANLI OLMASIN NEYLESIN........
rufet ehmed | 28 noyabr 2012 22:30 | Status: Gümüş user | Şərh: 1 391
twk
Qaracaqiz | 26 noyabr 2012 17:30 | Status: VİP user | Şərh: 1 882
Bütün Azərbaycan qadınları gərək aksiyada iştirak edələrki bəlkə ondan sonra bizim problemlərimiz həll olunar, o da ki, mümkün deyil. Həmişə qadınlara qarşı bizim cəmiyyətimizdə zorakılıq olub və olacaqda gəlin özümüzü aldatmayaq.çünki bizlər bir olmağı bacarmırıq tək əldəndə səs çıxmaz.
TATLI GUZEL | 26 noyabr 2012 13:18 | Status: Professional user | Şərh: 5 781
Nuray,
Duz diyirsen tatlim
Seva-Azer. | 26 noyabr 2012 11:38 | Status: Qonaq | Şərh: 2 351
Sitat: Damla
Aksiyaya ne qeder insan qatilir mene cox maraqlidir..Eger bezi aksiyalar kimi 5-10 nefer olursa kenardan cox gulunc gorsenir duzu
Damla | 26 noyabr 2012 10:41 | Status: Brilliant user | Şərh: 7 177
Aksiyaya ne qeder insan qatilir mene cox maraqlidir..Eger bezi aksiyalar kimi 5-10 nefer olursa kenardan cox gulunc gorsenir duzu..Lap Xocali faciesinde flawmob kecirden genclerdeki kimi ozude gule-gule gedirler adam lap esebilewir..
ay ulduz | 25 noyabr 2012 21:33 | Status: VİP user | Şərh: 295
xeyrili olsun allah ugurla basa vurmaqa komek etsin
casiye 45 | 25 noyabr 2012 21:27 | Status: Gümüş user | Şərh: 1 449
Allah axirini xeyir etsin inwallah
memmodova tahire | 25 noyabr 2012 21:21 | Status: Şərhçi | Şərh: 123
Sag salamtliqla bawa vurariq inwallah
Sevinc_Bayramova | 25 noyabr 2012 21:16 | Status: Yazar | Şərh: 797
Bu gün beynəlxalq qadınlara qarşı zorakılıqla mübarizə günüdür!
zoluwka | 25 noyabr 2012 20:19 | Status: Professional user | Şərh: 3 172
inwallah duwerli olar
sweet_girl | 25 noyabr 2012 20:16 | Status: Şərhçi | Şərh: 585
xeyirli ugurlu olsun.
Aya:)) | 25 noyabr 2012 19:55 | Status: Gümüş user | Şərh: 2 239
xeyirli olsun
_Peri_ | 25 noyabr 2012 19:13 | Status: Gümüş user | Şərh: 1 662
xeyirli bawa vurun
gulya20 | 25 noyabr 2012 19:01 | Status: Professional user | Şərh: 4 677
Insallah xeyri olar.
nergiz_zz | 25 noyabr 2012 18:53 | Status: Professional user | Şərh: 3 814
Sitat: SekineВ Hesen
nwallah yaxwi olar

DÜZDÜ CANIM....
Princess_93 | 25 noyabr 2012 17:50 | Status: Brilliant user | Şərh: 5 877
olsun gorek axri nece olacaq
Rauf Heseneliyev | 25 noyabr 2012 17:42 | Status: Yazar | Şərh: 559
gözel ideadır...
nurashka | 25 noyabr 2012 17:32 | Status: Qonaq | Şərh: 2 167
Flahmobları bəyənmirəm! :n10:
Sekine Hesen | 25 noyabr 2012 17:29 | Status: Gümüş user | Şərh: 3 112
inwallah yaxwi olar
Nuray | 25 noyabr 2012 17:27 | Status: VİP user | Şərh: 80
Bu çox qorxuludur.Heç belə şey olmasın. :n27:
sevinc keder | 25 noyabr 2012 17:07 | Status: Professional user | Şərh: 3 818
insallah ki bir komeyi deyer qadinlarimiza bu aksyanin
Ayka21 | 25 noyabr 2012 17:00 | Status: Yazar | Şərh: 2 770
Goren kisiler buna ne reaksiya verecek daha dogrusu o qadinlara o cur isgence verenler
ruzgargulum | 25 noyabr 2012 16:53 | Status: Brilliant user | Şərh: 2 493
belə qadınlara ürəyim agrayır kaş dünyamızda belə hallar olmayaydı heyif
Aynur_Qurbanqizi | 25 noyabr 2012 16:48 | Status: Technical | Şərh: 1 170
İnshallah, men de ishtirak edecem