Qadın / Qadın və problemlər

Evli kişiylə əlaqənin zərərləri

X... | 3-09-2013, 22:00
6 041 34


Görəsən evli kişilə birlikdə olmaq yaxşı bir seçim mi? Evli kişilər niyə aldadar? Evli kişilə birlikdə olan qadınlar, əlaqədə nələr hiss edir?Onların qısqanclıq, bölüşməmək kimi duyğuları yoxdur mu ? Əminik bu sualların cavabı sizi də maraqlandırır.
 Dr. Başak Demirizin
Psixoterapiya dialoqları " yazısından, evli kişilərlə birlikdə olmaq mövzusunda verdiyi məlumatları sizə çatdırırıq.Suallarınıza cavab, problemlərinizə köməkçi olmasını diləyirik.

Keçək xəbərin əsas hissələrinə.

Bir çox evli kişi aldatsa da, yoldaşını və uşaqlarını sevməyə davam edər və onları atmağı heç bir zaman düşünməz. Hətta sizinlə əlaqəsinin evliliyinə zərər verəcəyini hiss edəcək kimi olsa, sizi atacaq. Yoldaşına qayıtdığında həyat yoldaşı, ailə yuvasını qurtarmaq üçün  onu geri qəbul edəcək.


Kişi, evliliyində problemi olduğunu, bədbəxt olduğunu və sizin onu nə qədər xoşbəxt etdiyinizi söyləyərək,sizi çox sevindirə bilər. O əslində yaşadığı xoşbəxtliyi, həyəcanı,özünü yaxşı hiss etməyi sevir, sizi deyil. Əgər həqiqətən sizi sevsəydi, sizinlə birlikdə olardı.


Xanımını aldadan kişi xoşlanmadığı vəziyyətlərlə, necə baş etdiyinə dair sizə bir ipucu verir əslində.Yəni o, xanımıyla bir problem yaşayırsa, bunu həll etmək yerinə,özünü daha yaxşı hiss etdiyi başqa bir qadına gedir.Sizinlə bir problem yaşasa, necə həll edəcəyini düşünürsünüz?

İndi bir dəfə özünüzə sual verin.


Xanımına yalan söyləyən , hörmət göstərməyən bir kişini necə sevə bilirsiniz ?Kifayət qədər etibarlı biri olsa,sizlə gizli görüşmək yerinə, evliliyini bitirməzdimi ?
Sizi nə qədər çox sevdiyini söyləsə də , xanımıyla əlaqəsini bitirmədiyi müddətcə,dediyi sözlərinin bir dəyəri olmadığını artıq qəbul etməlisiniz.

Evli bir kişilə davam etdirilən əlaqənin içində çox çox xəyal qırıqlığı,kədər,ümidsizlik,qısqanclıq və hətta təhlükə vardır. Gerçəklərlə üzləşmənizə, daha sağlam düşünmənizə köməkçi olmaq üçün, evli bir kişilə olmanın mənfi istiqamətlərini xatırlatdıq.
Evli bir kişi yalnız ürəyinizi deyil, zamanınızı da oğurlayar. Əlaqəniz heç planlamadığınız qədər uzun çəkə bilər. Xüsusilə uşaq sahibi olmaq istəyirsinizsə, daha çox vaxt itirməyinÇünki,zaman əleyhinizə işləyir.

Evli bir kişilə olan qadın,çox vaxt təkdir.Kişinin ailəsindən, uşaqlarından əlavə qalan zamana razı olmaq məcburiyyətindədir. Həyatını, kişinin uyğun zamanına görə tarazlamaqdan başqa, çarəsi yoxdur. Həftə sonlarında,yeni ildə,bayramlarda,tətillərdə, bəlkə də ad günlərinizdə belə, sizinlə olmaya bilir.

Əlaqənizi gizli yaşamaq məcburiyyətində qalarsınız. Ailənizlə,yoldaşlarınızla tanış edə bilmirsiniz. Yoldaşlarınızın ad günlərinə, ailənizin xüsusi günlərinə dəvət edə bilməzsiniz, azadca gəzə bilməzsiniz,tünlük yerlərdə görünmək istəməzsiniz. Yalnız həyat yoldaşı öyrənməsin deyə deyil,dostlarınızın və ya ailənizin evli bir kişilə birlikdə olmanızı təsdiqləmədiklərini bildiyiniz üçün.


Evli kişilə birlikdə olduğunuzda,onu xanımıyla hər mənada paylaşdığınızı unutmayın.Əksər evli kişi, aldatdığını gizlətmək üçün xanımıyla daha da yaxınlaşar ."Xanımımla birlikdə olmuruq " desə də, gecə evə getdiyində xanımıyla eyni yatağı paylaşdığını,birlikdə yatdıqlarını və " ər-arvad " olmağa davam etdiklərini bilirsiniz.Xanımına söylədiyi yalanları sizə söyləmədiyinidən necə əmin ola bilərsiniz?

Evli kişi, oyunun qaydalarını təyin edəndir. Nə vaxt görüşüləcək ,nə vaxt danışılacaq , nə vaxt tətilə çıxıla bilər və s. Siz onun üçün həyatını əyləncəli və həyəcanlı hala gətirən bir oyuncaq kimisiniz.Unutmayın ki, uşaqların oyuncaqlarından sıxılması kimi ,evli kişi də sizdən sıxılıb, bir kənara ata bilər.


Psixoterapiya dialoqları,yaşanmış hekayələrdən ilhamlanılaraq, psixoterapiya müddətində istifadə edilən üsullara nümunə meydana gətirmək məqsədiylə yaradılmışdır.Məzmunu, psixologiyadakı elmi inkişaflara paralel olmaqla bərabər, ümumi məlumatlandırma və tövsiyə xüsusiyyətindədir.

P.S. Ümid edirəm bu xəbərdən sonra,evli kişilərlə birlikdə olan xanımlar nə etdiklərini,necə bir yolda olduqlarını və gələcəkdə başlarına nələr gələcəyini öyrənə bildilər.Gələcəyiniz üçün gec olmamış,boşuna vaxt itirməyin.İlk xanım siz olun,ikinci və gözləyən tərəf yox.



@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.


Damla | 3 sentyabr 2013 23:11 | Status: Brilliant user | Şərh: 7 178
Allah uzaq elasin!
Decel | 3 sentyabr 2013 23:08 | Status: Gümüş user | Şərh: 933
o ela movzudur.biz evde sohbetlesirik yoldasim der ki birden seytan yoldan cixarsa sene xeyanet etsem ne olar dedim ayriliq dedi seni oldurerem ama ayrilmaram
azerin f. | 3 sentyabr 2013 22:39 | Status: VİP user | Şərh: 1 068
Evli kisilere vurulan qizlar belke bundan melumatdan faydalanar
Asli Azeri | 3 sentyabr 2013 22:25 | Status: Şərhçi | Şərh: 187
Cox maraqlı. Cox düzgün. En esası cox maariflendirici xeberdi. Eyni zamanda evli kişilerin hec xoşuna gelmeyen bır xeberdi.