Qadın / Qadın və problemlər

Bəy qaçdı deyə gəlin özünə saxta bəy tutmalı oldu

Aynur_Qurbanqizi | 14-04-2011, 20:00
3 935 65
Bəy toyu günü İrana qaçdı, gəlin isə özünə saxta bəy tutdu

 

 

 

 

 

Bakıda keçirilən toy mərasimi zamanı maraqlı olay baş verib. Sabunçu rayonunda yerləşən "Arzu" şadlıq sarayında baş tutan mərasimdən sonra bəylə gəlin restoranı "limuzin”lə deyil, polis avtomaşını ilə tərk etməli olub.

Maştağa qəsəbə sakini Vüsalə Novruzova ilə Gədəbəy rayon sakini Bəhruz Alməmmədovun toy mərasimi ilk baxışdan digər toylardan seçilməyib. Avtomobilindən düşən cütlük şadlıq sarayına balaca mələklərin müşayiəti daxil olub, qonaqların ətrafında şampan içib, lirik mahnı sədaları ətrafında rəqs etməyə başlayıb.

Mikrofon qarşısına çıxan qonaqlar bəylə gəlini təbrik edib, onlara oğullu uşaqlı olmağı və qoşa qarımağı arzulayıblar. Sonra qonaqlar milli və xarici musiqi sədaları altından dayanmadan rəqs ediblər.

Şən keçən toy mərasimindən şübhələnən şadlıq sarayının inzibatçısı olub. Mərasimin başlanmasından bir neçə saat keçməsinə baxmayaraq yüz nəfərlik qonaq üçün sifariş verilən toya cəmi 15 nəfərin gəlməsi inzibatçını narahat edib. Hər ehtimala qarşı o mühafizəçilərdən bəylə gəlini nəzarətdə saxlamağı tapşırıb. Özü isə iş otağına keçərək Sabunçu rayon polis idarəsi ilə əlaqə saxlayıb. İşin üstü toyun sonuna yaxın inzibatçı bəylə gəlinə yaxınlaşıb 100 nəfərlik sifarişin pulunu istəyəndə açılıb. Vüsalə Novruzova qonaqlarımız gəlmədi ziyana düşmüşük pulumuz yoxdu deyəndə söhbətə Sabunçu rayon polis idarəsinin əməliyyatçıları qarışmalı olub.

Araşdırmalar zamanı məlum olub ki, gəlin Vüsalə Novruzova iki uşaq anasıdır, bəy rolunu oynayan Bəhruz Alməmmədovu isə Gədəbəydə hamilə vəziyyətdə olan arvadı gözləyir. Vüsalənin sözlərinə inansaq, əslində o başqa bir oğlanla ailə qurmalı olub.

Novruzovanın dediklərindən belə çıxıb ki, Həşim adlı oğlanın valideynləri onun iki uşaq anası ilə ailə qurmasını eşidəndə oğullarını təcili olaraq İrana yollayıblar. Həşim toy günü təyin edilib dəvətnamələr paylanandan sonra yoxa çıxıb. Qohum qardaş arasında biabır olmamaq üçün Vüsalə özünə təzə bəy tapmaq qərarına gəlib. Toyda bəy rolunu oynayan Gədəbəy rayon sakini Bəhruz Alməmmədovu Vüsaləyə Günel adlı rəfiqəsi təklif edib.

Gədəbəyin Pirbulaq kəndindən gələn Bəhruz isə polisə deyib ki bəy oturmağa razılıq verəndə başına belə iş gələcəyini ağlına gətirməyib. Özünün dediyinə görə ortalıqda maddi maraq olmayıb. Sadəcə olaraq, pis vəziyyətə düşən rəfiqəsinin rəfiqəsinə kömək etmək istəyib. Bəhruzun bəy rolunun təmənnasız oynamasını gəlin də təsdiqləyib.

Bəy, əsl bəy olmadığını əsas gətirərək, şadlıq sarayına ödənilməli pulu ödəməkdən imtina edib. Toyuna gələn qonaqları pul salmamaqda günahlandıran gəlin isə pulum yoxdur deyib. Polisdən isə bildiriblər ki, yaxın zamanlarda pul ödənilməsə "bəy"lə "gəlin"in əməli dələduzluq kimi qiymətləndirilə bilər.

Hazırda Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır. Araşdırmaların sonunda hər iki şəxsin barəsində nəticə əldə olunacaq.

 

bizimyol.az


P.S. Təəssüf ki, cəmiyyətimizdə bu kimi hadisələr günü-gündən artır və həmişə də aldanılan da, pis vəziyyətdə qalan da qadınlar olur... Bir qadını hamilə vəziyyətdə, birini isə biabırçılıqla yarıyolda qoyub qaçan kişilərə kişi demək olarmı?



ESMERRi | 10 noyabr 2015 22:05 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Nergiz love
Sitat: Sabahım.
bele sey esitmemeisdim onu da esitdim.. iki usaq anasi sene tuy lazimdir .vallah adam utanmasa her sey eder.

haqlisiz
Nergiz love | 15 may 2014 15:03 | Status: Professional user | Şərh: 7 871
Sitat: Sabahım.
bele sey esitmemeisdim onu da esitdim.. iki usaq anasi sene tuy lazimdir .vallah adam utanmasa her sey eder.

haqlisiz
RaySum | 7 aprel 2013 21:38 | Status: Professional user | Şərh: 2 594

qorxursansa nie evlenirsen 

Milaska. | 23 mart 2013 21:25 | Status: Gümüş user | Şərh: 1 486
xa xa xa xexexxe wink
Billurə | 21 mart 2013 19:11 | Status: Professional user | Şərh: 4 892
yaziq qorxub evlilikden))))))
SEVA00 | 21 fevral 2013 10:42 | Status: VİP user | Şərh: 1 013
UTANMAYANDAN SORA OYNAMAQA NE VAR KI
elana | 20 fevral 2013 17:15 | Status: Qonaq | Şərh: 0
n8 manca burda gunahkar kisi deyil 2 usaq anasi olan qadindi bunu da esitduk niya na vacib imis buna ozuna restoranda toy elamak manca bay lap yaxsi elayib qacib balkada ondan usagi olmagini gizladibmis n14
Sabahım. | 18 fevral 2013 15:26 | Status: Professional user | Şərh: 3 359
bele sey esitmemeisdim onu da esitdim.. iki usaq anasi sene tuy lazimdir .vallah adam utanmasa her sey eder.
Damla | 11 yanvar 2013 17:07 | Status: Brilliant user | Şərh: 7 178
Sitat: Nubar-Senan
qac bala qac)))

beh-beh!ozude dabanina tupuruf qacifaaaa....

Qacandada geline ve restoran yiyelerine bela edib...
hadise yerinden isti xeberler beh-beh!
Nubar-Senan | 11 yanvar 2013 17:03 | Status: Şərhçi | Şərh: 381
:n3: qac bala qac)))
M.M... | 11 yanvar 2013 16:57 | Status: Professional user | Şərh: 1 740
ne qeribediye.
lalita | 11 yanvar 2013 16:53 | Status: VİP user | Şərh: 1 390
BELE KISILERE AR OLSUN :n8:
azeri_oglu | 29 sentyabr 2012 20:19 | Status: Gümüş user | Şərh: 2 243
cagirsalar mende gedib duraram bey
TATLI GUZEL | 19 iyul 2012 12:11 | Status: Professional user | Şərh: 5 781
aaaaa ne dehset.