Qadın / Qadın və problemlər

Azərbaycanda bir qızın namusu ilə oynamaq bu qədər asandır

Aynur_Qurbanqizi | 24-10-2012, 12:00
7 885 35

 

 

 

 

Şirvan şəhər sakini, bir şəhidin həyat yoldaşı üzləşdiyi problemlərlə və qanunsuzluqlarla bağlı prezidentə müraciət ünvanlayıb. Bu məktub azadqadin.az saytina Xalqxeber.info-nun rəhbəri Peyman Sadıqov tərəfindən göndərilib. Aşağıdakı müraciəti qısaldaraq sizə təqdim edirəm. Burada söhbət gənc bir qızın həyatından gedir. 7 il bir-birini sevən gənclər oğlanın ailəsi razı olmasa da, ailə qurur. Yəni oğlan qızı qaçırdır. Amma ailə bunlardan əl çəkmir, rəsmi nigah bağlamasına mane olurlar, daha sonra oğlanı polis idarəsinə saldıraraq qızdan ayırırlar. 1 aylıq hamilə olan qız intahar edir. Özünü xilas etmək mümkün olsa da, bətnindəki körpə məhv olur. Hazırda oğlanı valideyləri rusiyaya aparıb. Qız isə namusu ləkələnmiş halda anası ilədir. Aşağıdakı məktub qızın anası tərəfindən yazılıb.

 

Buyurub onun öz dilindən daha ətraflı oxuya bilərsiniz

 

 

Mən Şirvan şəhərində yaşayıram. Qızım Günay 13 avqust 2012-ci il tarixində İlkin ilə ailə qurmaq məqsədilə qaçmışdır. Onlar 7 ildir ki bir-birlərini sevirdilər. İlk vaxtlar İlkinin ailəsində Günayla ailə qurmasına razı olublar. Lakin sonra İlkin Günaydan atası ilə mənim nikahımın olub-olmadığını soruşub və ailələrinə mənim həyat yoldaşımla boşandığımı dediklərini bildirib.  Günay da bizim nikah sənədimizi İlkinə verdi ki, apar ailənə göstər mənim atamla anam boşanmayıb. Bundan sonra İlkinin ailəsi İlkinin Günayla ailə qurmağına narazı olub. Həyat yoldaşım Müqəddəmi Aslan Qarabağ uğrunda gedən döyüşlərdən birində qəhrəmancasına şəhid olub. Şərəfi ilə Vətən uğrunda canını qurban verən bir şəhid haqqında insanlar bu gün onun ailəsi ilə münasibəti haqqında əsassız təhqirli sözlər deyərək yalnız atasının qəhrəmancasına şəhid olmasını özünə təsəlli bilərək ata sevgisinin nə olduğunu bilməyən,yalnız anasının tək başına yetim böyütmüş şəhid qızının namusla ailə qurmaq istəyinə bu bəhanə ilə mane olunması ağıla sığmaz və düşmən ermənilərin vurduğu zərbənin davamını da şəhidin balasına indi bir azərbaycanlı vurur. Ailədəki narazılığa görə İlkinlə Günay 2011-ci ilin sentyabr ayında ailə qurmaq məqsədilə qaçmaq istəyiblər. Lakin mən Günayın gizli paltarlarını yığdığını gördüm və qaçmaqlarına mane oldum. Dəfələrlə Günaya təkidlə İlkindən ayrılmasını desəm də İlkin mənə zəng edərək valideynləri narazı olsa da  gec-tez Günayla ailə quracağını deyirdi. 13 avqust 2012-ci il tarixində  səhər İlkin mənə zəng edərək Günayı qaçırdığını dedi. İlkinlə Günay Bakı şəhərinə gedərək Əhmədli qəsəbəsində kirayə ev tutub yaşayıblar. 22 avqust 2012-ci il tarixində Günayla İlkin Şirvan şəhərinə gələrək Şirvan şəhər VVAQ-a nikah bağlamaq üçün müraciət ediblər. 27 avqust 2012-ci il tarixinə gün alıblar. 27 avqust 2012-ci il tarixində İlkinlə Günay Şirvan şəhərinə gəlib. Lakin İlkinin ailəsi nikaha mane olduqları üçün nikahın vaxtı 24sentyabr 2012-ci il tarixinə qədər  uzadılmışdır. İlkinlə Günay Bakı şəhərdində kirayə tutduqları evə qayıdıblar. Bu vaxt ərzində İlkin ailəsi ilə hər danışığında ailəsi Günay haqqında təhqirli sözlər deyərək İlkindən Günayı orada atıb gəlməsini istəyiblər və Şirvanda hər şeyi həll edəcəklərini deyiblər. Hətta İlkin əmisi oğlu Cavidi Elxanla danışanda Elxan İlkinə bildirib ki, Şamil dayın deyir ki, İlkin heç bir sənəd götürmədən yaşadığı evdən çıxsın, yarım saat ərzində onu Azərbaycandan xarici ölkəyə göndərəcək. İlkin heç bir vəchlə Günayı atmayıb və valideynlərinə evə qayıtmayacağını və Günayla ailə quracağını deyib. 5 sentyabr 2012-ci il tarixində İlkin qardaşı Cavidi Sadiqlə görüşəcəkdi. İlkin qardaşı Sadiqə Günayla birlilkdə görüşə gedəcəyini deyib. Sadiq buna mane olub İlkinlə tək görüşmək istədiyini deyib. İlkin həmin gün saat 15 radələrində evdən çıxıb qardaşı Sadiqlə görüşə gedib. İlkin qardaşı ilə görüşdükdən sonra telefonu sönüb. Günay axşama qədər İlkini gözləyib. Axşam mənə zəng edərək İlkinin evə gəlmədiyini dedi. 06 sentyabr 2012-ci il tarxində Bakıya İlkinlə Günayın yaşadığı evə getdim. Günay Sadiqə zəng edərək İlkinin harada olduğunu soruşsa da Sadiq İlkin haqqında heç bir məlumat verməyib. Günay narahat olduğu üçün 102 Polis xidmətinə zəng edərək İlkinin evə qayıtmadığı haqqında məlumat verib. Günayı 34-cü Polis bölməsindən çağırdılar. Polis əməkdaşları İlkinin  qardaşı Sadiqə zəng edib İlkin haqqında məlumat almaq istəsələr də Sadiq şahidi olduğu hadisədən boyun qaçırdı və orada məlum oldu ki, İlkini 5 sentyabr 2012-ci il tarixində saat 15:30 radələrində polis əməkdaşları həbs edərək Şirvan şəhər Polis Şöbəsinə gətiriblər və 10 gün həbs cəzası verilib. Həmin gün Günayla birlikdə Şirvan şəhərinə qayıtdıq. Polis şöbəsindən İlkinin həbsi haqqında məlumat almaq üçün getdim, lakin heç kim eyni sözü demədi. Gah nalayiq sözlər dediyi üçün həbs olunduğunu, gah məcburi gətirildiyini deyərək səs-küy saldığı üçün həbs olunduğunu,gah da valideynlərinin şikayəti ilə həbs olunduğunu dedilər. 14 sentyabr 2012-ci il tarixində Günayın qaçırılaraq namusunu korladıqdan sonra hamilə vəziyyətdə evimə qayıtması barədə Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etdim. Eyni zamanda Prezident Aparatına və Daxili İşlər Nazirliyinə də müraciət etdim. 15 sentyabr 2012-ci il tarixində İlkin həbsdən çıxdığı üçün Polis şöbəsinə  getdik. İlkinin atası Fəxrəddin və anası Şəhla da orada idi. Fəxrəddin Polis şöbəsinə daxil oldu və çıxdıqdan sonra getdilər. Bizi növbətçi  polis əməkdaşları İlkinin çıxacağı başqa saat deyərək orada gözlətdilər. Sonra məlum oldu ki, İlkini ailəsinin istəyi ilə Türmə rəisi Azər müəllim özü gizli yolla İlkini çıxarıb və evinə aparıb. Bu haqda 102 Polis xidmətinə müraciət etsək də polis növbətçisi bunun polisə aid bir məsələ olmadığını dedi. Günayla İlkin qaçdıqdan sonra ər arvad münasibətində olmuşdur. Günay artıq 1 aylıq hamilə idi. Bu yaşadıqlarına dözməyərək 18 sentyabr 2012-ci il tarixində dərman içərək canına qəsd etdi. Bundan sonra Günay uşağını da itirdi. 28 sentyabr 2012-ci ildə İlkin Günaya zəng edərək Rusiyaya getdiyini dedi. Günay səbəbini soruşdu. İlkin də getmədiyi halda onu narkotiklə tutduracaqlarını, ya da onların dediyi ilə razılaşaraq Rusiyaya dayısının yanına getməli olduğunu dedi. İlkin həbsdə olarkən Günaya məktub yazaraq dayılarının onu burdan ya didərgin edəcəklərini, ya da dörd divar arasında çürüdəcəklərini bildirmişdi. 28 sentyabr 2012-ci il tarixində müstəntiq Ruslan müəllim mənə zəng edərək Daxili İşlər Nazirliyindən müraciətimlə bağlı məni Polis şöbəsinə çağırdı. Mənə 01 oktyabr 2012-ci il tarixində  DİN Baş İstintaq və Təhqiqat İdarəsindən Elnur Cəfərovun qəbuluna getməli olduğumu bildirdi.  Qızım Günayla birlikdə 01 oktyabr 2012-ci il tarixində Elnur Cəfərovun qəbuluna getdik. O da bizi DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Habil müəllimlə görüşdürdü. Habil müəllim bizə bu işlə bağlı heç bir kömək edə bilməyəcəklərini və hətta qızım Günaya "get həyatını yaşa, səni Polis şöbəsində işə düzəldim, ama hicabını açmalı olacaqsan” dedi. 18 oktyabr 2012-ci il tarixində "Günay Müqəddəminin evlənmək adı ilə qaçırılması faktı üzrə tədbir görülməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə Baş İstintaq və Təhqiqat İdarəsində baxılmışdır. Müəyyən olmuşdur ki, Şəhla Cavidinin oğlu İlkin Cavidinin Günay Müqəddəmi ilə nikaha daxil olmasına məcbur edilməsi barədə 14 avqust 2012-ci il tarixli şikayət ərizəsi üzrə Şirvan ŞPŞ İstintaq bölməsində araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Günay Müqəddəmi və İlkin Cavidi dini nikaha daxil olaraq ailə qurmaq məqsədi ilə 13 avqust 2012-ci ildə Bakı şəhərinə könüllü gəlib kirayədə yaşamış, İlkin Cavidinin valideyinləri onların evlənməsinə razı olmadığından 5 sentyabr 2012-ci ildə İlkin Cavidi Şirvan şəhərinə yaşadığı evə qayıtmışdır. 23 avqust 2012-ci ildə əməldə cinayət tərkibi olmadığından toplanmış mateiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Müraciətiniz cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq Şirvan şəhər polis şöbəsinə göndərilmişdir”  məzmunlu Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev tərəfindən müraciətimlə bağlı məktub göndərilmişdir.Bu məktubda İlkin Cavidinin 5 sentyabr 2012-ci ildə özünün yaşadığı evə qayıtdığını yazıblar, lakin İlkin Cavidi həmin gün Bakıda heç bir cinayət səbəbi ilə axtarışda olmadığı halda polis əməkdaşları tərəfindən  bir başa polis şöbəsinə gətirilib və orada hansısa səbəbdən məhkəmə əmri ilə 10 gün həbs cəzası verilib. Hətta İlkin 28 sentyabr 2012-ci ildə Rusiyaya gedərkən Günaya zəng edərkən onun Bakıdan əli qandallı gətirildiyini deyib. 23 avqust 2012-ci ildə əməldə cinayət tərkibi olmadığından toplanmış mateiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir-bu tarixdə hansı cinayət işi haqqında materiallar toplanmış və rədd edilmişdir mənə məlum deyil. Bu gün hansı dövlət orqanına müraciət etsəm bu məsələ ilə bağlı heç bir qanun olmadığını deyərək məni namusumla birlikdə qapı arxasında qoyurlar. 

Ölkə prezidentimizdən xahiş edirəm mənim 19 il əvvəl aciz və gənc bir qadın kimi yox, ağbirçək ana kimi namusumu müdafiə edəsiniz. Mənim həyat yoldaşımın şəhid adı ilə kiminsə şan-şöhrətli adının müqayisə olunaraq qızımı ləkələyərək namusumun qanunu olmadığı deyilərək bir kənara atılmasına imkan verməyəsiniz.

 

 

Hörmətlə Əliyeva Tahirə Həsən qızı

23.10.2012-ci il.    Şirvan şəhəri

 

Çox üzüldüm. Azərbaycanda bir qızın namusu ilə oynamaq demək ki, bu qədər asandır... Bu xəbəri oxuyan qızlara isə məsləhətim budur ki, hətta sevdiklərinə belə inanmasınlar. Rəsmi nigah olmadan ər-arvad münasibətinə daxil olmasınlar!

 

Bu cür qadın problemlərini sizin nəzərinizə çatdırmaqla, həm onların səsini ictimaiyyətə çatdırmaq, həm də sizlərin baş verənlərdən nəticə çıxarmağınızı istərdik!

 

 

 

 

 

 


Nigar | 18 fevral 2014 16:38 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: Ayten Hesenzade
oglan istetseeydi getmezdi bu isin icinde is va

Ayten Hesenzade | 28 noyabr 2013 16:19 | Status: Şərhçi | Şərh: 243
oglan istetseeydi getmezdi bu isin icinde is var
A.Sebine | 24 may 2013 19:59 | Status: Şərhçi | Şərh: 235
allah komeyi olsun amin
Nara88 | 2 aprel 2013 19:55 | Status: Professional user | Şərh: 4 254

hec elede is olarki oglani elleri bagli rusiyaya apariblar?nese qaranliq bir meseledi,gorunur oglaninda bir insanligi yoxdu(o usaq deyilki onu gucle harasa aparsinlar(

AGel_A | 27 fevral 2013 00:52 | Status: Qonaq | Şərh: 0
Ehh indi nə sevgi nə saf hisslər, nə namus qalmıyıb, bu səhfi məndə edəcəkdim ama Allahdan tez ayıldım.
mugan qizi | 4 yanvar 2013 19:27 | Status: VİP user | Şərh: 699
mənim sözüm o ağılsız qızadır ki,ailəsinin narazı olduğunu bilə-bilə anasının sözünü də eşitmir oğlana qoşulub qaçır ,az imiş kimi yaxınlığa icazə verir ,bu da yetmir körpəsinə qıyır Sonda da o cür ailəsini gör nə vəziyyətlərə salır ((
anası da günahı başqalarında axtarır Allah köməyiniz olsun
Z K S | 4 yanvar 2013 18:56 | Status: Qonaq | Şərh: 0
Azərbaycan kişilərinin o qədər murdar hərəkətlərini görəcəyik ki,axırda erməniyə şükür deyəcəyik.Mən təsəvvür edirəm ki,qeyrətli eloglanlarımız belə hadisələrin şahidi olanda hansı hissləri keçirirlər!Allah cəzalarını tez versin ki,tənha analarım min bir əziyyətlə böyütdükləri qızları daha bədbəxt olmasınlar.
HEYATIM | 30 oktyabr 2012 18:07 | Status: Professional user | Şərh: 2 110
Sitat: gulya20
Ne deyim ey Allah komeyi olsun.Qacib evlenenlerin ekseriyyetinin sonu bele olur.

duz deyirsen))
Melek_1 | 27 oktyabr 2012 13:25 | Status: VİP user | Şərh: 1 002
Sitat: valya






Salam, Allah o qıza kömək olsun.İki gənci bir-birindən ayıran valideyinlərin Allah o dünyada hesabını versin. Başqa nə deyim.Belə də əzzazil valideyin olar?

mencede
valya | 27 oktyabr 2012 10:28 | Status: Qonaq | Şərh: 0
Salam, Allah o qıza kömək olsun.İki gənci bir-birindən ayıran valideyinlərin Allah o dünyada hesabını versin. Başqa nə deyim.Belə də əzzazil valideyin olar?
rosee | 26 oktyabr 2012 22:03 | Status: Professional user | Şərh: 1 850
prezident ona unvanlanan mektuba cavab verib?bir xeyri olub?.
Melek_1 | 25 oktyabr 2012 20:55 | Status: VİP user | Şərh: 1 002
allah belelerinin komeyi olsun
Gunnare_ok | 25 oktyabr 2012 16:17 | Status: VİP user | Şərh: 332
bu meselelerde men ne huquq muhahize orqanlarina(mehkemelere) ne de bezi hadiselerde valideyinlere inanmiran,kime ne serf edir onu da"ise kecirir",ne ise. ancaq OZUNE GUVEN lazimdi,vessalam
Seva-Azer. | 25 oktyabr 2012 10:34 | Status: Qonaq | Şərh: 2 351
Ailesi razi olmayan oglanla birlikde gerek olmayaydi. sebirli olaydilar. Xelveti VVAQ-a senedlerini verib nigah kesdirib sonra uze cixaydilar. bu daha yaxshi olardi. Tanrim komekleri olsun
gulya20 | 25 oktyabr 2012 03:16 | Status: Professional user | Şərh: 4 678
Ne deyim ey Allah komeyi olsun.Qacib evlenenlerin ekseriyyetinin sonu bele olur.
Ayka21 | 24 oktyabr 2012 23:38 | Status: Yazar | Şərh: 2 770
sebrim catmadi oxumaqa tskler
Rightit | 24 oktyabr 2012 23:24 | Status: Gümüş user | Şərh: 758
xeyir . her kes oz huququnu bilmelidir. yeri gelendede susdurmaqi bacarmalidir. hec bir qizin namusu ile oynamaq olmaz.
P.S | 24 oktyabr 2012 22:49 | Status: VİP user | Şərh: 995
Allah komekleri olsun.
Gulsen Raufqizi | 24 oktyabr 2012 20:03 | Status: Şərhçi | Şərh: 414
Allah komeyi olsun.bunu yasayan biler,belke de oglan da ezab cekir.her halda istemese evvelden atardi.gorunur ailesi guclu cixib mubarizede.qizda da gunah varki,istenilmediyini bili-bile qacib.en boyuk sehv burdan baslayib
dr.Samira | 24 oktyabr 2012 19:48 | Status: Həkim | Şərh: 1 135
Sitat: G_M
burda mənim yaşadığım problemlər yazılıb.

Allah yardımçın olsun,bundan sonraki həyatın elə gözəl olsun ki,ömrünün bu səhifələrini sənə tamamilə unutdursun..
G_M | 24 oktyabr 2012 19:29 | Status: Qonaq | Şərh: 0
Salam.burda mənim yaşadığım problemlər yazılıb. burda bəzi istifadəçilər şəhid adından istifadə olunduğunu yazıblar,hər kəsin fikrinə hörmətlə yanaşıram,ammma diqqətli oxusanız burda əsasən dövlət orqanlarının yalnış məlumatları haqqında yazılıb. bəli mən bu səhvi etmişəm,nəinki azərbaycanlı heç bir qız bu addımı atmasın. bu səhv mənim ailə qurmaq məqsədimin nəticləri olub.dini nikahımız olub,rəsmi nikah üçün müraciətimiz olub.lakin ailəsi müdaxilə etdiyi üçün vaxtı uzadılıb,uzadıldığı vaxtda ailəsi yenə imkan vermədi.dindar insanın da bədbəxtliyindən bezdiyi anlar olur.hamı el adəti ilə ailə qurmur,el adəti ilə ailə quran qızlarımız da bu gün dözülməz ailə qarşısında aciz qalırlar.bu məktubu prezidentə unvanlamaqda fikir oğlanın gətirilməsi deyil,azərbaycandakı hüquq orqanlarının yalnış addımlarıdır.
Aya:)) | 24 oktyabr 2012 19:20 | Status: Gümüş user | Şərh: 2 239
Hec bir qiza aile qurarken qacmaqi meslehet gormurem.Ne olur olsun mutleq basina vuracaqlar...
Aynur_Qurbanqizi | 24 oktyabr 2012 18:50 | Status: Technical | Şərh: 1 170
Sitat: hopeful-woman
Men indi basa dusurem ki oglanin valideynleri razi olmasa aile qurmaq duzgun deyil.

Oğlan da zəif insandır! Guya mübarizə aparmaq bu qədər çətindir? Öz canından qorxub qızı yarıyolda qoyan əclafdır!
sevinc keder | 24 oktyabr 2012 16:56 | Status: Professional user | Şərh: 3 818
mende şirvaliyam amma hec xeberim yoxdu
qizlarimizin başina ne gelirse axilsizliqlarindan birde tez aldanmaqlarindan gelir.
ve birde mene catmadi bu oqlanin valideinleri nece insanlardi??deyirler ana ata ucun esas olan ovladlarinin xoübextliyidir amma bunlar......ne deyim eee vallah insanlarin temiz zayi cixib.
umumiyetle ne nigah nede kebin olmadan er -arvad munasibetleri yaşanmamalidir. :n37:
Soso | 24 oktyabr 2012 16:54 | Status: Qonaq | Şərh: 0
Qız hicablı olduğundan bilməliydi ki, islamda vəlinin (yəni valideynin) razılığı olmadan ailə qurmaq, ər-arvad münasibətində olmaq elə ilk gündən haramdı. Ona görə də, bu vəziyyətə düşməmək üçün heç sevdiyinə də inanmamaq lazımdır. Nə isə əslində oğlandan çox, qızın ailəsindən şübhələnirəm. Həm hicablıdı, həm də intihar edir. Ana da qızının qaçmasına bir əngəl olmur. Qınamıram, səbəb müxtəlif ola bilər. Allah köməyi olsun.
_Peri_ | 24 oktyabr 2012 16:11 | Status: Gümüş user | Şərh: 1 662
umumiyyetle qizlara meslehetim budurki,qacmasinlar,el adeti ile ata-ana xeyir duasi ile gelin kocsunler....
Feriha. | 24 oktyabr 2012 15:37 | Status: Professional user | Şərh: 4 746
sanel,
Sitat: sanel
qizlarda agilli olsun qacmagnan her is duzelmir indide bedbext oldular
ORdubadliXAN | 24 oktyabr 2012 15:35 | Status: Qonaq | Şərh: 0
Bax belə hallar olmasın deyə gərək ata-ananın razılığını alasan. Hisslərə qapilib düşünülməmiş addim atmağın adı nə?
Qiz bəyəm qaçmaq düz iş görüb ki?
sanel | 24 oktyabr 2012 15:01 | Status: Professional user | Şərh: 3 647
qizlarda agilli olsun qacmagnan her is duzelmir indide bedbext oldular
Banu. | 24 oktyabr 2012 14:45 | Status: Admin | Şərh: 2 266
Cox pis oldum.Allah komekleri olsun!!!