Qadın / Qadın və problemlər

Azərbaycanda qeyri-qanuni ailə quranlar daha xoşbəxt olur

Aynur_Qurbanqizi | 7-10-2012, 14:24
3 575 68

 

 

"Sevgi və hörmət olmayan yerdə 100 müqavilə olsa belə, heç nəyə yaramır". Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkədə 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Məlumatda bildirilir ki, əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər və ya nikahların sayı 12,7 faiz, boşanmaların sayı isə 19,1 faiz artıb.
Heç bir insan ailə qurarkən, bunun dağılacağı ehtimalını belə ağlına gətirmir. Düşünürlər ki, qurduqları ailə bir ömür davam edəcək. Amma bir gün yollar ayrılır, tərəflər məhkəmədə üz-üzə gəlirlər. Ortaya saysız problemlər çıxır, mal bölgüsü, ev bölgüsü, uşaqlar...
Nikah müqaviləsindən danışarkən, çoxları bunun mahiyyətini dərk etmir, fikirləşir ki, nikah müqaviləsi boşanmaq üçündür, yalnız boşanma zamanı bu sənəd köməyə gəlir.
Əslində isə nikah müqaviləsi təkcə boşanma anı üçün tətbiq edilmir, o, bütövlükdə nikah dövründə əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Nikah müqaviləsinin əsas məqsədi ər-arvadın əmlakının hüquqi rejiminin müəyyən edilməsidir. Bu əmlak həm müqavilə bağlanarkən mövcud olan, həm də gələcəkdə əldə edilməsi nəzərdə tutulan əmlak ola bilər.
Hüquq müdafiəçisi Elnur Aslanovun dediyinə görə, nikah müqaviləsi təkcə boşanmaq üçün nəzərdə tutulmayıb: "Bu sənəd istənilən dövrdə - həm nikahın bağlanmasına qədər, həm nikah bağlanan zaman, həm də nikah dövründə - bağlana bilər. Lakin bu halda nikah müqaviləsinin hüquqi qüvvəsi yalnız nikah dövlət qeydiyyatına alındıqda yaranır. Tutaq ki, nikah VVAQ orqanlarında qeydə alınmayıbsa, tərəflər arasında bağlanmış nikah müqaviləsinin heç bir hüquqi qüvvəsi olmayacaq".
Müsahibim bildirir ki, nikaha xitam verilən zaman nikah müqaviləsi də öz qanuniliyini itirir.
Əgər müqaviləyə əsasən ər və arvadın gələcəklə bağlı hüquq və vəzifələri varsa, bu nikah xətm olunduqdan sonra da həmin hissə qüvvədə qalır. Onun sözlərinə görə, nikah müqaviləsi yazılı formada bağlanılır və notarial qaydada təsdiq olunur. Şifahi formada bağlanılan müqavilələrin heç bir əsası yoxdur: "Yəni, ailə qurmamışdan öncə verilən sözlərə inanmaq olmaz. Nikah müqaviləsi tərəflərin razılığı ilə bağlansa da, bu müqavilə tərəflərin hüquq və fəaliyyətini məhdudlaşdıra bilməz. Yəni, ər-arvad bir-birlərinin əmək fəaliyyətini seçməyə, təhsil almasına, ixtisas seçməsini qadağan edə, yaxud onu məhdudlaşdıra bilməz".

Bundan əlavə qeyd edək ki, nikah müqaviləsi tərəflərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Məsələn, ər arvadına gələcəkdə ona qarşı aliment tələbi ilə məhkəməyə iddia verməsinə, yaxud birgə əmlakın bölünməsinə dair iddia qaldırmasına qadağa qoya bilməz. Eyni zamanda, müqavilədə tərəflərin məhkəməyə müraciət etmək hüququndan imtina etməsinə dair müddəalar da nəzərdə tutula bilməz:


"Nikah müqaviləsi yalnız əmlak üçün nəzərdə tutulub. Ancaq bu müqavilədə ər-arvadın qeyri-əmlak hüquq və vəzifələri müəyyənləşdirilə bilməz. Müqavilədə yalnız əmlak xarakterli müddəalar göstərilir".


Hüquq müdafiəçisinə görə, bu müqavilə ər və ya arvadın uşaqlarla bağlı hüquq və vəzifələrini müəyyənləşdirə bilməz:
"Məsələn, müqavilə ər-arvad boşanma zamanı uşaqların atanın, yaxud ananın yanında qalmasını və ya valideynlərin uşaqla görüş qaydalarını nəzərdə tutmur. Lakin buna baxmayaraq, ər-arvad nikah müqaviləsində uşaqların saxlanamsında və təhsil almasında xərcləri müəyyən edə bilər".


E.Aslanov onu da bildirib ki, bu müqavilə bağlandıqdan sonra tərəflərdən heç biri onun icrasından boyun qaçıra bilməz.


Sosioloq Nəzakət Əhmədovanın fikrincə, nikah müqaviləsi o qədər də önəmli deyil: "Boşanmaların artdığı və insanların maddiyyata önəm verdiyi bir dövrdə nikah müqavilələrinin bağlanılması bu prosesi daha da kəskinləşdirə bilər".


Onun fikrincə, ailə təkcə sənədlər üzərində qurulmamalıdır.
Burada mənəviyyat daha böyük rol oynamalıdır. Əks halda, sənəd üzərində qurulan ailələrin bir neçə ay və ya ildən sonra dağılmayacağına heç kəs zəmanət verə bilməz: "Qızlarımız "ərə getmək" xatirinə kim gəldi, onunla ailə həyatı qururlar. Elə bu səbəbdən də bu cür ailələr tez dağılır. Ailə müqəddəs amildir. Tərəflər bir-birini sevməli, hörmət etməlidir. Sevgi və hörmət olmayan yerdə 100 müqavilə olsa belə, heç nəyə yaramır".


Sosioloq araşdırmalarına əsasən bildirir ki, bu gün kağız üzərində ailə quranlardan çox qeyri-qanuni şəkildə ailə quranlar daha xoşbəxt olurlar.
Çünki bilirlər ki, onları hisslərdən başqa heç nə birləşdirmir: "Gənclər ailə qurarkən nikah müqaviləsi bağlayarsa, bu, onlarda boşanma hissini hər zaman tətikdə saxlayır".


Müsahibimizə görə, nə qədər ki, gənclər mənəvi istək və duyğulara önəm vermədən, ailə qurmaq, ərə getmək xatirinə bir yerdə olmağa üstünlük verəcəklər, boşanmaların sayı da ildən-ilə artacaq...


"Ekspress" qəzeti


Miraj | 1 fevral 2015 14:49 | Status: Professional user | Şərh: 2 625
nikah olsa yaxsi olar
Nergiz love | 25 mart 2014 00:28 | Status: Professional user | Şərh: 7 871
Sitat: Just me
Sitat: su peerisi
Nigah mutleq olmalidir.

TAMAMILI DOQRUDU
Gulshen. | 22 fevral 2014 08:09 | Status: Qonaq | Şərh: 0
Sevgi hormetde lazimdi nikahda
Nigar | 18 fevral 2014 19:16 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: Meryem_Duyqu
Hər bir ailədə rəsmi nigah mütləq lazımdır.

Sabahım. | 13 fevral 2014 23:28 | Status: Professional user | Şərh: 3 359
Sitat: Meryem_Duyqu
Hər bir ailədə rəsmi nigah mütləq lazımdır.

Meryem_Duyqu | 12 fevral 2014 22:38 | Status: Yazar | Şərh: 4 130
Hər bir ailədə rəsmi nigah mütləq lazımdır.
beehive | 29 noyabr 2013 11:54 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,
Kenan :) | 24 noyabr 2013 18:06 | Status: Şərhçi | Şərh: 347
tewekkurlerr
Just me | 19 oktyabr 2013 12:20 | Status: Professional user | Şərh: 1 296
Sitat: su peerisi
Nigah mutleq olmalidir.
Aysen_Senan | 26 sentyabr 2013 12:48 | Status: Şərhçi | Şərh: 383
"Sevgi və hörmət olmayan yerdə 100 müqavilə olsa belə, heç nəyə yaramır"
eledir...
su peerisi | 6 iyul 2013 09:55 | Status: Gümüş user | Şərh: 955
Nigah mutleq olmalidir.
AYNISAN ... | 2 aprel 2013 11:10 | Status: Qonaq | Şərh: 0

MENDE O FIKIRDEYEM .NIGAHSIZLAR XOSBEXT OLUR HEMISE.

Aytekin82 | 20 fevral 2013 13:26 | Status: Brilliant user | Şərh: 6 588
Nigahlı bedbextlik və ya nigahsız xoşbəxtlik......... Ne deyim axı....(((((((((((
Gozel Melek | 17 fevral 2013 15:47 | Status: Gümüş user | Şərh: 1 531
nigah olmalidi mutleq
RaySum | 13 fevral 2013 19:48 | Status: Professional user | Şərh: 2 594
Yegin...Bele xeberleri de axira kimi oxuya bilmireme uzundu uzundu... n6
Lola. | 24 dekabr 2012 16:08 | Status: Professional user | Şərh: 2 230
MUTLEQ OLMALIDIR NIGAH
Ayka21 | 2 dekabr 2012 20:49 | Status: Yazar | Şərh: 2 770
Nıgah olmasa ışaqda bic sayılır
sevinc keder | 30 oktyabr 2012 16:07 | Status: Professional user | Şərh: 3 818
xowbextliyi yazan uca Allahdir
Melek_1 | 27 oktyabr 2012 15:16 | Status: VİP user | Şərh: 1 002
mence nigah lazimdir
rufet ehmed | 12 oktyabr 2012 11:17 | Status: Gümüş user | Şərh: 1 391
NIGAH LAZIMDIR
FIDASQA | 10 oktyabr 2012 20:05 | Status: Şərhçi | Şərh: 262
Ne olur olsun birinci nigah lazumdir.
Princess_93 | 10 oktyabr 2012 14:23 | Status: Brilliant user | Şərh: 5 877
nigah mutleq lazimdi.
P.S | 8 oktyabr 2012 20:38 | Status: VİP user | Şərh: 995
nigah mutleq lazimdi.
Alizes | 8 oktyabr 2012 18:04 | Status: Yazar | Şərh: 2 588
Nə yolla ailə qururlar qursunlar, yetər ki, xoşbəxt olsunlar. wink
Tinkerbell Narmin | 8 oktyabr 2012 17:51 | Status: VİP user | Şərh: 114
Dini nikah ALLAH yaninda cox deyerlidir dovlet nigahi ise yasadigimiz dunyada vacibdir her ikisi olanda yaxsidi
dr.Samira | 8 oktyabr 2012 15:06 | Status: Həkim | Şərh: 1 135
Xəbərin başlığı insanları səhv səmtə yönləndirə bilər. wink
Ayka21 | 8 oktyabr 2012 13:18 | Status: Yazar | Şərh: 2 770
Tesekkurler xeber ucun
Qaracaqiz | 8 oktyabr 2012 13:09 | Status: VİP user | Şərh: 1 882
İstər dövlət nigahı istər kəbin ailə quranda hər ikisi vacibdir.Şəxsən dövlət nigahı olmadan ailə quran insanlara çox pis baxıram.Bəzi adamlar dövlət nigahına elədə əhəmiyyət vermirlər amma başa düşmürlərki həyatda hər şey ola bilər ona görədə işini ehtiyatlı tutmaq lazımdır.
Sekine Hesen | 8 oktyabr 2012 12:52 | Status: Gümüş user | Şərh: 3 113
maragli movzudu mence nigah da lazimdi,xowbextcilikde insanlar here 1cur edir,esas oduki bawqalarinin ailesini dagitmayasan mence vacibi budu
Vetenperver | 8 oktyabr 2012 12:42 | Status: Professional user | Şərh: 6 700
Kimlər üçünsə lazım olar.
"Sosioloq Nəzakət Əhmədovanın fikrincə, ailə təkcə sənədlər üzərində qurulmamalıdır. Burada mənəviyyat daha böyük rol oynamalıdır." Bu fikirlə razıyam.