Qadın / Qadın və problemlər

Bu il Azərbaycanda 6 uşağa işgəncə verilib - RƏSMİ

Banu. | 23-07-2021, 17:04
383 0
Bu il Azərbaycanda işgəncəyə məruz qalan uşaqların sayı açıqlanıb.
Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, 2021-ci ilin birinci yarımilində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsi tərəfindən 70 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.