Qadın / Qadın və problemlər

Qan qusan ana: “Mən heç kimin ərini əlindən almıram deyə işdən atırlar?”

Banu. | 1-07-2020, 16:54
342 0

AzadQadin.az bildirir ki, Bizimyol.info redaksiyasına Günel Rzayeva adlı daimi izləyicimizdən şikayət daxil olub.

Daha doğrusu Günel Bizimyol.info-nu özünün tək köməkçisi, dayağı hiss edir. 3 azyaşlı balasını tək başına böyüdən Rzayeva Günelin 31 yaşı var. Həyat yoldaşı 7 il öncə rəhmətə gedib. 15, 14 və 10 yaşlarında 3 övladı var. Bakı şəhəri Xəzər rayonu, Şərq küçəsi 14-də qeydiyyatdadır, amma kirayədə yaşayır.

Öz dediyinə görə, ailə başçısını itirdiklərinə görə 240 manat dövlət yardımı alır. Bütün ümidi bu 240 manata bağlıdır. Günel 2 ay öncə bizə müraciət etdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni diqqətdə saxladı və Günel yaşadığı ərazidə MİS tərəfindən süpürgəçi kimi işə düzəldi. Lakin onun bu sevincinin ömrü uzun sürməyib.
“Birincisi, mənə 250 manat maaş deyib, 165 manat verdilər. Aprelin 28-də işə başladım. Mayın sonunda 165 manat verildi. Son 2 ayın maaşını almamışam. İndi də deyirlər müqavilən bitib, işdən çıxarılmısan. Mənimlə birlikdə işə alınanların müqaviləsi bitmədi, elə bir tək mənim müqaviləm niyə bitdi? Ona görə ki, mən namusumla işləyirəm, kimlərsə başqa yollarla işdə qalır? Mən xəstə adamam, evimin yanıdı, işimi görürdüm, heç kimdən çörək pulu istəmirdim, dilənmirdim. Məni burda işlə Məşğulluq İdarəsi təmin etmişdi, indi deyirlər, Məşğulluq İdarəsi müqaviləni təzələsin. Məşğulluq İdarəsi də deyir ki, daha biz bu layihəni icra etmirik. Xahiş edirəm, mənə kömək edin”.
Günel Rzayevanın dediklərini işlədiyi MİS-dən təsdiqədilər, lakin dedilər ki, işə götürən Məşğulluq İdarəsidir. Ora müqaviləni təzələsin, Güneli işə geri alaq.Məsələ ilə əlaqədar ƏƏSMN-ə də müraciət etmişik. Amma başa düşülməyən bir cəhət bizdəki bu məmur süründürməçiliyidir. Niyə axı yerlərdəki ən xırda məsələ ilə bağlı nazirliyə müraciət edilməlidir? Bəs siz orda niyə otuzdurulmusunuz?Və onsuz da az olan 250 manatın başını, qulağını kəsib 3 yetimin ruzisinə əl uzatmaq hansı vicdana sığışır?
İlhamə Rəsulova