Qadın / Qadın və problemlər

“Hamilə qız bizim sığınacağa yerləşdirilib, şagirdi kimin zorladığı dəqiqləşdiriləcək..."

Banu. | 11-04-2020, 17:03
704 0

“Doğrusu, bu biraz xoşagəlməyən məsələdir, çünki belə informasiyaları yayanda məktəbin adını çəkirlər, amma fikirləşmirlər ki, sonra həmin məktəbdən qız uşaqlarını çəkindirəcəklər”

Bunu açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Qurum sədri Lerikdəki zorlanma hadisəsinin təfərrüatlarının araşdırdıldığını bildirib:

“Hamilə qız bizim sığınacağa yerləşdirilib. Hazırda hadisəylə bağlı istintaq gedir və şagirdi zorlayan adamın həmin müəllim olub-olmaması dəqiqləşdiriləcək. Doğrusu, bu bir az xoşagəlməyən məsələdir, çünki belə informasiyaları yayanda məktəbin adını çəkirlər, amma fikirləşmirlər ki, sonra həmin məktəbdən qız uşaqlarını çəkindirəcəklər. Qaldı ki, müəllimlə şagirdin hadisəsi məktəbdə baş verməyib. Qız özü sağlamdır, uşağına baxmaq istəyir. Bəzən görürsən ki, kimsə uşağından imtina edir. Biz ona psixoloji yardım göstəririk. İstintaq uşaq doğulana qədər davam edəcək və DNT analizi edildikdən sonra hər şey dəqiq bilinəcək. Amma adı çəkilən müəllim həbs edilib. Ona görə də indidən kimisə ittiham etmək tezdir”.

Qeyd edək ki, Lerik rayonunun Kirəvud kəndində rus dili müəllimi işləyən 59 yaşlı Ş.Məmmədovun 2003-cü il təvəllüdlü şagirdinə təcavüz etdiyi iddia edilir. Ş.Məmmədov hüquq-mühafizə orqanları tərəfindən həbs edilib, 17 yaşlı qız isə sığınacağa yerləşdirilib.

Vasif Əlihüseyn