Qadın / Qadın və problemlər

İsmayıllıda itkin düşən qız Xızıda tapıldı: Sevdiyi oğlanla qaçıb

Banu. | 4-02-2020, 18:16
107 0
İsmayıllıda itkin düşən qız tapılıb.

İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədova Ayişə Mehman qızı yanvarın 30-da itkin düşüb.

 
İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədovanın yeri müəyyənləşib.

Məlum olub ki, o, yanvarın 30-da yaşadığı evdən çıxaraq Bakıya gəlib, orada Xızı rayonunun Türkoba kənd sakini Rüstəmli Osman Şakkat oğlu ilə görüşərək evlənmək məqsədilə Xızı rayonuna gedib.

Faktla bağlı araşdırma aparılır.//Trend