Qadın / Qadın və problemlər

“Mənimlə prinsipi olduğu üçün alimenti ödəmir” - Boşanan qadınlar arasında sorğu...

Banu. | 23-11-2019, 20:58
121 0
Xəbər verdiyimiz kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib. H.Hüseynova deyib ki, “Bizə müraciət edən qadınlar aliment almaqda çətinlik çəkdiklərini deyirlər. Ona görə də hesab edirəm ki, əgər kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır. Dünya təcrübəsində aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Alment Fonduna ikiqat artıq vəsait ödəyir. Ona görə də Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.

AzadQadin.az bildirir ki, Moderator.az-ın əməkdaşı boşanan qadınlar arasında alimentin ödənməməsiylə bağlı sorğu keçirib. Həmin sorğunun nəticələrini təqdim edirik:

- Təranə Cabbarova: “Mən qız-qızanın qurbanı oldum. Qardaşımı baldızımı uşağı olmadıqlarına görə boşadığı üçün həyat yoldaşım da məni boşadı. Mən isə on beş ildir ki, üç uşaqla zülüm çəkirəm. Məhkəmə hər uşağa əvvəl 26 manat aliment kəsmişdi, sonra şikayət edib bunu 75 manata qaldırdım. Amma buna baxmayaraq keçmiş həyat yoldaşım aliment ödəmir. Hər dəfə gedib icraçılarla mübahisə edəndən sonra 50 manat mənə pul verirlər. Hazırda 5 min manatadək aliment borcu yığılıb qalıb. Bunu keçmiş həyat yoldaşım necə ödəyəcək, bilmirəm. O, da ailə qurub yaşayır”. 

- Zemfira Əlihüseynova: “İki övladımla boşanmışam. Əvvəl Rusiyada yaşayırdıq elə ordan Azərbaycana gəlib boşandıq. Keçmiş həyat yoldaşımın imkanı olsa da, mənimlə olan prinsipinə görə alimenti ödəmir. Bir dəfə şikayət etdim onda həbs olundu və qalıq alimentin böyük hissəsini ödədi. Sonra ölkədən çıxış qadağasını aradan götüzdürüb Rusiyaya qaçdı. Məndən sonra iki dəfə ailə qurub yaşayır. Uşaqların 18 yaşı tamam olsa da, aliment borcu elə də yerində qalıb. Beş min manatdan çox aliment borcudur”. 

- Şəfaqət Hacıyeva: “Ailə qurduğum adam Rusiya vətəndaşıdır. Azərbaycanda ailə qurduqdan sonra Rusiyaya getdik. Bir övladımız dünyaya gələndən sonra boşandıq. Əslində rəsmi nigahımız yox idi, dini nigah kəsilmişdi. Ayrılandan sonra Azərbaycana ata evimə qayıtdım. Həyat yoldaşım övladına görə hər ay da olmasa, iki ayda bir dəfə pul yollayır”. 

Vasif Əlihüseyn